Rusiya və Qazaxıstan müştərək internet yaradır

Rusiya və Qazaxıstan müştərək internet yaradır

Rusiya Federal Şurasının üzvü Maksim Kavcaradze ölkə daxilində vahid kommunikasiya şəbəkəsinin yaradılmasını təklif edib.

BiG.AZ "Axar.az" saytına istinadən məlumat verir ki, o, sözügedən şəbəkənin texniki immunitelərinin o səviyyədə hazırlanmasını istəyir ki, Avropa Birliyi və ABŞ-ın girişinə qadağa qoyulsun.

Qeyd edək ki, Rusiyada ayrıca internet şəbəkəsinin yaradılması ideyası Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalardan sonra aktuallaşıb. Məsələn, sanksiyalardan irəli gələrək, Amerkanın nəhəng "Visa" və "Master Card" şirkətlərinin fəaliyyətlərini dayandırmasından sonra Rusiyada bank sistemində analoji milli şirkətlərin yaradılmasına qərar verilib.

Diqqətə çatıraq ki, Kavcaradze belə bir şəbəkənin Kollektiv Təhlükəsizlik Təşkilatına (ODBK) daxil olan ölkələrlə - Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan, yaxud Asiya-Sakit okeanı regionu ilə yaradılmasını mümkün sayıb:

"İndi bizdə Baş nazir həm Feysbuk, həm Tvitterdə qeydiyyatdan keçib və bu sosial şəbəkələrdə aktiv fəaliyyət göstərir. Amma maraqlı çevrələr pusquda duraraq, lazımı xəbərləri toplayırlar".

Xatırladaq ki, Kavcaradze ilikin mərhələdə internetin Qazaxıstanla yaradlmasını daha real sayıb.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 934 Tarix: 01.05.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
davinci
davinci 02.05.2014
hamsi siyasetdi bunlar
Everything is good... Never feel the bad