Sevgilisini vəhşicəsinə döyən multimilyonçuya hökm oxundu - FOTO

Kaliforniya məhkəməsi sevgilisini qəddarlıqla döyən 31 yaşlı biznesmen və internet-texnologiyası üzrə mütəxəssis Qurbakş Çaxala hökm oxuyub.BiG.AZ-ın ans press-ə istinadən məlumatına görə, amerikalı multimilyonerə həbs cəzası verilməyib. O, 25 saatlıq ictimai işlə canını qurtara bilib.

Bundan əlavə o, üç il nəzarıt altında saxlanılacaq. Biznesmen həm də məişət zorakılığının profilaktikası üzrə 52 həftəlik təlim kursu keçməlidir.

Asiya əsilli multimilyoner San-Fransiskoda olarkən 5 avqust 2013-cü ildə rəfiqəsinə hücum edərək yumruqla möhkəm döyüb. Multimilyoner sevgilisini düz 30 dəqiqə qəddarlıqla əzişdirib. O, qızı yumruğu və ayaqları ilə döyüb. Sevgilisinin bədəninə zərbələr vurmaqla kifayətlənməyən 31 yaşlı iş adamı, qızın başına da zərbələr endirib.

Ekspertlər qadının bədənində 117 zərbənin izini hesablayıblar. Bundan əlavə Çaxal öz qurbanını 20 saniyə ərzində boğub və 4 dəfə ölümlə hədələyib.

Çaxalın rəhbərlik etdiyi "RadiumOne" reklam şirkətinin illik dövriyyəsi 100 milyon dollardır. Bir neçə il əvvəl o, ABŞ-ın "Ən cazibədar adaxlısı" seçilmişdi.Sevgilisini vəhşicəsinə döyən multimilyonçuya hökm oxundu - FOTOSevgilisini vəhşicəsinə döyən multimilyonçuya hökm oxundu - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2282   Tarix: 29 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040