6 yaşlı qızını borca görə satdı

6 yaşlı qızını borca görə satdıƏfqanıstanın paytaxtı Kabil şəhərində yaşayan Taj Mahammad adlı kişi dünya mediasının gündəmindəki ən tirajlı şəxslərdən birinə çevrilib.

Çünki o, 6 yaşlı qızını pula görə satmaq istədiyi üçün nəzarətə götürülüb. Taj Məhəmməd ötən il arvadı xəstələndiyi üçün onu müalicə etdirib. Müalicə müddətində xərcləri ödəmək məcburiyyətində qalan kişi 2500 dollar borc alıb. Bu günlərdə isə borc sahibinin pulunu qaytara bilmədiyi üçün 6 yaşlı qızını borc qarşılığında həmin şəxsin 19 yaşlı oğluna vermək qərarına gəlib. Baş vermiş hadisə mediada əks olunduqdan sonra Amerikalı insan haqları müdafiəçisi Kimberly Motley onlara yardım əli uzadıb. T.Mahammad ilə borc sahibi arasındakı anlaşma rədd edilib. Əfqanıstanlı xeyriyyəçilərindən biri atanın borcunu ödəyib.

Hazırda 6 yaşlı qız psixoloji travma aldığı üçün müalicə edilir. Ata isə ailəsinə baxması üçün işlə təmin edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3377   Tarix: 14 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040