Füzuli Musayev danışdı: "Həyatımın ən böyük səhvidir"

Füzuli Musayev danışdı: "Həyatımın ən böyük səhvidir"Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev Day.Az saytına açıqlama verib.

Məşhur idmançı haqqında yazılmış bəzi məlumatlara aydınlıq gətirib.

Füzuli Musayevin müsahibəsini ixtisarla təqdim edirik.

- Mətbuat uzun müddət sizin şəxsi həyatınızı müzakirə etdi. Ancaq siz həmin məsələlərə münasibət bildirmədiniz.

- Əgər mən münasibət bildirsəydim, bu mövzu daha artıq yayılardı.

- Bilirəm ki, şəxsi həyatınızı müzakirə etmək istəmirsiniz və buna tam hüququnuz var. Amma yalnız siz bu xoş olmayan situasiyaya nöqtə qoya bilərsiniz.

- Bir şeyi deyə bilərəm. Öz ailəmi çox sevirəm! Mənim qızım, oğlum və nəvəm var və mən onlarla fəxr edirəm. Səhv eləmək insanlara xas cəhətdir və heç kim səhvdən sığortalanmayıb. Bu əhvalat mənim həyatımın ən böyük səhvidir. Bəli. Bu mənim ən böyük səhvimdir. Kimsə məqsədyönlü şəkildə KİV-də bu məsələni dayandırmır. Ancaq mən özüm bu aylar ərzində heç vaxt bu mövzuda danışmamışam və gələcəkdə də danışmaq niyyətim yoxdur. Sizdən də xahiş edirəm ki, bu məsələni çox diqqətdə saxlamayasınız. Hazırda məni narahat edən yeganə məsələ ailəm və uşaqlarımdır. Yenə deyirəm - bu mənim ən böyük səhvimdir.

Bunu etiraf etməkdən qorxurdum... Amma siz hər şeyi elə təqdim etdiniz ki, məni çıxılmaz vəziyyətdə qoydunuz, heç şərh vermək şansı da buraxmadınız... Və mən bu kiçik açıq söhbətdən qorxmuram... Bu həyatımda hansısa anlaşılmaz bir hiss idi... Sadəcə səhv. Bəzi insanlar irəli getmək üçün mənim səhvimdən, mənim adımdan istifadə etdilər. Onları heç kim dayandırmırdı, yalnız irəli gedirdilər. Və onda mən anladım ki, bu mənim həyatımda görmək istədiyim şey deyil. Düşünürəm ki, bu əhvalat tez unudulacaq. Axı əldə etdiklərim asan olmayıb. İstəmirəm ki, bir səhvim uzun illər çəkdiyim zəhmətin üzərindən xətt çəksin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3373   Tarix: 07 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489