"Aziada -2017 Mətbəxi"- FOTO

"Aziada -2017 Mətbəxi"- FOTOTürkmənistanda keçirilən "Aziada -2017 Mətbəxi" usta sinfində Azərbaycan nümayəndə heyəti iştirak edib.BiG.AZ-ın SİA-ya istinadən məlumatına görə, bununla bağlı bu gün Azərbaycan Milli Kulinariya Mərkəzinin mətbuat konfransı keçirilib.

İlk öncə "Aziada -2017" usta sinfinin açılış mərasimi olub. Açılışda Ticarət Nazirinin müavini də iştirak edib. Tədbirdə məqsəd 2017-ci ildə keçiriləcək V Asiya Oyunları Olimpiadasına hazırlıqdan ibarət idi. Tədbirdə 23 ölkə (Azərbaycan, İngiltərə, Türkiyə, Almaniya, Ukrayna, Yaponiya, Tailand, Pakistan, Rusiya, Koreya, Hindistan, BƏƏ, Flippin, Tacikistan, Çin, İtaliya, Belarusiya, Qırğızıstan, Gürcüstan, Malaziya, Özbəkistan, Qazaxıstan, Ermənistan) iştirak edib. Açılışdan sonra Plenar iclas seminar öz işinə başlayıb.

Mətbuat konfransında Tahir Əmiraslanov çıxış edərək Azərbaycan mətbəxi ilə bağlı etiraflarından danışıb: "İlk öncə ermənistanlı həmkarıma mənim işimi asanlaşdırdığına, çıxışında və göstərdiyi filmdə yalnız qədim türk xörəklərini nümayiş etdirdiyinə görə minnətdram. Erməni alimi E.Sevartyanın "Türklərin etimoloji lüğğəti" və doktor İşanyanın "Türkcənin etimoloji sözlüyü" kitablarında sözügedən alimlər erməni həmkarımızın göstərdiyi filmdəki, festivalı keçirilən dolmanın, lavaşın, kababın, təndirin və.s məhz türk mətbəxinə aid olduğunu yazırlar. Ümumi türk mətbəxinə aid olan bu münasibət erməniləri türklərlə bağlayan əsas bağlardan biridir və mətbəxin birləşdirici gücünü göstərir. Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar və xatirə hədiyyələri paylanılıb. Tədbir zamanı bizə geniş dəstək verən, daimi bizimlə olan Azərbaycanın Türkmənistandakı səfirliyinə minnətdarlığımızı bildiririk".

Qeyd edək ki, konfransda Azərbaycan mətbəxinin qədimliyini əks etdirən slaydlar (40 min yaşı olan Qobustan ət bölgüsü, 3700 yaşı olan Şəki samovarı, İsmayıllı muzeyindəki 2400 yaşı olan yağ, 2400 yaşı olan daşlanmış şərab, VII əsrə aid Qəbələ damıtma aparatı, XVII - əsrə aid Ağsu şəkərbura maqqaşı, daşarası, plov çətəni və.s) nümayiş olunub.

"Aziada -2017 Mətbəxi"- FOTO"Aziada -2017 Mətbəxi"- FOTO"Aziada -2017 Mətbəxi"- FOTO"Aziada -2017 Mətbəxi"- FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3626   Tarix: 19 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040