Araz və Emin Ağalarovla biznes müsahibə

Araz və Emin Ağalarovla biznes müsahibəBiG.AZ saytı,banker.az-a istinadla müsahibəni sizlərə təqdim edir:

Crocus Group şirkətinin prezidenti Araz Ağalarov ondan sonra şirkətə kimin rəhbərlik edəcəyini artıq bilir. O öz oğlu Emini bu vəzifəyə çoxdan hazırlamağa başlayıb. Bəs Araz Ağalarov özünə layiqli davamçını necə yetişdirib?

Yaxşı ata və biznesmen olmağı öyrətmək olmaz. Öz övladına nə vaxt etibar etməyi, nə vaxt sərt davranmağı və nə vaxt sərbəst buraxmağı da öyrətmək olmaz.

Araz Ağalarov:

- Atam mənə heç vaxt öz iradlarını bildirməyib. 6 yaşım olanda rayonun ən "xuliqan" uşaqları ilə dostluq edirdim. Onların bir çoxu əlbəttə ki, məndən yaşca böyük idilər. Atam Elmi Tədqiqat İnstitutunun su problemlərinə rəhbərlik edir, alimlər, savadlı insanlarla ünsiyyətdə olurdu. Və bir dəfə Bakı bulvarında belə bir hadisə baş verdi. Bir tərəfdən böyük bir dəstə ilə biz – birimizin damağında siqaret, birimizin əlində papiros, digər tərəfdən isə atam öz dostları ilə gəlirdi. Onların da hamısı başında papaq, ciddi geyimdə idilər. Və biz qarşılaşdıq. Atam mənə baxdı, gözlərini çəkdi və yanımızdan keçib getdilər. Mən həyəcan içində evə qaçdım. Həyəcan içində indicə məni kobud şəkildə danlayacağını gözləyirdi. Bu günə qədər isə heç vaxt məni danlamamışdılar. Atam evə gəldi və heç nə demədi. Bu zaman daha da həyəcanlanmağa başladım: bəlkə o heç məni görmədi, gördüsə niyə susur? Axşam dözmədim və soruşdum: "Ata, sən məni gördün?". O cavab verdi: "Gördüm oğlum, sən elə xuliqanlarla bir yerdə idin ki…" deyib fasilə verdi və yenidən dedi: "Qorxdum ki, sənə salam versəm, məni döyə bilərlər".

Bundan sonra bütün gecə utancımdan ağladım və bu hadisəni əbədi olaraq yadda saxladım. Bu davranış tərzini də mənimsədim və özümə nümunə olaraq qəbul etdim. Uşağa mütəmadi olaraq irad tutduqda o artıq buna fikir verməməyə başlayır. Mən çalışırdım ki, mənim uşaqlarımla bu baş verməsin. Eminin dostları ilə bilmədiyi bir yerə getdiyini və hətta siqaret çəkdiyini gördükdə (əlbəttə ki, o 6 yaşında deyil, daha böyük idi) onu dayandırmağa çalışmırdım. Səhər isə deyirdim: siqaretə qonaq etməzsən? Düzdür, bu kömək etmədi və o 22 yaşına qədər siqaret çəkdi. Sonra özü tərgitdi. Lakin etibara söykənən münasibət bir çox şeyə qadirdi… Mən bilirəm ki, bu işə yarayır. Eminin 13 yaşı olduqda İsveçrəyə gedir. Bu mənim qərarım olsa da, çətin idi. Lakin o şirkətlər mənim 6 yaşım olduqda etdiyim kimi davranırdı.

— Bəs 13 yaşlı uşağın İsveçrədə özünü itirəcəyini, darıxacağını və anasının yanına qaçmaq istəyəcəyindən ehtiyat etmirdiniz?

А. А. O yaşda Emin artıq hər şey üçün anasına müraciət etmirdi. Mən onun mənəvi-psixoloji hazırlığına əmin idim. Emin Moskva küçələrində də sınaqlardan keçmiş və bərkimişdi. Daha sonradan isə məktəb də onun məqsədyönlü və sərbəst olmasında vacib rol oynadı.

E. А. Hər şey elə də dəhşətli deyildi. İlk üç həftədə mən heç evə zəng etmədim. Atam isə ciddi məktəb seçmişdi: valideynlərim özləri zəng edə bilməzdilər. Bir növ yeniyetmələr üçün hərbi düşərgə. Mən 15 yaşıma qədər orada qaldım, 15-dən 21 yaşıma qədər isə ABŞ-da təhsil aldım.

А. А. Bu çox uzun bir müddətdir. Lakin Emin artıq 13 yaşına qədər tam formalaşmışdı və başqa ölkədə olarkən yaşadığı və daim dönə biləcəyi başqa bir həyatın, başqa bir yolun olduğunu başa düşürdü. Və qayıtdı. Qızım isə 6 yaşından etibarən əcnəbi ölkədədir və nə qədər çağırsaq da geri dönmək istəmir.
Araz və Emin Ağalarovla biznes müsahibə— Pullara münasibəti necə tərbiyə etmişlər?

А. А. Heç bir xüsusi üsulla tərbiyə etməyib. Belə alındı ki, Emin artıq 13 yaşında sərbəst yaşamağa başladı. Bu zaman mən atamı itirmişdim. Emin bunu, mənim geri qalan tarixçəmi bilirdi və əcnəbi ölkədə oxuduğu müddətcə pullardan imtina edirdi. Mən bunun çətin olduğunu başa düşürdüm, lakin ürəyimdə onun bu hərəkətinə görə sevinirdim.

E. А. "Havayı yeyən" olmaq istəmədim.

— Atanıza oxşamaq istərdinizmi?

E. А. Əlbəttə! Ona oxşamaq, onun geyimlərini geyinmək… Lakin mənim bəxtim digərlərinkindən daha çox gətirib. Axı bütün uşaqlar atalarını sevir. Yalnız böyüdükdə onlar anlayırlar ki, onların valideynləri düşündükləri qədər ağıllı, güclü və ideal deyillər. Lakin məndə vəziyyət tam əksinədir. Mən hərdən elə düşünürəm ki, Araz Ağalarovdan nəisə artıq bilirəm (gülür). Lakin o məni bu yaşımda da heyrətləndirməyi bacarır. O gələcəyi hamıdan yaxşı görən müdrik bir insandır.

А. А. Mən bu imici qoruyub saxlamaq üçün, daim öz üzərimdə işləməli oluram (gülür).

— Emin, bəs bizneslə öz iş bacarıqlarınızı atanıza nümayiş etdirmək üçün məşğul oldunuz?

E. А. Xeyr, burada hər şey sadədir – mən sadəcə pul qazanmağı çox istədim. Mən bunu çox istəyirdim! Valideynlərimə müraciət etmədən öz maşınımı özüm almaq, pul xərcləmək istəyirdim. Mən daim bir üsul axtarırdım. Müxtəlif variantları – supermarketdə işə düzəlməkdən biznesin təşkil edilməsinə kimi – sınaqdan keçirmişdim. ABŞ-da matryoşka və komandir saatları ilə ticarət edən uğurlu bir sayt yaratdım. Və atamın biznesinə daxil olmağı düşünmürdüm. Öz planlarım və uğur üçün yaxşı şanslarım var idi. Lakin atamın şirkətinə gəldikdə mənə belə gəldi ki, burada məşğul ola biləcəyim nə isə var və bu maraqlı ola bilər. Bir şeyi də başa düşürdüm ki, atamın şirkətində Amerikadakından daha çox qazanacaqdım.

А. А. Heç vaxt düşünməmişdim ki, oğlum nə vaxtsa məni biznesdə dəstəkləyəcək. Mən hadisələrə pis cəhətdən baxmağa, hər şeyi dramatikləşdirməyə meyilliyəm. Lakin xoş bir şey baş verdikdə sevinmək lazımdır. Emin biznesdə iştirak etmək hüququnu sübut etməli belə deyildi. Problem onda idi ki, o Rusiyaya qayıtdıqda mən istəyirdim ki, o mənə butiklərlə bağlı kömək etsin. O isə bu təklifi hər hansı entuziazm olmadan qəbul etdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1709   Tarix: 01 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720
.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918
.

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim - psixoterapevtdən ŞOK AÇIQLAMA

Həkim- psixoterapevt Əli Nağıyev -ın suallarını cavablandırıb. Psixologiya ilə Psixoterapiya arasında fərq nədir?. - Psixologiya geniş bir elm sayılır. Biri var riyaziyyat, biri də var tətbiqi riyaziyyat, bunun fonunda deyə bilirik ki, biri var psixologiya elmi, biri də var bu elmin içindən çıxan v

21.10.2019 5134
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335
.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

Çoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?. Alpinizimi

20.02.2020 6876
.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏ

Komediya filmlərinin bir çoxunda baş rolu canlandıran Müşfiq Şahverdiyev -ın qonağı olub. Müsahibə zamanı aktyor şəxsi həyatı və sənəti ilə bağlı maraqlı məqamlara toxunub. Sözügedən müsahibəni təqdim edirik:. Komediya filmlərinin bir çoxunda baş rolu canlandırmısınız. Eşitdiyimə görə, çəkildiyiniz filmlərd

03.03.2020 6039
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287