18 yaşında intihar edən qızın gözyaşardıcı dramı

18 yaşında intihar edən qızın gözyaşardıcı dramıSaatlı rayonunda intihar hadisəsi baş verib. Rayonun Mustafabəyli kənd sakini, 1996-cı il təvəllüdlü Rəmziyyə Əlibala qızı Şəmmədova aprelin 28-də, səhər saatlarında yaşadığı həyətdə özünü ağacdan asıb. Kənd sakinlərinin bildirdiyinə görə, Rəmziyyə Şəmmədovanı sevmədiyi oğlanla nişanlanmaq istəyiblər. Onun bu səbəbdən özünü asaraq intihar etdiyi ehtimal olunur. Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır. Hadisəni diqqətdə saxlayan "Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova Teleqraf.com-a bildirib ki, Mustafabəyli kəndinin sakinləri gənc qızın intihar etməsinə şübhə ilə yanaşır. Onun ölüdürülərək asılma ehtimalı ortaya çıxıb: "Rayon prokurorluğu bu məsələ ilə məşğuldur. Ancaq hər halda dəqiq araşdırıldıqdan sonra bəlli olacaq ki, ata nəyə görə qızına qarşı bu qədər qəddarlıq edib. Səbəb itaətsizlik, yoxsa qızının başqa bir şəxsi sevməsimi olub. Səbəblər müzakirə olunmalıdır. Qızın başqa birini sevdiyi üçün canına qıydığını əsas gətirirlər. Ancaq mənə verilən məlumata görə, Mustafabəyli kəndində çox qarışıqlıqdı. Konkret olaraq atanın qızı öldürüb asdığı deyilir. Məsələ təşkilatımızın nəzarətindədir. Əgər ehtimal ciddiləşsə, bizim tərəfdən vəkil tutulacaq və atanın cəzasını alması üçün çalışılacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2209   Tarix: 29 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040