8 yaşlı möcüzə: "Bu qız ən ağır xəstəlikləri sağaldır"

8 yaşlı möcüzə: "Bu qız ən ağır xəstəlikləri sağaldır"Yüz minlərlə insan bu qızın xilaskar, möcüzələr yaradan insan olduğuna sidq-ürəkdən inanırlar. Onların fikrincə, bu balaca qız Tanrının sevimli bəndəsidir.

8 yaşlı Alani Santos xəstələrin yanında durur, dua edir, sonra onlara xəfifcə toxunur.
Sonra həmin xəstələrin dediklərinə görə, ən ağır xəstəlikləri müalicə olunur və onlar şəfa tapırlar.

BiG.AZ saytı xarici mətbuata istinadən bildirirki, Braziliyanın Rio-de-Janeyro şəhərinin həndəvərində, San Qonsalos favelasında yaşayan Alani Santos xəstələri atası Adauto Santosun keşiş olduğu yevangelist kilsəsində müalicə edir.

Favela Braziliyada yoxsulların yaşadıqları "gecəqondu"lardan ibarət məhəllələrdir.
Keşiş Adauto Santosun dediyinə görə, qızı Tanrının yardımı ilə artrit, xərçəng, hətta QİÇS xəstəliklərini də müalicə edir.
Xəfif toxunuşla...

"Yanımıza bir qoca qarı gəlmişdi. İflic idi, əlil arabasından dura bilmirdi. Qızım ona yaxınlaşdı, əlini simasına çəkdi. Qadın ayağa durub yeridi. Yadımdadır, maşın qaçırmaqda mahir olan bir oğru gəlmişdi. Xərçəng xəstəsi idi. Qızım ona "Sağalacaqsan!" dedi və həmin adam getdi. Üç gün sonra qayıtdı, qızımın qarşısında diz çökdü, ağladı, "Sağaldım, oğurluğun daşını atıram!" dedi", - 44 yaşlı A.Santos söyləyib.

Onun sözlərinə görə, həftədə iki dəfə kilsədə qəbul olunur və Braziliyanın hər yerindən gələn yüzlərlə, minlərlə insan Alani Santosa toxunmağa çalışır, ondan şəfa diləyir.

Alaninin sözlərinə görə, 6 yaşından bəri insanları sağaltmaqla məşğuldur.

"Bunu çox sevirəm. Böyüyəndə həkim olmaq, insanlara yardım etmək istəyirəm. Xəstələrə, məndən yardım istəyən insanlara kömək edəndə sevinirəm. Hiss edirəm ki, mən sadəcə, vasitəçiyəm. Onları xilas edən Tanrıdır, İsa Məsihdir", - Alani Santos söyləyib.
Alani Santosun saytı yaradılıb, DVD diskləri və plakatları satılır.

Əhalisinin tam əksəriyyəti katoliklər olan Braziliyada yevangelist kilsədə insanları "müalicə" edən Alani Santosun fenomenal populyarlığı yevangelizmin də tərəfdarlarının artmasına səbəb olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2748   Tarix: 07 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882