Azərbaycanılar kimin kitabını oxuyur ?

Azərbaycanılar kimin kitabını oxuyur ?"Günə 20-30 manatlıq kitab satsaq, bu, böyük şeydir. Oxucuların sayı azala-azala gedir. Ali məktəblərin tətilə getməsi işimizi daha da çətinləşdirir. Cavanlar qurşanıblar mobil telefona, internetə… Nə yaxşı ki, hələ də kitab soraqlayan adamlarımız qalıb" — Elmlər Akademiyası metrosunun həndəvərində 7 ildir səyyar kitab satışı ilə məşğul olan Mərdan kitab bazarının taleyi haqda söhbətimizə bədbin notlarla başlayır. Reportajımızı Mərdan və onun kolleqalarına həsr etməkdə məqsəd kitab bazarını gözdən keçirmək idi.

Kitab alıcıları haqda satıcı sözü

Kitabın cəmiyyətin formalaşmasında rolundan yeni söz yazmaq artıqdır. Amma o da sirr deyil ki, zəngin kitab oxuma ənənəsi olan ölkədə artıq kitab oxuyanlara yumşaq desək, barmaqarası baxanlar da azlıq təşkil etmir. Bəs nə baş verib ki, azərbaycanlılar kitabdan üz döndəriblər? Ümumiyyətlə, döndəriblərmi?
Mərdan deyir ki, onun fəaliyyətə başladığı dövrlə müqayisədə indi kitab alanlar əməlli-başlı azalıb: "Indi günə 7-8 kitab satanda sevinirik. Əvvəllərsə azı 15-ni satırdım. Hələ elələri olurdu ki, zənbillə gəlib 10-15 kitabı birdən alardı". O, alıcılarının sayının azalmasını kitabların bahalaşması ilə əlaqələndirmir. Deyir ki, köhnə kitabların qiyməti bahalaşmaya baxmayaraq, dəyişməz qalıb: "O vaxt da qiymətlər 1-2 manat arasında idi, indi də. Sadəcə olaraq, indi insanların kitaba marağı ölüb. Mən 2005-ci ilə qədər "bukinistlik" etmişəm. Yəni ancaq köhnə kitabları alıb — satırdım. Gördüm ki, çörək pulu çıxmır, keçdim təzə kitabları satmağa".

Dostoyevski əzəməti

Mərdan dediyinə görə, son illər hansısa kitabın kütləvi satışı olduğunu xatırlamır. Bəs satışda hansı kitabların alıcısı daha çoxdur" — soruşuram. Xüsusi fərqlənənlər olmasa da, üstünlük detektiv ədəbiyyatdadır. Sonrakı sıralamada dil öyrənmək üçün kitablar, dini, psixoloji və bədii ədəbiyyat gəlir. Şeir kitablarını çox olduğunu görüb onların satışı ilə maraqlanıram. Həmsöhbətimiz cavanların şeir kitablarına marağı olduğunu söyləyir: "Şairlər arasında ikisini — Bəxtiyar Vahabzadə və Nüsrət Kəsəmənlini daha çox istəyirlər".
Bədii ədəbiyyat sırasında F.M. Dostoyevskinin əsərləri uzun müddətdir birinciliyini qoruyur. Mərdan F.M. Dostoyevskinin kitablarının piştaxtaya çıxmağı ilə satılmağının bir anda olduğunu söyləyir. Milli nəsr əsərlərindən isə satışda diqqət çəkəcək hadisə yaradan təəssüf ki, hələ də yoxdur. Amma öyrəndiyimə görə tələbələr, "Babək", "Qan içində", "Qarlı aşrım" kimi tarixdən bəhs edən bədii ədəbiyyata üstünlük verir.

Aman serial əlindən…

Səbail rayonunun ən gur yerində Nizami küçəsində 12 ildir kitab satışı ilə məşğul olan Əziz dayı da oxucu sarıdan şikayətlidir. O, müştərilərinin daha çox rusdillilər olduğunu deyir. Bu, onu kədərləndirir: "Bizim millətdə olan beyin heç kimdə yoxdur. Amma hayıf ki, bu beyni səviyyəsiz şoular zay edir". Əziz dayı insanların daha çox ingilis dili və kompüterə aid kitab aldığını söyləyir. Doğrudan da, onun yanında olduğumuz müddətdə kitab alan 4 nəfərin hər biri ingilis dilində ədəbiyyat götürdü. "Azərbaycan dilində kitab çox azdır. Xüsusən indi tələb olunan kitablar yoxdur. Nə texniki, nə də bədii ədəbiyyat. Rus dilində nə qədər maraqlı, sanballı kitablar var. Bunları tərcümə edib xalqa oxutmaq lazımdır".
Həmsöhbətim təzə kitabların baha olduğunu etiraf etsə də, bunu kitabdan imtina üçün əsas saymır: "Ataların sözü var: "Çobanın könlü olsa, təkədən pendir tutar". Yəni kitab həvəsində olan adam onun pulunu hardan olsa, tapar. Necə olur, gündə 1 "şirvan"lıq kontura pul tapırlar, amma kitaba yox". Bəs kitabın alıcısı niyə yoxdur? — soruşuram.
"Səbəblər çoxdur. Televiziyaların, mobil telefonların rolu böyükdür. Teleserialları mən bir nömrəli kitab düşməni sayıram".

Din və ingilis dili

Eldar Abdullayev də uzun illərdir kitab bazarında çalışan zəhmətkeşdir. Onun "bukinst dükanı" bir kitabxananın yerləşə biləcəyi ən qiymətli ərazidə yerləşib. Eldar müəllimin mağazası dörd universitetin, BDU, Lomonosov adına MDU-nun Bakı filalı, Texniki və inşaat universitetlərinin əhatəsindədir. Üst-üstə toplasaq bu 40 minə yaxın tələbə edir — bu qədər potensial alıcını düşünüb Eldar müəllimin vəziyyətinin yaxşı olacağını düşündük. Amma sevinməyə elə də ciddi əsas olmadı. "Eldar müəllim, satış necədir, xalqımız nə oxuyur" soruşan kimi həmsöhbətim köhnə xatirələrini canlandırır: "Bir vaxt Aqil Xəlil burdan reportaj eləyib. Elə köhnə hamam, köhnə tasdır, dəyişən bir şey yoxdur"- belə desə də Eldar müəllim zəngin müşahidələrini yenidə bizlə bölüşməyə xəsislik etmir. Onun kitabxanasında elmi, özəlliklə elmi ədəbiyyat çoxluq təşkil edir. Amma texniki kitabların satış səviyyəsi dini və ingilis dili öyrənmək üçün kitablardan geri qalır. Burda da dedektiv əbədiyyat at oynadır.

Kitab ölümsüzdür

Son ayların rekord qıran kitabı isə Bəxtiyar Vəhazadənin şeirlər kitabı olub. Eldar müəllim deyir ki, şairin vəfatı inanılmaz surətdə onun kitablarının satışına təsir göstərib: "Mən özüm də Bəxtiyar müəllimi çox istəyirəm. Dəfn günü mən də qəbristanlığa getmək istəyirdim. Amma inanın o gün o qədər kitab alan gəldi ki, başımı qaşımağa vaxtım olmadı. Çoxu da Bəxtiyar müəllimin kitablarını aldı". Eldar müəllimin satışın səviyyəsindən razı qalmasa da nikbindir, deyir ki, son iki ildə satış tempində artma müşahidə edilir. Bir kitab satıcısı kimi o düşünür ki, ali kitab oxuyanlarının sayının az və ya çox olması məktəblərdə təhsili səviyyəsindən birbaşa asılıdır: "Çoxları deyir ki, guya bizdə internet kitabın bazarını bağlayır. Mən bu sözlərə inanmıram. Ona görə ki, Amerikada, Türkiyədə, Rusiyada internet bizdən qatbaqat güclüdür. Bununla belə orda kitab bazarı da çox gözəl səviyyədədir. Kitabın enerjisini heç nə əvəz edə bilməz. Internetdən 10 qat üstün bir şey kəşf edilsə də insanlar yenə də kitab oxuyacaqlar".

Marks yada düşür

Eldar müəllim son bir ildə ideoloji kitabların da müştəri topladığını maraqlı fakt kimi danışır: "Məsələn, bu dəqiqə neçə oxucu var ki, mənə Marksın "Kapitalın" sifariş verib. Azərbaycanca olan "Kapital"ları tapa bilmirəm, tapdıqlarımın da hamısını satıb bitirmişəm. Lenini də istəyən var, amma Marks qədər yox". Hə, onu da əlavə edək ki, bu kitabxanada da Dostoyevskinin kitabları yoxdur. Sadə səbəbdən, onlar satışa çıxarılandan az sonra satılıb qurtarıb.

Mənbə: Kayzen.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6256   Tarix: 05 fevral 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 252
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

28.03.2024 136
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28.03.2024 1575
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208