Toppuş bacı hamilədi (Müsahibə)

Toppuş bacı hamilədi (Müsahibə)Efirə çıxandan tamaşaçı rəğbəti, tamaşaçı sevgisi qazandı. Üzlərdə təbəssüm yaratmağı bacardı. 

"Efir ağır çəkili insanları sevmir" streotipini darmadağın etdi. Çəkisi çox olsa da, sənətdəki çəkisi onu qısa zaman kəsiyində tamaşaçıların sevimlisinə çevirdi. Yəqin ki, çoxunuz söhbətin kimdən getdiyini başa düşdünüz. Tünzalə Əliyevanı deyirəm, el arasında Toppuş bacı kimi sevilən aktrisamızı. 

Mövqe.az-ın qonağı olan sevimli aktrisa bizimlə söhbətdə həm sənətindən, həm də şəxsi həyatından danışdı:

- Əməliyyatdan sonra özünüzü necə hiss edirsiniz?

- Yaxşıyam şükür Allaha. 16 kq arıqlamışam.

- Neçə dəfə arıqlamaq üçün əməliyyat etdirmisiniz?

- Son bir il yarımda 5 dəfə əməliyyat olunmuşam.

-Neçə kiloqram idiniz və əməliyyatlardan sonra nə qədər arıqladınız?

- Əvvəl 165 kilo idim, sonra 19 kq arıqlayıb əməliyyata girdim və 132 kq oldum. 16-17 kq əməliyyatda götürmüşdülər. Qarnımdan piy hissəmi götürmüşdülər. 6 aydan sonra yenə əməliyyat olundum. Bu dəfə isə ayaq hissələrimdən, çənə altından, budlarımdan piyləri kəsib, götürdülər. Sonuncu dəfə isə mədəmdən əməliyyat olundum. Mədəmi balacalaşdırdılar. Həkimin pəhrizi ilə qidalanıram.

- Bir günlük pəhrizinizi açıqlayarsınızmı?

- Əlbəttə. Deməli səhər 4 zeytun, balaca dilim pendir, yarım pomidor, bir neçə quddum süd. Günortaya yaxın yoqurt yeyirəm. Nahara yarım kasa şorba içirəm. Axşama yaxın isə salat və 50 qr ət qızartması yeyirəm. Yəni ac qalmıram.- 

Tünzalə xanım, sizi hamı belə toppuş, ətli-canlı sevib, qəbul edir. Nəyə gərəkdi bu qədər əməliyyat?

-Sadəcə öz sağlamlığım üçün edirəm.

- Bəlkə həyat yoldaşınız tərəfindən sizə nəsə təziq var. Bəlkə o sizdən arıqlamağınızı tələb edir? Kişilər belə şeylərə daha çox diqqət edirlər axı...

- Yox vallah. Əksinə. Həyat yoldaşımla tanış olmamışdan qabaq mən bir neçə əməliyyat etdirmişdim. Qollarımdan, ayaqlarımdan, çənəmdən, qarnımdan da əməliyyat olunmuşdum. Yalnız sonuncu əməliyyatım yoldaşımla olduğum bir ilin payına düşdü. O zamanda küsülü olduq. Əməliyyata gedən zaman da küsülü idik. Düzdü özü məni apardı, yola saldı. Amma məndən küsdü ki, niyə əməliyyat etdirirsən mən səni belə sevirəm, istəmirəm gedəsən. Ancaq mənim istəyim olduğu üçün o mənə dəstək verdi.

- Gec ailə quran qadınlar üçün seçim etmək də çətin olur. Siz həyat yoldaşınızda hansı cəhəti bəyəndiniz ki, dediniz bax bu mənim yarım olmağa layiqdi?

- Sadəcə sevdim. Onun ağır xasiyyətli olması məni daha çox cəlb etdi. Mən çox deyib-gülən insanam. Həddindən çox şənəm. Ancaq o, tam mənim əksimdi.

- Bəs nə əcəb, çətin olmur?

- Çox davalarımız olur. Ancaq öyrəşmişəm artıq... Bilirəm o harada danışıb-danışmayaq, nə xoşlayır, nə xoşlamır... Mən həmişə özümü çox azad aparırdım. Ancaq indi onun istəyi arzusu ilə hərəkətlərimi tənzimləyirəm (gülür-red) Bir sözlə, həyat yoldaşımın istəyi ilə oturub-dururam.

- Deyəsən çox qısqanır sizi?

-Çox, hədsiz qısqancdı.

-Bəs siz aktrisasız. Nə əcəb evləndikdən sonra da işinizə mane olmur?

- Yox, şükür maneçilik etmir. Razılaşır. Və o, bilir ki, bu mənim sənətimdi və mən hara kimi gedə bilərəm.

- Tanışlığınız necə olub?

-Biz 2 il birlikdə işləmişik. Ancaq mən onun sevgisini hiss etməmişəm. ancaq işlə əlaqədar danışmışıq, söhbətləmişik. Yavaş-yavaş onu gözaltı etdim. Tez-tez gördüm. Ağır təbiətliyi, davranışı məni özünə cəlb elədi və onu sevdim, o da məni sevdi. Vəssalam evləndik.

- İlk dəfə ailəsi ilə tanışlığınız necə oldu? Narazı olan filan olmadı ki?

- Deməli ilk dəfə məni öz evlərinə qonaq apardı. Artıq bir-birimizi sevirdik və bilirdik sonu evlənməklə bitəcək. Sadəcə valideynlərinin məni tanımağı çox vacib idi. Valideynləri Ağdaşda yaşayırdı. Getdim ailə və yaşam tərzləri ilə tanış oldum. Getdim ora və 3 gün onlarda qonaq qaldım. Ailəsi məni çox yaxşı qarşıladı, sevdi.

- Heç kimə sirr deyil ki, siz ondan yaşda böyüksünüz. Bu ailədaxili məsələlərdə özünü biruzə verirmi?

- Əksinə biruzə vermir. Mən onun yanında çox balacayam. Heç özümü böyük kimi hiss etmirəm. Uyuşuruq.

- Tünzalə xanım deyirlər övlad payı istəmirsiniz. Buna səbəb nədi?

- Mən elə söz deməmişəm. Sadəcə jurnalist sual verib övladınız niyə yoxdu filan... Mən də demişəm ayıbdı. Məndən yaşca böyük sənətdə də, həyatda da insanlar var. Deyərlər buna bax şəxsi məsələləri el içində danışır. Sadəcə özümə yaraşdırmıram. İnşallah qismətdisə övladımız olacaq. Qismət deyilsə də, olmayacaq. Heç bir problemimiz yoxdu. Hər ikimizin birinci evliliyimizdi və övladımız da qismətsə, olacaq. Bu barədə çox danışmaq istəmirəm. Tamaşaçılar dedi-qodulara, boş söhbətlərə inanmasın. Sadəcə Toppuş sevənlərə onu deyə bilərəm ki, ailəmlə çox xoşbəxtəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 5019   Tarix: 11 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm"

Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub. BİG.AZ xəbər verir ki, ifaçı veriliş zamanı dostluq münasibətlərindən söz açıb:. "Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsil

13.11.2019 2270
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ

Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar. Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb va

08.07.2020 1152
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏ

Komediya filmlərinin bir çoxunda baş rolu canlandıran Müşfiq Şahverdiyev -ın qonağı olub. Müsahibə zamanı aktyor şəxsi həyatı və sənəti ilə bağlı maraqlı məqamlara toxunub. Sözügedən müsahibəni təqdim edirik:. Komediya filmlərinin bir çoxunda baş rolu canlandırmısınız. Eşitdiyimə görə, çəkildiyiniz filmlərd

03.03.2020 6039