Stolüstü tennis çempionatı keçirilib

Stolüstü tennis çempionatı keçirilib

Bakıda növbəti dəfə stolüstü tennis çempionatı keçirilib.

BiG.AZ saytı Anspress.com saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubu aprelin 17-18-də nəzərdə tutulan stolüstü tennis çempionatı Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Aqentliyində keçirilib.

FHN-nin 24 müxtəlif qurumu və onun 72 nəfər əməkdaşı yarışın proqramına uyğun olaraq mübarizəyə başlayıb. Gərgin mübarizə şəraitində keçən yarış beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarətində olub.

Qeyd edək ki, bu çempionat artıq 5-ci ildir keçirilir və iştirakçılarda oyuna maraq hər il artır. Komanda və şəxsi birincilik üzrə qaliblər müəyyən olunduqdan sonra mükafatlandırılma mərasimi keçirilib. Polkovnik Füzuli Musayev qaliblərə medal, diplom, kubok və qiymətli hədiyyələr təqdim edib.

İndi isə komanda şəklində qalib olanların siyahısını sizə təqdim edirik:
1-ci yer Dövlət Yanğından Mühafizə Xidməti. 2-ci yer Xüsusi Riskli Xilasetmə Xidməti. 3-cü yer Tikintitə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi.

Şəxsi birincilikdə qaliblər:
1-ci yer Bayramov Əli XRXX
2-ci yer İbrahimov Vüqar DYMX
3-cü yer Həsənov Məzahir DYMX

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: İdman Oxunub: 787 Tarix: 19.04.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol