Murad Arifi 20 kiloqram arıqladan pəhriz

Murad Arifi 20 kiloqram arıqladan pəhrizAparıcı-bəstəkar Murad Arifin 20 kiloqram arıqladığı ilə bağlı xəbər vermişdik.

BiG.AZ saytı axsam.az saytına istinadən bildirirki, söhbətində aparıcı buna necə nail olduğundan danışıb:

"ANS telekanalında yayımlanan "İncə maraqlar" verilişinin qonağı idim. Orada dietoloq Leyla xanımla tanış oldum və mərc gəldim ki, onun sayəsində 3 aya arıqlayacam. Bunun üçün əvvəlcə müayinədən keçdim, artıq çəki yığmağıma səbəb olan amil müəyyənləşdirildi. Analizlərdən sonra məlum oldu ki, məni kökəldən insulindir. Onun miqdarını normaya salmaq üçün müalicə aldım. Buna uyğun pəhriz yazdılar. Pəhriz menyusu hər həftə dəyişir. Əsasən təbii qidalardan istifadə edirəm. Qida rasionumdan şirniyyatı, xəmir xörəklərini tamamilə çıxartmışam. İdmanla məşğul oluram: trenajor, qaçış lenti, velosiped. Üç ay ərzində 20 kiloqrama qədər arıqladım. Bu pəhrizi başqalarına məsləhət görə bilmərəm. Çünki individualdır. Mənim orqanizmim üçün təyin olunan menyu başqasına zərər vura bilər. Buna görə də əvvəlcə həkim müayinəsindən keçmək lazımdır. Bilirəm ki, pəhrizə davamlı əməl etsəm, lap çox arıqlayaram. Amma hərdən qanunları pozuram. Hazırda 92 kiloqramam. Ən çox 85 kiloqram olmaq istəyərəm. Bundan artıq arıqlamaq imicimi itirməyimə səbəb ola bilər. Bir çox məşhurlarımız var ki, arıqlayıb, simalarını itiriblər. Bunu xoşlamıram".

Murad Arif arıqlamağının səbəbini də açıqlayıb. Sən demə, aparıcı yaxın günlərdə müğənni kimi fəaliyyətə başlayacaq:

"Tədbirlərdə aparıcılıq edirəm. Bəzən müğənni gecikir, onları özüm əvəzləyirəm. Həm də cəmiyyətimizdə müğənnilərin sözü keçərlidir. Bu səbəblər məni müğənniliyə meyilləndirdi. Hətta artıq oxumağa başlamışam. Öz mahnılarımı oxuyacam. Yaxın günlərdə klipim də təqdim olunacaq".

"Bundan sonra ən yaxşı bəstələrinizi özünüzə saxlayacaqsınız" sualına isə Murad Arif belə cavab verib:

"Əlbəttə, bu belə olmalıdır. Ən gözəl bəstələrimi özüm səsləndirəcəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4335   Tarix: 07 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI - VİDEO

Xalq artisti Aygün Kazımova sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, ifaçı "instagram" hesabında yeni görüntülərini paylaşıb. Xalq artisti cazibədar görünüşü ilə izləyicilərin diqqətini çəkib. Videoya çoxsaylı tərif gəlib. Görüntülər marağa səbəb olub. Sözügedən paylaşım

14.04.2024 10935
.

Plastik əməliyyat olunan Türkan Vəlizadə İLK DƏFƏ EFİRDƏ - VİDEO

Müğənni Türkan Vəlizadə "7 tamam" verilişinə qonaq olub. xəbər verir ki, bir müddət əvvəl plastik əməliyyat olunan sənətçi ilk dəfə canlı efirə qonaq olub. Türkan bildirib ki, əməliyyatdan sonra daha da gözəlləşib və özgüvəni yerinə qayıdıb. Ətraflı videoda:

18.04.2024 2502
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17.04.2024 956
.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

17.04.2024 763
.

Bu da Tünzalə Ağayevanın qızı Fidan - FOTOLAR

Xalq artisti Tünzalə Ağayeva qızı Fidanla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni qızı ilə yeni fotolarını izləyiciləri ilə bölüşüb. O, şəkillərə "Mənə görə dünya səndən ibarətdir, qızım" qısa şərhini yazıb

14.04.2024 10805
.

"Sihirli annem"in Dudusu Serenay haqqında: "Onda gəncliyimi görürəm"

"Sihirli annem" serialının Dudusu Nevra Serezli aktrisa Serenay Sarıkaya haqqında fikir bildirib. xəbər verir ki, Nevra Serezli Serenayı öz gəncliyinə bənzədib. "Serenayda gəncliyimi görürəm. O, hər şeyi dozunda edir. Ulduz işığı var, səhnəyə çox yaraşır" ,- deyə o bildirib

18.04.2024 304
.

"Sən mənim nəfəsimsən" - FOTO

Müğənni Gülay Zeynallı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qızı Sahilə ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. Gülay şəklə "Sən mənim nəfəsimsən" qısa şərhini yazıb

16.04.2024 1030
.

Azərbaycanlı prodüserin qızı xərçəngdən vəfat etdi

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. Axşam.az xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı. Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzun illər mərhu

18.04.2024 1279
.

Miranda Kerr yenidən ana ola bilər

Model Miranda Kerr yenidən ana olmaq istədiyi deyib. xəbər verir ki, model sonuncu dəfə 6 həftə öncə uşaq dünyaya gətirib. "Heç vaxt heç vaxt demərəm" ,- deyə o bildirib. Qeyd edək ki, Miranda Kerrin Orlando Bloom ilə evliliyindən bir oğlu Spiegel ilə evliliyindən 3 uşağı var

16.04.2024 521