Duzu kəs, sağlamlığını qoru

Duzu kəs, sağlamlığını qoruDuz bədən funksiyaları üçün zəruri olsa da, zərəri də az deyil. Çox duz qan təzyiqini yüksəldir. Yüksək qan təzyiqi isə ürəyi böyüdür, infarkt, ürək çatmazlığı və iflic riskini artırır, böyrək funksiyalarını pozur, görmə itkisinə səbəb olur. Bu zərərli təsirlər qan təzyiqi yüksəldikcə artar.

Dünya Sağlamlıq Təşkilatının məlumatlarına görə, ifliclərin 62 faizindən artığı və tac ürək xəstəliklərinin 49 faizindən çoxu yüksək qan təzyiqi məsuldur. Yüksək qan təzyiqi ən çox ölüm səbəbidir və əsrin epidemiyası olaraq qəbul edilməkdədir. Çox duz qan təzyiqi normal olanlarda da ürək damar sağlamlığına zərərlidir. İflic riskində və ürək böyüməsində artıma səbəb olur, böyrək xəstəliyini pisləşdirir, ölüm riskini artırır. Ayrıca böyrək daşı və osteoporoz riskini artırdığına, piylənməyə gətirib çıxardığına, mədə xərçənginin majör səbəbi olduğuna və astmanın şiddətini artırdığına dair də gedərək artan dəlilləri mövcuddur.

Pəhrizdə duzun azaldılması yalnız qan təzyiqini salmaz, eyni zamanda yeni meydana gələ biləcək tac ürək xəstəliyi, miokard enfarktı və iflic riskini azaldar. Hipertəzyiq mədə xərçəngi, böyrək xəstəliyi riski azalar, sümüklər qorunar. Sağlamlıq xərclərində milyonlarla dollara qənaət edilər. Bu an bütün ölkələr duz istehlakını azaltmağa çalışır.

Pəhrizdə duzu məhdudlaşdırarkən bütün qaynaqlardan gələn duzun azaldılması lazımdır. Xüsusilə qidaların işlənməsi əsnasında istifadə edilən duzun azaldılması əsasdır. Çünki sənayeləşmiş ölkələrdə istehlak edilən duzun 75-80 faizi icra olunmuş, qablı, hazır olaraq satılan qidalardan alınır. Bişirərkən və ya yeyərkən əlavə edilən duz yalnız 10 faizdir. Qalanı qidalarda təbii olaraq tapılandır. Asiya və Afrika ölkələrində isə duzun əsl qaynağı bişirmə əsnasında əlavə edilən və ya souslar və ədviyyatlarda olan duzdur.

Dünya Sağlamlıq Təşkilatı xroniki xəstəlikləri önləmək üçün yetkinlərin gündə 5 qramdan az duz (2 qram natrium /gün ) istifadə etmələrini təklif edir.

Bəzi ölkələr pəhrizlərdəki duz hədəflərini təyin etmiş, bu istiqamətdə müəyyən bir yolu qət etmiş vəziyyətdədir. İngiltərə həyata keçirdiyi siyasət ilə də hazır qidalardakı duz nisbətini 9,5 faiz azaltmağı bacardı. Fransızlar da uzun zaman ərzində məhsuldakı duz miqdarını azaltdılar və gündəlik duz istehlaklarını 8 qramın altına salmağa çalışırlar. ABŞ-da hədəf duz miqdarı gündə 6 qram təşkil edir. Ancaq hipertəzyiqi olanlar, 40 yaş və üstündəkilər və də qara irq üçün təklif edilən miqdar gündə 3 qram. 2009-cu ildə başlatdıqları milli plan çərçivəsində hədəfləri duz istehlakını 5 ildə 20 faiz azaltmaqdır. Avropa Birliyindəki 11 ölkə də duz istehlakını 4 ildə 16 faiz azaltmağa qərar verdi.

Avropa Kardioloji və Hipertəzyiz Dərnəyi 2010-cu il yanvar ayında Avropa daxilində cəmiyyətlərin duz istehlakını azaltmağa istiqamətli tədbirlərə təcili olaraq ehtiyac olduğunu, hazır qidalardakı duz miqdarının azaldılması üçün qanun və qaydaların çıxarılması gərəyini və duz istehlakını gündə 5 qram ( 1 çay qaşığı) endirmənin uyğun olacağını bildirdi.

Amma duzu birdən-birə kəsmək çox çətindir. Tədricən azaldılsa, bir neçə həftə içində dad duyğusu buna alışar. Hər kəsin pəhrizindəki duzu mümkün olduqca azaltması həm özünə, həm ölkəsinə qarşı olan məsuliyyətidir.

Bu səbəblə;

Yeməyi bişirərkən duz əlavə etməyin.

Restoranda yeməyinizin duzsuz hazırlanmasını istəyin. Qəhvənizi necə sadə istəyə bilirsinizsə, yeməyinizi də duzsuz istəyin.

Masadan duzluğu qaldırın. Ləzzət üçün nanə, cəfəri, şüyüd, müxtəlif ədviyyatlar, qırmızı toz bibər istifadə edin - Limon və sirkə, ümumiyyətlə, duzu çox axtardırtmaz.

Ketçap, mayonez, xardal, soya sousu kimi hazır sous və bəzi ədviyyatların duzlu olduğunu bilin. -Hazır sous almayın, öz sousununu özünüz hazırlayın

Etiketdəki dəyərin duzmu, natriummu olduğuna diqqət yetirin. Verilən natrium dəyəri isə bunu 2,5 ilə vuraraq duz miqdarını müəyyən edə bilərsiniz.

Eyni məhsulda fərqli markaların duz məzmunları bir-birindən çox fərqli ola bilir. Hamısını nəzarət edib eyni qidanın az duzlu olan seçin.

Tərəvəz və meyvələrin duz tərkibi aşağı olduğundan xüsusilə seçin.

Atıştırma üçün cips, qurumuş meyvə yeyin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 5535   Tarix: 20 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Yatanda yastığınızın altına 1 diş sarımsaq qoyun, bu xəstəliklərdən qurtulun

Sarımsaq xalq arasında təbii antibiotik kimi tanınır. Yeməklərə qatdığı ləzzətlə yanaşı, sağlamlığa da inanılmaz faydaları var. Təbii ki, ondan düzgün istifadə etmək də vacibdir. xarici mətbuata istinadən xəbər verir ki, yastığın altına sarımsaq qoyub yatmaq, rahat yuxunu qarantiləyir. Sarımsağın daxilindək

10.01.2024 1603
.

"Yalnız bir əlamət" - Xərçəngi üzdən belə tanıya bilərsiniz

Üzdə onkologiyanın ən təhlükəli növlərindən birinin – mədəaltı vəzi xərçənginin inkişafını göstərə biləcək bir əlamət görə bilərsiniz. Bu barədə onkoloq Andrey Vorobyov danışıb. xarici mediaya istinadən bildirir ki, həkimin sözlərinə görə, mədəaltı vəzi xərçəngi ilkin mərhələdə əlamətsiz inkişaf etdiy

11.02.2024 1834
.

Qarğıdalının faydaları

Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir. Bundan əlavə qarğıdalının tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var. Qarğıdalının faydaları orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir

23.03.2024 2789
.

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. "Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfində

18.02.2024 843
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24.03.2024 800
.

Yaşlanmanı gecikdirən qidalar

Bilirik ki, yediklərimiz sağlamlığımıza böyük təsir göstərir. Çoxumuz yeməklərimiz üçün sağlam qidalar seçmək üçün əlimizdən gələni edirik. Bol tərəvəz istehlak etmək, işlənmiş ət və şəkəri minimuma endirmək sağlam yaşlanma üçün yaxşı başlanğıcdır. Axşam.az xəbər verir ki, seçdiyimiz qidalardan bəzilər

21.01.2024 1291
.

Çayı əsla belə içməyin - ciddi xəstəliklər yaradır

Çox isti çay və ya hər hansı isti içki ağız, boğaz və həzm sisteminə ciddi şəkildə zərər verə bilər. BİG.AZ -a istinadən bildirir ki, mütəxəssislər bununla bağlı xəbərdarlıq edib. Bildirilir ki, içkilər 65 dərəcədən yuxarı istilikdə içildikdə qida borusunda yanma və qıcıqlanmaya səbəb olan ezofagit xəstəliyinə

18.02.2024 1689
.

Yeni il günləri hansı xəstəliklər kəskinləşə bilər?

Yeni il gecəsi sağlamlıqla bağlı problemlərin daha çox yarandığı günlərdən biridir. "Medicina" xəbər verir ki, baş həkim, terapevt Timur Asanov travmadan başqa, bir çox xəstəliklərin kəskinləşməsi riskindən danışıb:. "Alkoqol, yağlı və ağır kalorili qidalar səbəbindən mədə-bağırsaq, ürək-damar

31.12.2023 1222
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 460