Peyğəmbərliyin başlanğıcı

Peyğəmbərliyin başlanğıcıMənbə: http://zikr.az

Yer üzərində bir milyarda yaxın müsəlman tərəddüt etmədən Müqəddəs Quranı "Allahın kəlamı" və Muhəmməd peyğəmbərə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - göndərilən "möcüzə" olduğunu qəbul edir. Ramazan ayının 21 – ci gecəsi bazar ertəsi günü idi. Muhəmməd düşünmək və ruhi sükunət tapmaq üçün Məkkənin ətrafında yerləşən Hira mağarasında xəlvətə çəkilir. Onu ətrafdakı aləmdə mənəviyyatsızlıq, həmçinin, xalqının arasında bütpərəstliyin kök salması narahat edirdi. O, narahatlıq doğuran suallara cavab axtarır və gözləyirdi, amma onları cavablandırmağa hələ aciz idi. Nəhayət, o gözlənilən an gəldi. Qədr gecəsinin yarısı Allahın kitabı bu susamış ruha açıldı. Möminlərin anası Aişə bu əhvalatı ətraflı şəkildə rəvayət edərək belə demişdir: "Allahın elçisinə ilk vəhyin gəlməsi gözəl yuxu vasitəsilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi ki, sübh çağının aydınlığı kimi gerçək olmasın. Sonra onun qəlbinə tənhalığa çəkilmək meyli salındı. Peyğəmbər Hira dağındakı mağarada xəlvətə çəkilib, ailəsinin yanına qayıdanadək müəyyən gecələri orada ibadət edərdi. (O özü ilə azuqə götürüb xəlvətə çəkilərdi). Sonra Xədicənin yanına qayıdıb yenə bir o qədər müddət qalmaq üçün azuqə götürərdi. Nəhayət, Peyğəmbər Hira dağındakı mağarada olarkən ona haqq nazil oldu. Mələk onun yanına gəlib: "Oxu!"– dedi. O isə: "Mən oxumağı bacarmıram!"– deyə cavab verdi. Peyğəmbər dedi: "O zaman mələk məni tutub taqətim kəsilənədək sıxdı, sonra da buraxıb: "Oxu!"– dedi. Mən də: "Oxumağı bacarmıram!"– dedim. O ikinci dəfə məni tutub nəfəsim kəsilənədək sıxdı, sonra da buraxıb: "Oxu!"– dedi. Mən isə: "Oxumağı bacarmıram!"– dedim. O üçüncü dəfə məni tutub nəfəsim kəsilənədək sıxdı, sonra da buraxıb dedi: "Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin Səxavətlidir. O, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi" (əl-Ələq surəsi, 1-5 ayələr). Bu hadisədən sonra Peyğəmbər qorxudan ürəyi əsə-əsə həmin ayələrlə geri döndü. O, evinə daxil olub: "Üstümü örtün, üstümü örtün!"– dedi. Onun üstünü örtdülər. Nəhayət, qorxu ondan keçib getdi və Peyğəmbər başına gələn hadisəni Xədicəyə xəbər verib dedi: "Mən başıma bir iş gələcəyindən qorxdum." Xədicə dedi: "Xeyr! Allaha and olsun ki, Allah səni heç vaxt rüsvay etməz. Çünki sən qohumluq əlaqələrini möhkəmləndirirsən, zəiflərin yükünü daşıyır, yoxsula pay verir, qonağa yaxşı baxır və haqq yolunda insanlara yardım edirsən." Sonra Xədicə Peyğəmbəri əmisi oğlu Varaqa ibn Nofəlin yanına gətirdi. O, cahiliyyət dövründə xristian olmuş bir adam idi və ibranicə yazmağı bacarır, İncildən Allahın dilədiyi qədər bəzi şeylər yazırdı. O artıq gözləri kor olmuş qoca bir kişi idi. Xədicə dedi: "Ey əmim oğlu! Qulaq as, gör qardaşın oğlu nə deyir!" Varaqa ondan: "Ey qardaşım oğlu! Sən nə görürsən?"– deyə soruşdu. Peyğəmbər də gördüyü şeyləri ona xəbər verdi. Varaqa ona dedi: "O gördüyün, Allahın Musaya göndərdiyi sirrin sahibi olan Cəbraildir. Kaş dəvət edəcəyin vaxt mən gənc olaydım! Kaş qövmün səni (yurdundan) qovacağı zaman sağ olaydım!" Peyğəmbər soruşdu: "Məgər onlar məni qovacaqlar?" Varaqa dedi: "Bəli! Sənin gətirdiyinin bənzərini gətirən (Allahın dinini təbliğ edən) elə bir kişi olmayıb ki, onunla düşmənçilik etməsinlər. Əgər həmin (dəvət edəcəyin) günə qədər yaşasam, var gücümlə sənə kömək edəcəyəm." Lakin çox keçmədi ki, Varaqa vəfat etdi və bir müddət vəhy nazil olmadı." (Səhih əl-Buxari, 3).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2651   Tarix: 12 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Qəbiristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əllərin yuyulmasının dinlə əlaqəsi varmı?

Dinimzidə qəbir ziyarətinə getmək, dəfn mərasiminə qatılmaq təkid edilən və bəyənilən əməllərdən sayılır. Çünki bunlar ölümü insana xatırladır və onun öz əməllərinə görə məsuliyyətini artırır. Qəbir ziyarətindən qayıdandan sonra hər hansı ayini yerinə yetirməyə ehtiyac yoxdur. Qəbristanlıqdan qayıtdıqda

04.10.2020 6516
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182