Azərbaycanlının qeyri-adi oğurluğu: Ruslar 1 milyon rubl ziyana düşdü - VİDEO

Azərbaycanlının qeyri-adi oğurluğu: Ruslar 1 milyon rubl ziyana düşdü - VİDEO
Baş verən hadisələr müşahidə kameraları ilə lentə alınıb.

Azərbaycan vətəndaşı Rusiyanın Voloqda şəhərində qəribə oğurluq hadisəsi törədib.

BiG.AZ ANS PRESS-ə istinadən xəbər verir ki, mağazalardan lotereya satışı terminalı oğurlanıb. Məlumata görə, naməlum şəxs texniki işçi adı ilə mağazalarda quraşdırılan aparatları hamının gözü qarşısında aparıb.

O, aparatları təmir adı ilə yük maşınlarına qoyaraq uzaqlaşıb.

İki gün ərzində eyni üsulla 11 terminal oğurlanıb. Məlumata görə, azərbaycanlı bu işi təkbaşına edib. Ancaq hadisə anı heç bir şeydən xəbəri olmayan müştərilər və ya mağaza işçiləri aparatları maşına daşımağa kömək ediblər.

Baş verən hadisələr müşahidə kameraları ilə lentə alınıb.

Adı açıqlanmayan kişi terminalları içərisindəki pulları oğurlamaq məqsədilə aparıb. Pulları götürəndən sonra isə aparatı metal qəbulu məntəqəsinə verib. Onun vurduğu ziyan 1 milyon rubl dəyərində qiymətləndirilir.

Faktla bağlı istintaq başlanıb, araşdırma aparılır.


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 3054 Tarix: 23.04.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
seni_sevirem
seni_sevirem 23.04.2014
ALLAH BIYABIR ELESIN SENI AY BALA NIYE MILLETIN ADIN BATIRIRSAN AXI...


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər