Azyaşlı qızı zorlayan din xadiminin burnunu və qulaqlarını kəsdilər

Azyaşlı qızı zorlayan din xadiminin burnunu və qulaqlarını kəsdilərDin xadiminin qızlarını zorladığını öyrənən valideynlər onu bildikləri kimi cəzalandırıblar.

BiG.AZ MyNet.com portalına istinadən xəbər verir ki, Əfqanıstanda yaşayan bir ailə qızlarını zorlayan din xadiminin burnunu və qulaqlarını kəsməklə, ondan intiqam alıblar.

Məlumata görə, ölkənin Bağlan vilayətindəki kəndlərdən birində yaşayan ailənin azyaşlı qızı 32 yaşlı din xadiminin 4 ay əvvəl onu zorladığını valideynlərinə xəbər verib.

Eşitdiklərindən qəzəblənən ailə başçısı Əbdül Qahar inanılmaz intiqam planı hazırlayaraq, namusuna sataşanı cəzalandırmağa qərar verib.

Plana əsasən, din xadimini evə qonaq çağıran ailə üzvləri onun əl-ayağını bağlayaraq işgəncə verərək, burnunu və qulaqlarını kəsiblər.

Hadisədən xəbər tutan polislər Ə.Qaharı həbs etdikdən sonra qisasçı ata öz hərəkətinə haqq qazandıraraq, bu işi şəriət qaydalarına uyğun olaraq etdiyini deyib.

Din xadiminin kəsilmiş burnu və qulaqlarının yerini soruşduqda isə Ə.Qahar belə deyib:

"Qulaqlarını yəqin ki, pişik yemiş olar, burnunu isə lağıma atdım".

Məlumata görə, polis hazırda xəstəxanaya yerləşdirilən din xadimi barəsində təcavüz iddiasını araşdırır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3092   Tarix: 06 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040