Ey gözəl ruh!

Ey gözəl ruh!Mənbə: http://zikr.az

Bəra ibn Azib rəvayət edir ki, biz Peyğəmbər salləllahu aleyhi və səlləm ilə birgə ənsardan olan bir kişinin cənazəsini dəfn edirdik. Allah Elçisi qəbrin yanında oturdu, biz də sakitcə onun ətrafında oturduq. O, əlindəki çubuğu yerə vururdu. Sonra başını qaldırıb buyurdu: "Qəbir əzabından Allaha sığının!" O bunu üç dəfə təkrar etdikdən sonra dedi: "Mömin bəndə dünyadan köçüb axirətə qovuşduqda, göydən onun yanına üzləri günəş kimi parlaq mələklər enir. Onlar özləri ilə Cənnətdən kəfən və ətir gətirir, onun gözünün gördüyü son məsafədə oturub gözləyirlər.

Möminin ölümü
Sonra ölüm mələyi gəlib onun başının üstündə oturub deyir: "Ey gözəl ruh! Allahın mərhəmətinə və xeyir-duasına qovuşmaq üçün çıx!" Nəhayət, mömin bəndənin ruhu bədənindən, su damcısı qabın ağ­zın­dan axıb töküldüyü kimi çıxır. Ölüm mələyi ruhu gö­tür­dükdən sonra onu bir göz qırpımında mələk­lərə təhvil verir, onlar da onu kəfənə büküb ətirləyirlər. Bundan sonra ondan, yer üzündə mövcud olan ən gözəl ətirin qoxu­suna bənzər gözəl bir qoxu gəlir. Sonra mələklər onu götürüb göyə qaldırırlar. Göyə qalxarkən mələklərdən ibarət hansı toplumun yanından keçirlərsə, onlar: "Görəsən bu gözəl ruh kimin ruhu­dur?"- deyə soruşurlar. Onlar: "Bu, filankəsin oğlu filankəsdir"- deyə bu bəndəni, camaatın onu həyatda ikən çağırdığı ən gözəl adla çağırırlar. Nəhayət, onlar birinci göyə gəlib yetişdikdə, göy qapılarının açılmasını xahiş edir və onun qapıları taybatay açılır. Hər bir göyün mələkləri o ruhu növbəti göyə qədər beləcə yola salır. Nəhayət, yeddinci göyə gəlib çatdıqda, Allah buyurur: "Mənim qulum barədə olan qeydləri İlliyyuna yazın, sonra da onu yerə qaytarın. Çünki Mən söz vermişəm ki, onları torpaqdan yaradıb, öləndən sonra ora qaytaracaq və Qiyamət günü bir daha oradan dirildib çıxardacağam". Mələklər onu bədəninə qay­tar­dıqdan sonra iki mələk gəlib onu otuzdurur və: "Rəbbin kimdir?"- deyə soruşurlar.
O: "Rəbbim Allahdır!"- deyə cavab verir.
Onlar: "Dinin nədir?"- deyə soruşurlar.
O: "Dinim İslam­dır!"- deyə cavab verir.
Onlar: "Sizə göndərilmiş o kişi kim idi?"- deyə soruşurlar.
O: "Bu, Allahın Elçisi salləllahu aleyhi və səlləm idi!"- deyə cavab verir.
Onlar: "Həyatda ikən sən nə öyrəndin?"- deyə soruşurlar.
O: "Mən Allahın Kitabını oxuyub ona iman gətirdim və ona sadiq oldum"- deyə cavab verir. Bu vaxt göydən belə bir səda gəlir: "Mənim qulum doğru danışır. Cənnət nemətlərini onun önünə sərin və onun üçün Cənnətdən bir qapı açın!"
Beləliklə, Cənnətin gözəl iyi və havası ona gəlir, qəbri də gözlərinin gördüyü son məsafəyə qədər genişlənir. Sonra gözəl görkəmli, əynində yara­şıqlı paltarı olan və üst başından ətir iyi gələn bir kişi onun yanına gəlib deyir: "Səni sevindirəcək bir xəbərə sevin! Bu, sənə vəd olunan gündür!" Mömin: "Sən kimsən? Sənin üzündən xeyir­xahlıq yağır!"- deyə soruşur. O da: "Mən sənin yaxşı əməlinəm!"- deyə cavab verir. Onda mömin dua edib deyir: "Allahım! Qoy Qiyamət günü tez gəlsin ki, mən öz ailəmə qayıdıb var-dövlətimə sahib olum".

Kafirin ölümü
Kafir bəndə dünyadan köçüb axirətə qovuşduqda göydən onun yanına zəhmli və qara simalı mələklər enir. Onlar özü ilə Cəhənnəmdən giş (cod parça) gətirir və gözünün gördüyü son məsafədə oturub gözləyirlər. Sonra ölüm mələyi gəlib onun başının üstündə oturub deyir: "Ey yaramaz nəfs! Allahın qəzəbi və qeyzinə düçar olmaq üçün çıx!" Nəhayət onun ruhu bədənindən, tikanlı məftil yaş yunun arasından keçdiyi kimi çıxır. Ölüm mələyi ruhu götürdükdən sonra onu bir göz qırpımında mələklərə təhvil verir, onlar da onu gişə bü­kür­lər. Bundan sonra ondan, yer üzündə mövcud olan ən pis iyə bənzər bir iy gəlir. Sonra mələklər onu götürüb göyə qaldırırlar. Göyə qalxarkən mələklərdən ibarət hansı toplumun yanından keçir­lərsə, onlar: "Görəsən bu iyrənc ruh kimin ruhudur?"- deyə soruşurlar. Onlar: "Bu, filankəsin oğlu filankəsdir"- deyə bu bən­dəni, camaatın onu həyatda ikən çağırdığı ən pis adla çağırırlar. Nəhayət, onlar birinci göyə gəlib yetişdikdə göy qapılarının açılma­sını xahiş edir, lakin onun qapıları açılmır. Sonra Peyğəm­bər bu ayəni oxudu:
"…Onlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar Cənnətə girməyəcəklər" (əl-Əraf, 40).
Sonra o (davam edib) dedi: "(Allah buyu­rur): "Mənim qulum barədə olan qeydləri yerin alt təbəqəsində yerləşən Siccinə yazın. Çünki Mən söz vermişəm ki, onları torpaqdan yaradıb, öləndən sonra ora qaytaracaq və Qiyamət günü bir daha oradan dirildib çıxardacağam". Mələklər onun ruhunu göydən aşağı atırlar. Sonra Peyğəmbər bu ayəni oxudu:
"Kim Allaha şərik qoşsa, sanki o, göydən yerə düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar" (əl-Həcc, 31).
Sonra o (davam edib) dedi: "Onun ruhu bədəninə qayıtdıqdan sonra iki mələk gəlib onu otuzdurur və: "Rəbbin kimdir?"- deyə soruşurlar.
O mızıldanıb deyir: "M-mm… Bilmi­rəm!"
Mələklər: "Dinin nədir?"- deyə soruşurlar.
O deyir: "M-mm… Bilmirəm!"
Onlar: "Sizə göndərilmiş o kişi kim idi?"- deyə soruşurlar.
O yenə mızıldanıb deyir: "M-mm… Bilmirəm!" Bu vaxt göydən belə bir səda gəlir: "O, yalan danışır. Onun yolunu alovlandırın və onun üçün Cəhənnəmdən bir qapı açın". Beləliklə, Cəhənnəm atəşi və alovlu külək ona dəyir, qəbri də o qədər sıxılır ki, qabırğaları bir-birinə keçir. Sonra eybəcər sifətli, əynində nimdaş paltarı olan və üst başından pis qoxu gələn bir kişi onun yanına gəlib deyir: "Mən səni kədərli bir xəbərlə müjdələyirəm. Bu, sənə vəd olunan gündür!" Kafir: "Sən kimsən? Sənin üzündən şər yağır!"- deyə soruşur. O da: "Mən sənin yara­maz əməlləri­nəm!"- deyə cavab verir. Onda kafir yalvarıb deyir: "Allahım! Qoyma Qiyamət qopsun". (Əhməd, 17803).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 3481   Tarix: 26 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

Qərbin şərqdən götürməli olduğu 5 QAYDA - Azərbaycanda yaşamış ukraynalı qızın etirafı

Təmizliyin şərqdən gəldiyi barədə deyim bir çoxlarına məlumdur. İslam dini mənəvi paklıqdan əlavə, cismani təmizliyi də imandan bilir və ibadət üçün "qüsl", "dəstəmaz" kimi yuyunma prosesini vacib buyurur. BİG.AZ takprosto.cc saytına istinadən bir müddət Türkiyə və Azərbaycanda yaşaya

27.04.2020 3495
.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767