Prezidentin atası usta işləyir - FOTO

Abdullah Gülün 88 yaşlı atası hər gün fabrikə gedir

Türkiyə prezidenti Abdullah Gülün atası 70 illdir usta olaraq işləyir. 88 yaşındakı Əhməd Həmdi Gül kiçik oğlu Macit ilə birlikdə fabrik qurub. Onlar 20 ölkəyə elektrik dirəyi, şəhər mebeli və billboardlar idxal edirlər. Yaşlı kişi hər gün özü gəlib işlərə nəzarət edir.

Prezidentin atası olduğunu xatırladaraq çalışması yerinə evdə oturmasını istəyənlərə Əhməd Həmdi Gül maraqlı cavab verir: "İşləmək ibadətdir. Bəziləri məndən soruşur ki, əmi bir oğlun prezident, bir oğlun da fabrik sahibidir. Niyə hələ çalışırsan? Onlara pula ehtiyacım olmadığını, təqaüdçü maaşımın da olduğunu xatırladıram. Prezident atası olmağım, çalışmayıb evdə oturmağımızı tələb etmir. Bəzən işə getməkdə çətinlik çəkirəm. Amma buna baxmayaraq əsa ilə fabrikə gəlirəm. Artıq dəzgahda işləmirəm, amma gənclərə işlə əlaqədar yol göstərirəm. Sonra da otağımda oturub, qəzet oxuyur və televiziya izləyirəm".

Qeyd edək ki, Əhməd Həmdi Gül 2003-cü ildə Kayseri Biznesmen və Sənətkarlar Birliyi tərəfindən "İlin ahılı" seçilib.

Prezidentin atası usta işləyir - FOTO
Prezidentin atası usta işləyir - FOTO

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 2925 Tarix: 12.05.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
GULUM85
GULUM85 13.05.2014
Sadelik gozellikdirde.Allah uzun omur versin.


 
MELEKKK
MELEKKK 13.05.2014
Allah uzun ve sağlıqlı ömür nesib elesin bundan ders götürmelidir hamı necede sade insandı ama bizde lap lap uzaqdan bir qohumun vezifede işleyende onu lapıdan çox genelir yere göye sığmır


 
CavansirAkbayev
CavansirAkbayev 13.05.2014
Allah canina sagliq versin


 
davinci
davinci 13.05.2014
esl numunevi insan
Everything is good... Never feel the bad