Bu gün Telman Adıgözəlovun anım günüdür - FOTO-HEKAYƏT

Bu gün Telman Adıgözəlovun anım günüdür - FOTO-HEKAYƏTBu gün Telman Adıgözəlovun anım günüdür - FOTO-HEKAYƏTBu gün Telman Adıgözəlovun anım günüdür - FOTO-HEKAYƏTBu gün Telman Adıgözəlovun anım günüdür - FOTO-HEKAYƏTBu gün Telman Adıgözəlovun anım günüdür - FOTO-HEKAYƏTBu gün Telman Adıgözəlovun anım günüdür - FOTO-HEKAYƏTGözlənməyən ölüm mələyi və ya bir gecənin sirli itkisi...

... Bu gün də adi günlərindən biriydi. Həmişəki kimi səhər yuxudan oyandı, yüngülvarı idmandan sonra naharını elədi. Teatr təmirdəydi deyə, müvəqqəti məskunlaşdıqları yerə - "Mir" studiyasına hər gün getmirdi. Elə bu gün də getməyəcəkdi. Həftəsonuna hələ iki-üç gün qalsa da, bu günü özünə istirahət elan etdi. Əslində son vaxtlar işdə çox yorulurdu demək də düz olmazdı. Oynadığı tamaşaların bir neçəsi nədənsə repertuardan çıxarılmışdı. Yeni rolu isə çoxdandır ki, yox idi. İşdən yorulmaq istədiyi vaxtlarında, daha doğrusu illərində istirahətə məcburi məhkum olmuşdu...

Bu gün də o məhkumluğun növbəti günlərindən birini yaşayırdı. Sevimli teatrında nə məşqi, nə də tamaşası vardı. Odur ki, rahatca oturub, axşama kimi başını birtəhər nəyləsə qatmaq lazım idi...

Axşam geyinib-keçinib qohumlardan birinin toyuna getdi. Amma orda da, bu qədər qohum-əqrəbanın, dost-aşnanın olduğu məclisdə də çox qərar tuta bilmədi. Darıxırdı elə bil...

Evə yaman tələsirdi. Burada onu toydan da maraqlı və vacib bir şey gözləyirdi. Ramiz Novruzun oxumaq üçün ona təqdim etdiyi ssenari. O ssenariylə tanış olacaqdı bu gecə. Bəlkə elə bu dəfə də dostunun ssenarisi onun köməyinə çatacaqdı. Onu artıq bezdiyi bu istirahət məhkumluğundan qurtaracaqdı. Uzun müddətdir davam edən yaradıcılıq fasiləsinə son verib, nəhayət, yeni və ürəyi istəyən bir obraz tapacaqdı. Axı illər öncə də məhz Ramiz Novruzun "Hələ sevirəm deməmişlər" tamaşası dadına çatmışdı. Tamaşada tamam fərqli bir obraz yaratmışdı – Qumarbaz obrazını. Bu, onun səhnə həyatı boyu oynadığı ikinci tragikomik rol idi. Həmişə arzusunda olduğu bu tip obrazların üçüncüsünü də bu ssenaridə axtarmaq fikrindəydi. O, elə bu arzuyla da ssenarini əlinə aldı...

...Vərəqləri yerə qoyanda isə artıq gecə düşmüşdü. Adi günlərdən biri kimi başlayan bu gün artıq sona çatırdı... Elə onun öz həyatı da... O isə bundan xəbərsiz idi... Həyat hələ də davam edirdi onun üçün. Sabah təqvimdə yeni bir tarix başlayacaqdı. Oynayacağı rollar, yaradacağı obrazlar qarşıda, o sabahkı gündə dayanmışdı. Səhər doğacaq yeni bir günü görmək niyyətilə də yatağa girdi və...

... Bu gün adi günlərdən biri kimi başladı. Amma sona çatmadı... Təqvimin yeni tarixi, doğacaq yeni bir gün, qarşıdakı rollar, obrazlar o isti yataqdaca donub qaldı. Həyat heç gözləmədiyi, heç istəmədiyi bir məqamda, elə yuxudaca sona çatdı. Qəfil ölümlə...

Günəş isə yeni bir günü başlatmaq üçün Şərqə doğru irəliləyirdi. Və yeni həyatı da... Təqvim artıq yeni bir tarixi göstərirdi – 2010-cu il aprelin 15-ini – xalq artisti Telman Adıgözəlovsuz həyatın ilk günü...

Yeni həyatın başlanğıcı...

1953-cü il iyulun 17-si. Yeni bir gün, yeni bir həyatın başlanğıcı. Onun həyatı bu tarixdən başlayır. Telman Adıgözəlov məhz bu tarixdə Balakən rayonunda dünyaya göz açıb. Telmanın atası Abbasqulu bəyin ailəsi Ordubaddan Balakənə sürgün olunub. Əslən Ərdəbildən olan anasıgil isə Bakıda yaşayıblar.

Telman ailənin ikinci oğlu və sonbeşiyi idi. Özündən böyük qardaşına isə Vaqif adını vermişdilər. Telman dördüncü sinifdə oxuyanda Adıgözəlovlar ailəsi Balakəndən Bakıya köçür. Şəhər mühiti rayonda böyüyən bu oğlanın qarşısında yeni üfüqlər açır. Bura gözünü açıb gördüyü yerdən tamamilə fərqlənirdi. Hər şeyilə... Buranın adamları da, mühiti də, hətta havası da başqaydı sanki. Amma bu yeniliyə öyrəşmək çətin olmur Telman üçün. Tezliklə yeni dostlar, yeni tanışlar tapır. Elə həyatı da yeni bir istiqamət alır. Sənətə doğru...

Dərsdən qaçıb kinoteatra gəldiyi günlərin birində yolda onun qarşısını bir adam kəsir. İndiyə qədər görmədiyi, tanımadığı bir şəxs. (Sonradan bilir ki, bu, rejissor Nazim Zeynalov imiş). Və onu "Evrika" verilişinə dəvət edir. Telman Adıgözəlov ilk dəfə bu verilişdə fantastik səhnələrə çəkilir. Bundan sonra mütəmadi şəkildə "Yasəmən" televiziya teatrında iştirak edir. Yeddinci sinifdə oxuyanda isə Adil İsgəndərovun kinoaktyor studiyasında əlavə təhsil almağa başlayır. Beləliklə, həyatını sənətə bağlayır.

Məktəbi qurtarandan sonra isə sənədlərini İncəsənət İnstitutuna təqdim edir. Təbii ki, bura daxil olmaq onun üçün heç də çətin olmur və institutun dram və kino aktyorluğu fakültəsində təhsil almağa başlayır. İlk dəfə peşəkar teatr səhnəsinə çıxanda isə hələ üçüncü kurs tələbəsiydi. Tofiq Kazımovun dəvətilə Akademik Milli Dram Teatrının iki tamaşasında baş rol ifa etmişdi. Lakin bu uğurun ömrü çox qısa olur. Uzun saç saxlaması, cins şalvar geyinməsi çoxlarının xoşuna gəlmədiyindən onu teatrdan uzaqlaşdırırlar... Ona görə də institutu bitirəndən sonra I Zabrat qəsəbəsindəki "1 May" mədəniyyət sarayında rus dilində dərnəyə rəhbərlik etməyə başlayır. Eyni zamanda da Tədris Teatrında işləyir. Çox keçmir ki, Vaqif İbrahimoğlu bura baş rejissor təyin olunur. Bu, gənc aktyorun həyatında yeni bir səhifə olur. Vaqif İbrahimoğlu indiyədək əsasən komik rollarda oynayan Telmanın içində gizli qalan başqa bir istedadını üzə çıxarır. Məhz bu rejissor 1978-ci ildə Cəfər Cabbarlının bir itmiş pamfletini səhnələşdirməklə Telman Adıgözəlovun tragikomik aktyor olduğunu kəşf edir. Ancaq sonralar nə qədər arzulasa da, başqa rejissorlar onun bu istedadından yararlanmaq istəmədilər. Və Telman Adıgözəlov tamaşaçılar tərəfdən daha çox komik rolların ifaçısı kimi tanındı və sevildi...

Telman Adıgözəlov bir neçə illik fasilədən sonra yenidən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına qayıdır. 1980-ci ildən ömrünün axırına kimi bu doğma sənət ocağında çalışır, maraqlı obrazlar yaradır. Teatra təzə gəldiyi vaxtdan 10 il ərzində yaradıcılığında intibah dövrü olur, tamaşalarının sayı çoxalır, yeni rollar bir-birini əvəz edir. Televiziya tamaşalarına da çəkilir. "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Evləri köndələn yar", "Yarım ştat"da unudulmaz və özünəməxsus obrazlar yaradır. Sonra isə böyük bir fasilə... Digər mədəniyyət sahələrində olduğu kimi, teatrda da keçid dövrü başlayır. Bu müddət ərzində Telman Adıgözəlovun yaradıcılığında böyük bir durğunluq olur. Rejissorlar düz 7 il ona rol vermirlər. Bu ayrı-seçkilik, tərəfkeşlik, qeyri-obyektivlik girdabında uduzan və itirən isə tək Telman yox, həm də onun tamaşaçıları olur... Amma Azər Paşa Nemətovun teatra gəlişindən sonra onun yaradıcılığı yenidən çiçəklənməyə başlayır. Sənət taleyinin ikinci intibah dövrü "Ah... Paris, Paris" əsəri ilə start götürür və ardı davam edir. Bir neçə il sonra isə nəhayət ki, həmişə arzusunda olduğu tragikomik bir obraz yaradır – Qarabağ mövzusuna həsr olunmuş "Hələ sevirəm deməmişlər" tamaşasında Qumarbaz obrazını. Bu, onun ən sevimli rollarından biriydi. Tamaşanın hər nümayişindən sonra aktyor bir həftə özünə gələ bilmirdi. Bu, onun bütün sənət həyatı boyunca yaratdığı ikinci tragikomik obrazı idi. İkinci və sonuncu...

Həyatın gözlənilməz sonu...

2008-ci il. Akademik Milli Dram Teatrı əsaslı təmirə bağlanır. Bundan sonra Telman Adıgözəlovun yaradıcılığında növbəti durğunluq yaşanır. Oynadığı tamaşaların çoxu repertuardan birdəfəlik çıxarılır. Qalan bir-ikisi isə aylıq repertuara demək olar ki salınmır. Beləcə, Telman Adıgözəlov heç istəmədən istirahətə məhkum olur. Kinolara da dəvət almır. Əslində elə əvvəldən kino rejissorlarının diqqətini cəlb etməmişdi. Cəmi 11, ya 12 filmə çəkilmişdi. Bütün sənət ömrü ərzində... Amma ümidlərini üzmürdü. Tezliklə hər şeyin düzələcəyinə inanırdı. Teatrın təmirinin yekunlaşmasını səbirsizliklə gözləyirdi. Yeni binada yeni rollar, yeni obrazlar yaratmaq arzusundaydı. Amma bunları görmək Telman Adıgözəlova qismət olmur. İstəkləri, xəyalları, arzuları gözündə qalır... O, heç gözlənilməyən bir vaxtda – 2010-cu il aprelin 15-də 57 yaşını tamamlamadan həyatla qəfil vidalaşır.

Aktyorun oğlu Tural Adıgözəlov atasının qəfil ölüm səbəblərindən danışır. Demə, hər şey hələ bir neçə ay əvvəldən başlayıbmış: "Ölümündən bir neçə ay qabaq atamın kürəyində güclü ağrı oldu. Sol qolu keyidi. Getdi həkimə. Həkim dedi osteoxondrozdur, guya kürəyində duz var, onu sıxır. İynə, dərman yazdı. Bir həftə evdə qalıb, o müalicəni etdirdi. Mən əsgərlikdə olanda da eyni hal baş veribmiş. Amma mənə onda deməmişdilər. Atam rəhmətə gedəndən sonra ailəvi tanış olduğumuz bir həkimlə danışdım. Həkim dedi ki, "ona səhv diaqnoz qoyublar. O ağrı duzla bağlı deyil. Ürəyində damar tıxanması olub, onu narahat edib. Onun üçün də bir həb var, içəndə ürək damarlarını açır". Bəlkə də vaxtında düzgün diaqnoz qoyulsaydı, düzgün müalicə aparılsaydı, heç belə də olmazdı".

Tural atasının ona dediyi son sözləri xatırlayır: "Adətən insanlar öləcəklərini qabaqcadan duyurlar, vəsiyyət edirlər, son sözlərini deyirlər. Amma onda belə olmadı. O gün atamın adi günlərindən biriydi. Özü də öləcəyini inanmırdı. Həm də həmin gün səhhətində də bir nasazlıq olmamışdı, ağrımamışdı. Mən məşqdən qayıtmışdım. Yorulmuşdum deyə bir az tez yatmışdım. Bir az keçəndən sonra atam yanıma gəldi. Soruşdu, "özünü necə hiss edirsən? Xəstə zad deyilsən ki?" Dedim, "yox, yaxşıyam. Sadəcə bir az yorulmuşam". Vəssalam, bu, bizim son danışığımız oldu. Bir də gecə saat 4-ə işləmiş anamın səsinə oyandım. Uca səslə atamı çağırırdı. Tez onların otağa getdim, gördüm atam xırıldayır, elə bil boğazında nəsə qalıb. Biz əvvəl elə bildik ki, yuxuda təngnəfəs olub. Başladıq silkələməyə ki, yuxudan ayılsın. Amma gördük yox, düşündüyümüz deyil. Artıq rəngi də qaralmışdı. Demə, can verirmiş, biz də bilmirik. Çünki indiyə qədər elə şey görməmişdik. Birinci növbədə təcili yardıma zəng vurduq. Nə olduğunu aydınlaşdıra bilmədilər. Təzədən ikinci təcili yardım briqadasını çağırdıq. 10 dəqiqədən sonra ikincisi gəldi. Təzyiqini ölçdülər, sonra da elektroşok elədilər. Amma xeyri olmadı. İki-üç dəfə elədilər, sonra dedilər keçinib. Elə xırıldayaraq canını tapşırdı. Nə bilim, yəqin bu da belə qədərdir... Böyük itkidir, əlbəttə. Həm ailəsi, həm xalqı üçün. Xalqın onu nə qədər sevdiyi elə həmin gün göründü. Yasa hamı gəlmişdi, dövlət məmurundan tutmuş, sadə vətəndaşına qədər. Düzdür, vida mərasimi olmadı, Fəxri Xiyabanda dəfn olunmadı, daha neyləmək olar ki?! Atamın məzar daşı İsrafil İsrafilovun köməkliyi ilə qoyuldu. Sağ olsunlar".

Tural Adıgözəlov atasının aktyor yox, məhz ata kimi xüsusiyyətlərini də sadalayır: "Çox gözəl ata olub. Mənimlə yaxın münasibəti vardı. Tək ata yox, həm də dost idi. Həmişə deyirdi, "nə sözün, problemin olsa, dost kimi, ata kimi gəl mənə de". Ailədə bir az ciddi olsa da, zarafatından da qalmırdı. O qədər də qaşqabaqlı adam deyildi. Hamıyla mülayim rəftar edirdi. İnsanları vəzifəsinə görə ayırmırdı. Həyətdəki süpürgəçi də onu çox istəyirdi. Heç yadımdan çıxmaz – atam rəhmətə gedən günün səhəri aşağı düşdüm. Yağış yağırdı, yerdə gölməçə vardı. Həyəti süpürən yaşlı qadına dedim ki, "xala, bu gölməçəni dağıt, çadırın içində yerə xalça salanda su olmasın, mən sənə hörmət edərəm". Dedi, "o nə sözdür, xətrimə dəyirsən. Biz Telmanı çox istəyirdik. Hər səhər bizimlə hal-əhval edirdi. Bir dəfə hətta məni qucaqladı. O biri süpürgəçilər də mənə sataşırdı ki, Telman Adıgözəlov səni qucaqladı". O, doğrudan da özündən razı adam olmayıb. Hamıyla deyib-gülüb. Tələbələrini də çox istəyirdi. Hazırda onlar 4-cü kursda oxuyurlar. Atam hələ rəhmətə getməmişdən qabaq bir tamaşa qoymuşdular. Ssenarini atamla tələbələrindən biri yazmışdı. Amma o tamaşa yarımçıq qaldı. Atam onu nə tamamlaya, nə də görə bildi. Vəfatından sonra o tamaşanı Tədris Teatrında qoydular. Çox istəyərəm o istedadlı uşaqları irəli çəkib, şərait yaratsınlar ki, atamın sənətini davam etdirsinlər, onun adını yaşatsınlar".

Söhbətimizin sonunda Tural gördüyü yuxularını da danışır: "Ölümündən sonra 3-4 ay ərzində atam demək olar ki, hər gün yuxumuza girirdi. Mən hər dəfə də eyni yuxunu görürdüm. Görürdüm, guya atam dirilib, nəsə yarımçıq işi var, gəlib onu görməyə. Bilmirəm nə işdir. Amma mən də, o da bilirik ki, öləcək. Qəribə yuxudur... O, ən çox ailəsindən narahat idi. Balalarının toyunu görməyi arzulayırdı. Teatrın təmirinin başa çatmasını gözləyirdi. Bilmirəm, yuxuda gördüyüm o yarımçıq işi bunların hansıyla bağlıydı. Anamla bacımdan isə gördükləri yuxuların məzmununu çox soruşmuram. Ümumiyyətlə, televiziya kanallarında atamın hansısa tamaşasını göstərəndə də qoymuram baxsınlar. Dözə bilmirlər, ağlayırlar... Biz hələ də onun yoxluğuna alışmamışıq. Atamın yeri, o boşluq çox hiss olunur. Neyləsək də, o boşluq heç nəylə dolmaz. Bu itki bizi həmişə göynədəcək. Baxmayaraq ki, o gündən, aprelin 15-dən artıq bir il ötür..."

2010-cu il, aprelin 15-i... Təqvim artıq bu tarixi göstərirdi – xalq artisti, tamaşaçıların sevimlisi Telman Adıgözəlovsuz həyatın ilk gününü... Onun üçün həyat məhz bu tarixdə, bu adi gündə heç gözləmədiyi, heç istəmədiyi bir məqamda, elə yuxudaca sona çatdı. Qəfil ölümlə... Qarşıda, sabahkı gündə isə onu yeni rollar, üçüncü tragikomik obraz, Fatmayidə tikintisi illərdir başa çatmayan bağ evi və hələ çalınmayan "Vağzalı" sədaları gözləyirdi...

... Günəş isə Şərqə çatıb, yeni bir günü və yeni bir həyatı başlatmışdı artıq....


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4493   Tarix: 15 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Azərbaycan və Rusiya rəhbərləri arasındakı şəxsi münasibətlər sistemi iki ölkə münasibətlərinin inkişaf etməsinə böyük təkan verib"

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib. Mövzu ilə bağlı -a danışan politoloq Tura

13:10 216
.

Bu insanlara tatu olmaz – Həkimdən XƏBƏRDARLIQ

Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir. xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Svetlana Jaboeva müsahibəsi zamanı deyib. Həkimin sözlərinə görə, tarixdə dəri xərçəngi, melanoma, skuamöz hüceyrəli və ya bazal hüceyrəli karsinoma olan insanlar döymələrdən çəkinməlidirlər. Ailəsində melanom

22.04.2024 646
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

11:48 257
.

Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

"Çinin BYD şirkəti Azərbaycanın avtobus parkına töhfə verəcək. Bu il Çindən ölkəmizə gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq". AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev "Kəmər və Yol"

22.04.2024 760
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

15:43 157
.

Namiq "İmtahan"ı təqdim etdi

Müğənni Namiq Qaraçuxurlu yeni mahnısını təqdib edib. BİG.AZ xəbər verir ki. sözləri N. Qaraçuxurluya, musiqisi isə Mansur Qinyaza aid bəstə "İmtahan" adlanır. Mahnıda tar, kamança milli musiqi alətlərindən istifadə olunub. "İmtahan" ötən gündən etibarən meyxanaçının rəsmi musiq

18:15 0
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. BİG.AZ xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22.04.2024 298
.

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir. Dah

14:01 1052
.

Ukrayna: Rusiya Kiyevə və 3 vilayətə dron və raketlərlə hücum edib

Rusiya Ukraynanın paytaxtı Kiyevə, eləcə də Mykolayiv, Odessa və Çerkasya vilayətlərinə dron və ballistik raketlərlə hücum edib. BİG.AZ xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb. Məlumata görə, Rusiya Kiyevə və 3 vilayətə dron və raketlərlə Rusiya bu gecə Ukrayn

11:52 28