Allah kimləri sevir?

Allah kimləri sevir?Mənbə: http://zikr.az

      Qurani Kərimdə və Muhəmməd peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - səhih hədislərində Uca Allahın müəyyən əməlləri, sözləri və müəyyən xislətlərə sahib olan bəndələrini sevdiyi xəbər verilir. Onun bu haqda bizə xəbər verməsi bizim dərhal Onun sevdiyi həmin xislətlərə sahib olmağımız, Onun sevdiyi əməlləri etməyimiz və tez-tez Onun sevdiyi sözləri söyləməyimiz üçündür. Bunları yerinə yetirməklə biz Onun məhəbbətini qazana bilərik.
Uca Allah müttəqi bəndələrini sevir. Müttəqilər Allahın buyurduqlarını yerinə yetirən və Onun qadağan etdiklərindən çəkinənlərdir. Uca Allah buyurur:
"Həqiqətən, Allah müttəqiləri sevir" (ət-Tövbə, 4).  
O, yaxşılıq edənləri sevir:
"Allah yaxşı iş görənləri sevir" (Ali İmran, 134).
O, tövbə edənləri və günahdan təmizlənənləri sevir:
"Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da" (əl-Bəqərə, 222).
O, səbir edənləri sevir:
"Allah səbir edənləri sevir" (Ali İmran, 146).
O, ədalətli olanları sevir:
"Şübhəsiz ki, Allah ədalətli olanları sevir" (əl-Maidə, 42).
O, təvəkkül edənləri sevir:
"Həqiqətən, Allah təvəkkül edənləri sevir" (Ali İmran, 159).

Muhəmməd peyğəmbər Allahın sevdiyi və razı qaldığı bütün əməllər, əxlaqı keyfiyyətlər və sözlər haqqında xəbər vermiş və o, özü bu xüsusiyyətlərə sahib olmuşdur. Ona görə də Uca Allah ümumi məna daşıyan bir ayədə Öz məhəbbətini Peyğəmbərə tabe olmağa bağlamışdır. Uca Allah buyurur:
"De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir" (Ali İmran, 31).

Allah yalnız Onun xatirinə edilən əməlləri sevir

Allah Elçisi demişdir: "Uca Allah buyurdu: "Mənə görə bir-birlərini sevən­lərə məhəb­bətim vacib olmuşdur. Mənə görə bir-birlərinə bağlı olanlara mə­həb­bətim vacib olmuşdur. Mənə görə bir-birlərinə nəsihət edən­lə­rə (və səmimi olanlara) məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərini ziyarət edənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-bir­lərinə qarşı fədakar olanlara məhəbbətim vacib olmuş­dur. Mənə görə bir-birlərini sevənlərə nurdan minbərlər vardır. Nəbilər, siddiqlər və şəhidlər onların olduqları yerə qibtə edər­lər".

Allah gözəl əxlaqı sevir

Allah Elçisi demiş­dir:
"Şübhəsiz ki, Uca Allah səxavətlidir və səxavətli olanları sevir, comərd­dir və comərd olanları sevir. Həmçinin, yüksək əxlaqı sevir, pis əxlaqı isə sevmir".
"Allah hər bir işdə müla­yim olmağı sevir." 
"Əgər Allah bir ailəni sevərsə, onlara mülayimlik bəxş edər".
"Uca Allahın ən çox sevdiyi qulları ətrafındakı insanlara qayğıkeş olanlar­dır".

Allahın sevdiyi kəlmələr

Allah Elçisi demişdir: "Allah üçün ən sevimli olan kəlmələr bu dörd kəlmədir. Bunların hansı birisi ilə başlamağının sənə heç bir zərəri yoxdur: "Subhənallah, əlhəmdulilləh, lə iləhə illəllah və Allahu Əkbər".
Həmçinin, o demiş­dir: "Rahmənə se­vimli, tələffüzü asan və tərəzidə ağır gələn iki kəlmə var­dır ki, bunlar: "Sub­hanəllahi və bihəmdihi, subhanəllahil-Azim!" kəlmə­ləridir". (əl-Bu­xari, 7563). Tərcüməsi: Allah pak və müqəddəsdir! Həmd Ona məxsusdur! Böyük Allah pak və müqəddəsdir!

Allah bir qulunu sevərsə...

Peyğəmbər demişdir: "Allah bir qulunu sevdiyi zaman Cəbrailə: "Allah filankəsi sevir, sən də onu sev!"– deyə buyu­rur, Cəb­rail də həmin adamı sevir. Sonra Cəbrail səma əhlinə xitab edib: "Allah filankəsi sevir, siz də onu sevin!"– deyir, səma əhli də onu sevir. Daha sonra yer üzərində olanların da ona rəğbət bəslə­məyə başlayırlar." (əl-Buxari, 3209).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 8630   Tarix: 16 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?

Tibb elmi buna cavab verir. İnsan ayaq yoluna sağ ayağı ilə daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o arxası üstə yerə düşmüş olur. Əgər sol ayaqla daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o üzü üstə ayaq yoluna düşmüş olur. Heç bir müsəlman ayaq yolunda nəcis ola

11.01.2020 5697
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı - FOTO

Sabah Ramazan ayının 28-ci günüdür. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 11-də imsak vaxtı saat 03:44-də, iftar vaxtı isə 20:01-dədir. Mayın 11-i üçün namaz vaxtları:. Sübh azanı 03:54. Zöhr azanı 12:37. Əsr azanı 17:38. Məğrib azanı 20:01. İşa azan

10.05.2021 4070
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174