Bakıda uşaq bağçalarında infeksion xəstəlik yayıldı

Bakıda uşaq bağçalarında infeksion xəstəlik yayıldıAzərbaycanda uşaq bağçalarında suçuçəyinə yoluxma halları artıb.

Məlumata görə, paytaxtın əksər məktəbəqədər təhsil müəssisələrində mart ayından başlayaraq suçuçəyi xəstəliyinə yoluxan uşaqların sayında kəskin artım müşahidə olunub. Paytaxtın 327 saylı uşaq bağçasından bildiriblər ki, bağçada xeyli sayda uşaq bu xəstəliyə yoluxduğundan bağçaya gəlmir. Anoloji vəziyyət paytaxtdakı bir sıra uşaq bağçalarında müşahidə olunur.

Bu xəbərini Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva da qismən təsdiqləyib. A. Əliyeva uşaqlar arasında yaz fəsli girəndən suçiçəyinə yoluxma hallarının müşahidə olunduğunu söyləyib: "Düzdür, son günlər bu xəstəliyə yoluxma halları qeydə alınır. Amma ötən ilin müvafiq dövrü ilə müqayisədə suçiçəyinə yoluxma halları artmayıb. Hər ilin yaz fəslində bu xəstəlik bir qədər fəallaşır. Ona görə də, nəinki uşaq bağçalarında, məktəblərdə də profilaktik tədbirlər gücləndirilməlidir. Bu xəstəlik yoluxucu olduğundan, suçiçəyi çıxardan uşaqlar bağçaya buraxılmamalı, həkim nəzarətində saxlanılmalıdırlar".

A.Əliyeva suçuçəyi xəstəliyinə qarşı peyvənd təqvimində vaksinasiyanın olmadığını da söyləyib. Onun sözlərinə görə, dünyada suçuçəyinə qarşı peyvən işləri aparılsa da bizim peyvənd təqviminə daxil olunmayıb. Suçiçəyi yoluxucu bir xəstəlik növüdür. Suçiçəyi hava-damcı yolu ilə keçən virus xəstəliyidir. Bu virus uşaqlarda suçiçəyi formasında, böyüklərdə isə dəmro (herpes zoster) xəstəliyi kimi özünü göstərir. Xəstəlikdən sonra yaranan immunitet çox yüksək olur və təkrar xəstələnmə halı olmur. Praktik olaraq bütün insanlar uşaqlıqda su çiçəyi xəstəliyinə yoluxurlar. Daha çox qış və yaz aylarında müşahidə olunur. Bu xəstəliyi hər bir insan keçirə bilər. Əsas insanın immun sistemi güclü olmalı və xəstəliyə qarşı qabaqlayıcı profilaktik tədbirlər aparılmalıdır. Xəstəliyin əvvəlində uşaqda qızdırma, titrəmə halları baş verir, onun ümumi halı, iştahası və yuxusu pozulur. Bəzi hallarda isə, kürək və sinəsində ağrılar olur. Xəstədə səpgilər əmələ gəlir. Səpgi ilk əvvəl xırda qırmızı ləkə şəklində olur. Bir neçə saatdan sonra ləkə qabarcığa çevrilir. Qabarcıqlar 1-2 gündən sonra açılır və onların yerində qartmaq əmələ gəlir. Suçiçəyi qabarcıqları nəinki dərinin müxtəlif yerlərində, başın tüklü hissəsində, cinsi orqanlarda, həmçinin ağız və daxili orqanların selikli qişasında da əmələ gəlirlər. Suçiçəyi xəstəliyinə tutulmuş xəstələr adətən ev şəraitində müalicə edilir. Xəstə 7-10 gün müddət ərzində ev şəraitində olmalıdır. Evdə havalandırma sistemi normal olmalı, yataq otağının havası tez-tez dəyişdirilməli və hər gün nəm əsgi ilə təmizləmə işləri aparılmalıdır. Xəstə bol-bol su içməli, immun sistemini artıran qidalar qəbul etməlidir. Dəridəki səpkilərə brilyant yaşılı ("zelyonka") və ya kalium-permanqanat məhlulu ("marqantsovka") sürtmək lazımdır. Bu, dəridəki qaşınmanı azaltmağa, qabarcıqların irinləməsinin qarşısını almağa, onların tez quruyaraq yerində qartmaq əmələ gəlməsinə kömək edir. Xəstəlik zamanı uşağın immun sistemi daha zəif olduğundan onu bir müddət qorumaq lazımdır. Evdə qalması, məktəbə və ya bağçaya getməməsi məsləhətdir. Müalicə müddətində çox nadir hallarda baş verən fəsadlar zamanı həkim xəstəyə antibiotiklər yaza bilər


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2866   Tarix: 05 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Həkimlər bağırsaq xərçənginə qarşı ilk peyvəndi sınaqdan keçiriblər

Surreya Kral Universitetinin həkimləri Böyük Britaniya və Avstraliyadakı xəstələrdə bağırsaq xərçənginə qarşı peyvəndi sınaqdan keçiriblər. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, dərman iki ildən sonra geniş istifadə üçün hazır ola bilər ki, bu da xəstələri cərrahi müdaxil

28.01.2024 845
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

07.04.2024 521
.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20.03.2024 897
.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 942
.

Soğan qabığını atmayın - Sağlamlığı və görünüşü yaxşılaşdırır

Hər kəs soğanın faydalarını bilir, lakin onların qabıqlarının sağlamlıq və gözəllik üçün də inanılmaz dərəcədə faydalı olduğu çox az adama məlumdur. Soğan qabığı bir çox faydalı xüsusiyyətlərə malik unikal məhsuldur. xarici mətbuata istinadən xəbər verir ki, soğan qabığının sağlamlıq üçün bir sıra faydalar

10.03.2024 791
.

ABŞ-də bu mövsüm azı 16 min insan qripdən ölüb

ABŞ-də bu il mövsümi qripdən azı 16 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin dərc etdiyi məlumatda deyilir. ABŞ-nin bəzi ştatlarında mövsümi qripə yoluxma hallarında artım qeydə alınır. Ötən həftə qrip virus

18.02.2024 785
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. BİG.AZ -a istinadən bildirir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərin

16.03.2024 747
.

Alimlər dünyada xərçəngə yoluxma hallarının artdığını açıqlayıblar

Xərçəngə yoluxma halları bütün dünyada artır və daha çox gənclərdə diaqnoz qoyulur. Bu barədə araşdırma "BMJ Oncology" jurnalında dərc olunub. Araşdırmalara görə, ABŞ-də 20 il ərzində xərçəng diaqnozunun göstəricisi 12,8% artıb. Tədqiqat, həmçinin bütün dünyada, ilk növbədə Şimali Amerika

13.01.2024 1055
.

Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr

Qışda bəzi praktiki ehtiyat tədbirlərinə əməl etməklə böyük ölçüdə xəstəliklərdən qorunmaq mümkündür. Düzgün qidalanma ilə immunitetinizi gücləndirin. Gündəlik olaraq mövsümi meyvə-tərəvəzlərindən və bol lif tərkibli göyərtilərdən istifadə edin. Kifayət qədər miqdarda karbohidrat və zülal orqanizmi

14.01.2024 1096