15 yaşlı qız 13 universitetə qəbul oldu - VİDEO
Nigeriyalı müsəlman qız "Dünyanın ən ağıllı 50 gənci"nin siyahısına düşüb.
BiG.AZ-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 15 yaşlı Sahela İbrahim Harvard Universitetinə qəbul olub. O, Harvardın ən gənc tələbəsidir. Yeniyetmə ABŞ-da yığdığı balla rekord qazanıb. Belə ki, o, qəbul imtahanında topladığı balla ABŞ-ın 13 ən nüfuzlu universitetinə -MIT, Pensilvaniya Universiteti, Kornel, Braun, Prinston, Kolumbiya və Çikaqo Universitetlərinə qəbul olub.
Abituriyent "Harvard"ı seçib. Ərəb, ingilis, ispan və latın dillərini mükəmməl bilən gənc qız hicab geyinir. Sahela İbrahimin ən böyük arzusu beyin alimi olmaqdır.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş