Nurəddin Mehdixanlı xalq artistini hədələdi: "O barmağı kəsib,..."- Müsahibə

Nurəddin Mehdixanlı xalq artistini hədələdi: "O barmağı kəsib,..."- MüsahibəAkademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Nurəddin Mehdixanlının AzNews.az-a müsahibəsi:

- Nurəddin müəllim, xalq artisti, rejissor Mərahim Fərzəlibəyov AzNews.az-a müsahibəsində Akademik Milli Dram Teatrının qocaman aktyorlarının ünvanına belə bir fikir bildirib: "O ki, qaldı yaşlı aktyor və rejissorun narazılığına, əlbəttə onlar deyinəcəklər. Bu gəncliyin qarşısının alınması üçün təbii bir yoldur". Teatrın qocaman aktyorlarından biri kimi. Mərahim Fərzəlbəyovun bu fikirləri ilə razısınızmı?

- Mən Mərahim Fərzəlibəyovun AzNews.az-a verdiyi müsahibə ilə tanış oldum. Açığı çox təəssüf elədim ki, Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü, arxasında böyük sənət təcrübəsi olan bir adam yaşına-başına yaraşmayan fikirlər səsləndirib.

Bizim böyük rejissorumuz, pedaqoqumuz Adil İsgəndərovun bir sözü vardı. O, tez-tez təkrar edərdi ki: "Böyük sənəti ancaq böyük şəxsiyyətlər yarada bilir". Mənə elə gəlir ki, bu günü Azərbaycan teatrının ən böyük problemi əslində, şəxsiyyət problemidir. Özü də bütün sahələrdə: rejissorluq, dramaturgiya və aktyor sənətində. Belə bir ağırılı məqamda əsas problemi qoyub, kiminsə xoşuna gəlmək üçün qondarma bir "problem" çıxarmaq heç kəsə yaraşan hərəkət deyil. Ümumiyyətlə, hesab edirəm ki, hörmətli Mərahim Fərzəlibəyovun Akademik Milli Dram Teatrının kollektivi adından danışmaq haqqı və hüququ yoxdur.

- Nəyə görə?

- Çünki Mərahim Fərzəlibəyov bu gün Akademik Milli Dram Teatrında çalışmır və o, bu kollektivin üzvü deyil. Buna görə də Mərahim müəllimin Akademik Milli Dram Teatrının daxili probleminə müdaxilə eləmək və bu sayaq fikirlər bildirməyə də ixtiyarı yoxdur. O, çalışdığı zaman proseslər və gördüyü işlər haqqında fikir deyə bilərdi. Bu gün Akademik Milli Dram Teatrında gərgin yaradıcılıq prosesi gedir. Kollektivin qəbul etdiyi və etmədiyi məsələlər də var. Amma onu ancaq biz özümüz həll edə bilərik.

Biz kollektiv olaraq kənardan edilən müdaxiləni qəbul etmirik. Uzun illər Akademik Milli Dram Teatrında çalışan, burada gördüyü işlərə görə fəxri adlar alan, dövlət tərəfindən qiymətləndirilən bir insanın bu gün az qala bizim teatrın kollektivini Azərbaycanın gələcəyinə qarşı dayanan bir qüvvə kimi təqdim etməsi yanlış və gülüncdür. Mən onun müsahibəsini oxudum, bir çox tamaşalarında da oynamışam, lakin ona yazığım gəldi. Bu insan nə günə qaldı? Yəni, bu şəkildə də olmaz. Məsələlərə bu şəkildə mövqe bildirmək sənətkara yaraşmaz. Akademik Milli Dram Teatrında heç kəsə maneçilik törədilmir. Nə gənc aktyora, nə də rejissora. Amma burada söhbət rejissordan gedir. Bəli, Akademik Milli Dram Teatrında bu gün gerçəkədən müəyyən narazılıqlar var.

- Hamı teatrda narazılıqların olduğunu deyir, amma heç kəs bu narazılığın səbəbini demir...

- Əsas narazılıqlar ondan ibarətdir ki, ayrı-ayrı teatrların aktyorları gəlib, Akademik Milli Dram Teatrının aktyorlarına rejissorluq dərsi keçir və az qala bu sahəni öyrədirlər. Belə bir şəraitin yaradılması yanlışlıqdır. Bu, düzgün və etik deyil. "Azdrama"da buna narazılıq var. Hansı peşəkar aktyor teatra gəldi və biz ona etiraz elədik? Haçan dedik ki, sən bizim teatrda rol oynama? Hansı peşəkar rejissor, yəni ixtisasca rejissor olanlar "Azdrama"ya gəldi və biz ona "gəlmə" dedik? Belə şey yoxdur. Bu gün "Azdrama"nın qocaları gənclərə maneçilik törədirlər, deyə bəyanat vermək? Kimdir o, qoca? Mərahim Fərzəlibəyovun özü, fikri, düşüncəsi, dəsti xətti, təfəkkürü, sənətə yanaşması. Mərahim müəllimin bizim teatrımızın ünvanına belə fikir söyləməsi yanlış yoldur.

Mən rəhmətlik Vaqif İbrahimoğlu ilə işləmişəm, tələbəlik illərində tamaşalarında oynamışam, peşəkar aktyor olanda belə onun quruluş verdiyi əsərlərdə yer almışam. Onun teatr estetikası ilə kifayət qədər yaxınam. Bu gün də onun "Azdrama"da qoyduğu "Lənkəran xanının vəziri" tamaşasında da oynayıram. Amma bir şey var. Bizim bu gün əlimyandıda, sinəsini cıra-cıra "YUĞ" teatrını müdafiə etməyə qalxan Mərahm Fərzəlibəyov bütün ömrü boyu Vaqif İbrahimoğlunun rejissor kimi qəbul etməyib... Hətta "YUĞ"u belə teatr kimi qəbul etməyib. Bu ifadəyə görə üzr istəyirəm, orada işləyənlərə, "YUĞ"un kollektivinə "xəstə" deyib. Gəlsin, mən onunla üzbəüz dayanıb, bu söhbəti müzakirə edək. Amma mən o zamanlarda "YUĞ" teatrını, oranın kollektivini və Vaqif İbrahimoğlunu müdafiə etmişəm.

Hesab edirəm ki, Vaqif İbrahimoğlu Azərbaycanın teatr tarixində ən intellektual, savadlı, teatrı bilən şəxsiyyətlərdən biridir. Öz dəsti-xətti olan bir rejissor idi. Amma mən Mərahim Fərzəlibəyov haqqında bu fikirləri söyləyə bilmərəm. Çünki sənətkarın mövqeyi olmalıdır. Sual olunur, bu gün "Azdrama"da al bayrağı kim və kimlərə qarşı qaldırıb? Qətiyyən... Amma bir həqiqət var ki, Akademik Milli Dram Teatrının repertuarı ilə bağlı problemlər var. Bundan başqa teatrın tamaşaçı ilə bağlı problemləri var və biz onu görürük. Biz gözümüzü yumub başqalarının bunu boynumuzun ardına şapalaq kimi vurmasını qəbul edə bilmərik. Bunu biz özümüz bilirik. Amma Mərahim Fərzəlibəyov teatrın işçisi olmaya-olmaya ona güzəştli şəkildə Akademik Milli Dram Teatrında əyləşmək haqqının verilməsi, teatrın rəhbərliyinə yarınmaq, "demək istəyirəm ki, mən sənin adamınam" bu şəkilində fikir bildirməsi gülməli və faciədir.

Mən bunu görəndən sonra teatrımı və kollektivimi bu şəkildə müdafiə eləmək məcburiyyətində qaldım. Bunlar bizi - özümüzü müdafiə etmək məcburiyyətində qoyurlar. Çox xahiş edirəm ki, Akademik Milli Dram Teatrının daxilində baş verən proseslərdən, yaradıcılıq proseslərindən və digər işlərdən bixəbərlər teatrımız barəsində yalan yanlış fikirlər söyləməsin. Yəni, tərbiyəli adamam, amma sənət adamının bu cür əyilməyini, nəyə görəsə yaltaqlanmağını anlaya, başa düşə bilmirəm. Olmaz belə. Mərahim Fərzəlibəyov uzun illər Akademik Milli Dram Teatrında can qoyan bir rejissordur. Kifayət qədər uğurlu tamaşaları olub. Amma bu gün o, mənsub olduğu teatra, kollektivinə qarşı çıxmağını anlaya bilmirəm. Biz kimin qarşısını kəsib böhtan demişik? Bu gün Rəşad Bəxtiyarov, Elnur, İlkin, Şəlalə, Şəhla o teatrın səhnəsində çalışırlar.

Heç kəs onların qarşısını kəsmir. Əksinə, istedadlı gəncliyin teatra gəlməsi bizim, eləcə də bu sənətin yaşaması deməkdir. Siz necə bilirsiniz, hansı aktyor özünün əbədi ölüb unudulmağını istəyər? Ömrünü, həyatını teatra vermiş biri istəyər ki, onun teatrı yaşasın, uğurlar qazansın və o da hərdən bir yada düşsün. Mən istəyirəm ki, bizim teatrımızın işinə kənardan qarışmasınlar. Biz işimizi görüb, tamaşalarımızı oynayırıq, beynəlxalq festivallarda iştirak edirik. Bizə mane olmayın... Bir daha bəyan edirik, bizə mane olmayın... Çox pis cavab alacaqsınız. Sənət adamının yarınmağa çalışması çox gülüncdür. Mən bunu heç kimə arzu etmirəm.

Akademik Milli Dram Teatrı Azərbaycan teatr məbədinin başıdır. Ona görə də dövlət və dövlət başçısı tərəfindən daima diqqətdədir. Odur ki, kimlərsə bizimlə oynamağa çalışmasın. Oynamağa çalışanlar gülünc vəziyyətdə qalacaqlar. Bir şeyi də Fərahim müəllimin nəzərinə çatdırım, bütün kollektiv onun müsahibəsinin əleyhinədir. O, bizi nə hesab edir? Biz nəyik? Adamyeyən? Sən kimsən ki, bizi elə təqdim edirsən? Bu gün necə-necə teatrların aktyorları Akademik Milli Dram Teatrının səhnəsində oynayırlar. Elə bir rejissor qalmayıb ki, Akademik teatrda tamaşa qoymasın.

"YUĞ" teatrının bütün kollektivi bizim teatrda tamaşa qoyub və oynayırlar. Bizim işimizə kənardan xain barmaq soxmasınlar. Biz o barmağı kəsib, onun sahibinin boğazına soxmağa həmişə hazırıq. "YUĞ" Dövlət Dram Teatrı ilə Akademik Milli Dram Teatrının yaradıcılıq estetikası bir-birindən ciddi şəkildə fərqlənir. Bunlar ayrı-ayı yaradıcılıq istiqamətləridir. "YUĞ"a mənsub aktyorların Akademik teatrda tamaşa qoyması fərqli bir fikir yaradırsa, bundan təəccüblənmək lazım deyil. Çünki bu "YUĞ" teatrına aid olan yaradıcılıq estetikasıdır. Bu gün "YUĞ" teatrı ilə Akademik Teatrın yaradıcılıq estetikasını müqayisə müstəvisinə çıxarmaq yanlışdır, savadsızlıq və teatr sənətini bilməməzliyin göstəricisidir. "YUĞ"a ancaq Vaqif İbrahimoğlunun estetikası və yaradıcılığı ilə baxımlıdır. Amma o teatrı Akademik Teatrın klassik estetikasına pərçim eləyəndə anormallıq baş verir. Hər kəs öz yerinə maraqlıdır. Bu gün "YUĞ" teatrı ilə Akademik teatrı qarşı-qarşıya qoyurlar.

- Sizcə burada məqsəd nədir?

- Onu anlamağa böyük bir vaxt lazım deyil. Qarşıdurma yaratmaq... Bu, Azərbaycan mədəniyyətinə zərbədir, ziyandır və yaradıcı insanları bir-birinə düşürməkdir. Mənə elə gəlir ki, "YUĞ" Vaqif İbrahimoğlu ənənəsini yaşatmaqla tarixə bir daha imza atmış olar. Akademik Teatrın qapısı o qədər böyükdür ki, kiçikdən-böyüyə hər kəsi qəbul etməyə hazırdır. Teatrın qapısı çox böyükdür, əjdaha ağzına oxşayır. O əjdahanın ağzından çoxları salamat çıxa bilmir. Ona görə də guya, biz kimlərisə qapıdan qaytarırıq kimi nağıllar uydurmasınlar. Belə insanlar burada uğur qazana bilməyəcəklər. Sən bu səhnəyə diz çöküb alnını söykəyəcəkəsən ki, o səhnə səni qəbul etsin və ucaltsın.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 3547   Tarix: 05 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Mənim ehtiyacım yox idi, aparmadım" - Xatun "Maşın Şou"da danışdı

Yeni mövsümü başlayan "Maşın Şou"nun iştirakçılarından biri olan Xatun maraqlı açıqlama verib. ölkə.az-a istinadən bildirir ki, ifaçı "Maşın Şou"nun daha öncəki mövsümü barədə bunları deyib:. "İstərdim ki, maşını layiq olan və ehtiyacı olan aparsın. Mənim ehtiyacım yox idi, aparmadım

02.10.2019 2215
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229
.

Bu da Afət Fərmanqızının HEÇ YERDƏ GÖRMƏDİYİNİZ OĞLU - FOTO

Müğənni Afət Fərmanqızı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Afət "İnstagram" hesabında yeni foto paylaşıb. Fotoda müğənninin oğlu da yer alıb. Afət şəkli paylaşaraq oğlunun üzünü gizlədib. İzləyiciləri onun bu addımını birmənalı qarşılamayıb. Həmin fotonu təqdi

19.05.2021 13239
.

Azərbaycanlı jurnalist Türkiyədə veriliş aparıcısı oldu

Tanınmış jurnalist, yazar Şəhla Aslan Türkiyənin "KonTV" televiziya kanalında yeni yayımlanmağa başlayan "Dünya gözünde Türkiye" adlı verilişdə aparıcılıq etməyə başlayıb. Proqramda Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirlərinin müzakirə olunması nəzərdə tutulub

28.01.2020 3795
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720
.

Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi - Video

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib. xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:. "Hər səhər "Space" TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadır

15.10.2019 2564
.

Qaralmaq üçün krem çəkdi - YAŞILLAŞDI - FOTO

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Bu səbəbdən çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edir, bəziləri isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, məhz bu "zaqar"

29.04.2020 4051
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335