Zikr nədir?

Zikr nədir?Mənbə: http://zikr.az

      Zikr xatırlamaq deməkdir. Uca Allahı zikr etmək Onu xatırlamaqdır. İslam alimlərinə görə bütün ibadətlərin buyurulmasında məqsəd Allahı xatırlamaqdır. Uca Allah Musa peyğəmbərə belə buyurur: "Mə ibadət et vəni xatırlamaq üçün namaz qıl!" (Ta ha, 14).
      Quran oxumaq, dini söhbətlər etmək, dini elm öyrənmək, Quran ayələri haqqında düşünmək Allahı zikr etmək sayılır. Həmçinin, Uca Allah insanlara xüsusi sözlər söyləməyi buyurmuşdur ki, insanlar onları söyləyərək Allahı yad etsinlər. Peyğəmbər demişdir: "Allah kəlmələrdən dördünü seçdi: "Subhənəllah, əlhəmdulilləh, lə iləhə illəllah, Allahu Əkbər". Kim "Subhənəllah"- deyərsə, Allah ona iyirmi savab yazar və iyirmi günahını silər. Kim "Allahu Əkbər"- deyərsə, eynilə olar. Kim "Lə iləhə illəllah"- deyərsə, eynilə olar. Kim ürəkdən "Aləmlərin Rəbbi olan Allaha həmd olsun (Əlhəmdulilləhi Rabbil-aləmin)"- deyərsə, ona otuz savab yazılar və otuz günahı silinər."
      Bu zikrləri dodaqları tərpədərək söyləmək vacibdir. Həmçinin, müəyyən vaxta və hala görə edilən zikrlər vardır. Peyğəmbər yuxudan oyandıqda, məscidə getdikdə, səhər və axşam olduqda, evə daxil olduqda, evdən çıxdıqda, namaz qıldıqdan sonra, miniyə oturduqda və s. gündəlik zikrlər edərdi. Hər bir müsəlman bu zikrləri zikr və dualar kitablarından əzbərləməyə, mənalarını öyrənməyə və gündəlik həyatında tətbiq etməyə çalışmalıdır.
      Uca Allahı zikr etmək insanı Allaha yaxınlaşdırır. Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir: "Uca Allah buyurur: "Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Məni yad etdikcə onunlayam. O, Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O, Məni camaatın yanın­da yad etsə, Mən onu onlardan daha xeyirli bir camaatın (mələklərin) yanında yad edərəm. O, Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O, Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxın­laşaram. O, Mənə doğru yeri­yərək gəlsə, Mən ona doğ­ru yüyürərək gələrəm". (əl-Buxari, 6856).
      Böyük İslam alimi imam ən-Nəvəvi bu hədisi şərh edərkən belə demişdir: "Bəndə Allaha itaət etməklə yaxınlaşarsa, Allah da ona mərhəməti və yardımı ilə yaxınlaşar. Bəndə Allaha nə qədər çox müti olarsa, Onun mərhəməti də bir o qədər çox olar. Bəndə Allahın itaətinə tələsərək gələrsə, Allah da ona mərhəmətini yağdırar, onu  qabaqlayıb məqsədinə çatmaqda çox addım atmamaq üçün əziyyətə salmaz. Bəndənin Allaha yaxınlaşmasının dərəcəsinə görə mükafatı qat-qat verilir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 5718   Tarix: 18 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732