450 illik sirr açıldı

450 illik sirr açıldıQazi Üniversitetinin professoru Süleyman Qanuninin daxili orqanlarının tapıldığını deyir.BiG.AZ "Axar.az"a istinadla xəbər verir ki, Türkiyənin Qazi Universitetinin müəllimi professor Dr. İbrahimgil 450 il əvvəl Zigetvar səfəri zamanı ölən Sultan Süleyman Qanuninin daxili orqanlarının yeri aşkar olunduğunu bildirib. Elmi simpoziumların birində çıxış edən alim orqanların Macarıstanın Zigetvar şəhərindəki Qanuni Məscidinin bağçasında basdırıldığını deyib. Professor 450 il öncəyə aid sənədlər aşkar etdiyini və həmin sənədlərdə dediklərinin yazıldığını qeyd edib: " Sokullu Mehmet Paşa Vakfındakı sənədlərdən, Qanuni Sultan Süleymanın daxili orqanlarının Zigetvar şəhərindəki Qanuni Məscidinin bağçasında bir yerə dəfn edildiyi təsbit edildi. Hətta sənədlərdə Sokullu Mehmet Paşanın da orada dəfn edildiyi yazılır. Tezliklə biz ora arxeoloq qrupu göndərəcəyik". Xatırladaq ki, Osmanlı tarixində ən önəmli sultanlardan olan Qanuni Sultan Süleymanın harda dəfn edildiyi bu vaxta qədər mübahisəli idi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 4505   Tarix: 11 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040