Dmitri Yaroş: Azərbaycana minnətdarıq, Ermənistanı isə unutmayacağıq

Dmitri Yaroş: Azərbaycana minnətdarıq, Ermənistanı isə unutmayacağıq"Rusiya və Ukrayna arasında müharibə gedir".

"Sağ sektor"un lideri, Ukraynada hakimiyyətə əsas namizədlərdən biri olan Dmitri Yaroş Azərbaycan jurnalisti Əkbər Həsənova müsahibə verib.

BiG.AZ Haqqın.az-a istinadən bildirir ki, məhz "Sağ sektor" Ukraynada inqilabi qüvvələrin yaradılmasını və qalib olmasını təmin edib.

Ukrayna inqilabının baş komandanı Dmitri Yaroş Azərbaycanın BMT Baş Assambleyasının Ukraynanın ərazi bütövlüyünü təsdiqləyən qərarının səsverməsində iştirakını şərh edərək, ukraynalıların ümumiyyətlə, gözəl yaddaşı olduğunu deyib:

"Biz dost Azərbaycana dəstəyik və Ukraynanın ərazi bütövlüyünü tanıdığı üçün minnətdarıq. Ermənistana gəldikdə isə onun Krım anneksiyasına dair mövqeyini unutmayacağıq. Ukraynalıların ümumiyyətlə, yaddaşı çox yaxşıdır".

Jurnalistin əgər Yanukoviç hakimiyyətdə qalsaydı Ukraynada vəziyyət necə inkişaf edəcəkdi? - sualına Dmitri Yaroş cavab verib ki, rejimin devrilməsi labüd idi:

"Verdiyiniz sualın məntiqinə uyğun olaraq Ukraynalıların ümumiyyətlə, Maydana çıxmasına dəyərdimi? - sualı meydana çıxır. Bəli, dəyərdi. Bu qaçınılmaz idi. Və Yanukoviç rejiminin devrilməsi kütləvi aksiyaların məntiqi sonu oldu. Yanukoviç və onun Ukraynanı qarət edən rüşvətxor hakimiyyəti heç bir şərt altında dövlət başında qala bilməzdi. "Sağ sektor" buna heç bir zaman imkan verməzdi".

Ukrayna inqilabının baş komandanı qeyd edib ki, tamamilə aydındır ki, Rusiya və Ukrayna arasında müharibə gedir. Amma onlar qələbəyə inanırlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2004   Tarix: 16 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040