Muxtar Manıyev: "O, məni qoruyur" - müsahibə

Muxtar Manıyev: "O, məni qoruyur" - müsahibə"Mən fağır uşaq olmuşam, çəkilib bir kənarda dayanmışam, lazım olanda çağırıblar, gedib çəkilmişəm"

Azərbaycan kinosunun ağırlığını illərlə çiyinlərində daşıyan bir aktyor var – xalq artisti Muxtar Maniyev. Səsi, siması, nəfəs verdiyi rollar evimizin vədəsiz qonağı olub, bütöv bir nəsil onun çəkildiyi filmlərlə böyüyüb. İndi 80 yaşın astanasındadır. Necə deyərlər, sıxılıb bir ömrün son limanına, şəkərin nazı ilə oynayır.

Muxtar müəllim sırası seyrələn, xeyir-duasına həmişə ehtiyac duyulan korifey sənətkarlardandır. Özündən soruşsanız, deyəcək, həmişə başımı aşağı salıb işimi görmüşəm, çəkildiyim filmlərin sayı ilə maraqlanmamışam. Amma təsəvvür edirsinizmi: nə az, nə çox, düz 157 filmdə rol alıb. Özü demiş, bu, təkcə rol almaq deyil, həmin obrazları yaşatmaqdır, onların yolunda can qoymaqdır.

Onu ikinci dərəcəli rolların ustası kimi tanısalar da, milli kinomuzda az sayda baş rolda oynayıb ikinci dərəcəli obrazlarla bu qədər yadda qalan qəhrəmanlar yaradan başqa aktyor təsəvvür etmək çətindir.

Qoy, hər şeyi özü danışsın. Məsələn, danışsın ki, kefi necədir? Kinodan ayrı düşmək, şəkərin qədərindən artıq şirinliyi kefinə soğan doğramayıb?! Baş rolda Muxtar Maniyevdir...

- Desəm, çox yaxşıyam, vallah, yalan olar. Həyat yoldaşımın sayəsində yaxşıyam. O, məni qoruyur. İnan, həkim dərman yazan kimi yoldaşım bilir hansı aptekdə hansı dərman var. Qız qalasının yanında təbii dərmanlar satılan bir aptek var, gedib ordan alır, bütün günü məni güdür ki, görüm, vaxtı-vaxtında qəbul edir, ya yox?! Bu xəstəlik də belədir: dərman içməsən, yalan sözdür ki, sağalacaq. Uşaqlarım da böyüyüblər, hamısının əli çörəyə çatıb, iş-güc sarıdan çətinlikləri yoxdur. Çölə-bayıra çıxmağa yoldaşım mane olur. Deyir, yıxılarsan, bir iş çıxar. Həqiqətən, bizim ailədə belə şeylər olub. Anam yıxılmışdı, heç nə yox, ayağı sınmışdı, elə o sınıqdan da rəhmətə getdi. Ona görə, gözümüz qorxub. Şəkər xəstəliyi bizim nəsildə olub, indi mən də ondan əziyyət çəkirəm. Atam da, anam da – hər ikisi şəkərdən əziyyət çəkiblər.

- Ömürboyu səfərlərdə, çəkilişlərdə olubsunuz. Evdə darıxmırsınız?

- Bilirsən, mən bekar dayanan adam deyiləm. Kitab yazıram, başqa işlər var, onlarla məşğul oluram. Özüm-özümə iş tapıram. Ona görə, yox, darıxmıram.

- Demək, xatirələrinizi yazırsınız. Kitab nə yerdədir, istərdim bir az bu haqda danışaq.

- Ondan danışa bilmərəm. Niyə? Çünki gərək tamamlayam, ortalığa çıxaram, sonra rahatlıqla söhbət edək. Bir işə başlayanda, onu başa çatdırmamış danışmağı sevmirəm. O qədər material var. Amma heç yerə vermirəm ki, tamam-kamal başa gəlsin, kitabı ələ götürən adam desin, hə, bax, əhsən, bu, Muxtarın cümləsidir.

- Neft-Kimya İnstitutunu bitirəndən sonra kino təhsili almısınız. Neftlə kinonu nə bağlayırdı?

- Biz altı qardaş olmuşuq. Atam rəhmətlik bir-bir tapşırmışdı ki, kim hansı institutda oxuyacaq. Bizim boynumuzda haqq olub: atamızın sözündən çıxmayaq! Atam görkəmli, əzəmətli kişi idi. Ona görə, çalışmışam, qardaşlarımın dəstəsindən kənarda qalmayım, oxuyum, bir tərəfə çıxım. Görünür, taleyin işidir də, adamın canında nə istedadı varsa, yol açır ki, sən bu işlə məşğul ol.

- Azərbaycan kinosunda 157 filmdə rol alan neçə aktyor var?

- Vallah, deyə bilmərəm. Qorxuram yalan danışam.

- Amma özünüzün 157 filmdə çəkilməyinizdən xəbəriniz var?

- İnan, yox, səndən eşidirəm. Vallah, həqiqətən bilmirəm.

- Kino tənqidçiləri yazır ki, Muxtar Maniyevin konkret ampluası yoxdur...

- Hə, bu, aktyorun imkanlarının genişliyi deməkdir. Mən xoşbəxt adamam ki, heç vaxt özümü məhdudlaşdırmamışam. Filan rolda oynaya bilərəm, o birində yox deməmişəm. Qətiyyən! Hansı rol təklif olunubsa, oynamışam. Pis olub, yaxşı olub, onu siz deyə bilərsiniz.

- Oynamaq istədiyiniz rollar qalıb?

- Olub, o qədər olub ki... Sonra gördüm, yox, bu xam xəyaldır. Baxma, təklif olunan rolları geri qaytarmamışam, elə rollar var, onun konkret adamı olur. Ürəyim istəyib, nə olsun, ürək istəməklə deyil axı. Gərək öhdəsindən elə gələsən, alnı açıq olasan.

- Azərbaycan kinosunun bugünü necədir? Gedişatı izləyə bilirsiniz?

- Sizə bir şey deyim: mən heç vaxt kinostudiyanın rəhbər işlərinə qarışmamışam. Mənə tapşırılan işi yüz faiz yox, yüz əlli faiz yerinə yetirməyə çalışmışam. Amma kinostudiyanın inkişafı üçün əlimdən gələni heç vaxt əsirgəməmişəm. Mən çox şadam ki, bu gün kinostudiyanın rəhbərliyi kinomuzun inkişafı üçün çalışır, əlindən gələni edir. Belə şeyləri görəndə, eşidəndə ürəyim dağa dönür. Bilirsiniz, bu böyük nailiyyətdir və kinostudiyanın içində olan, kinoya bağlı olan adamlar bilirlər ki, kinostudiya necə böyük addımlarla irəli gedir. O binaya təsadüfi adamlar çox gəlib-gedib. Amma işi bacaran, kinoya can yandıran adam bir başqadır. İnanıram ki, kinostudiyanın direktoru Müşfiq Hətəmov bu işləri gələcəkdə də davam etdirəcək. Mən cavan aktyorların püxtələşməsinə, təhsil almasına həmişə kömək etmişəm. İndi də cavanlara əl tutan, onlara kömək etmək istəyənlər var.

- Bəs sizin əlinizdən kim tutub?

- Mən fağır uşaq olmuşam, çəkilib bir kənarda dayanmışam, lazım olanda çağırıblar, gedib çəkilmişəm. Belə deyim də: əlimyandı məqamda yada düşmüşəm. Təsadüfən çəkildiyim o qədər filmlər olub ki. Deyiblər, yox, bu Muxtarın roludur, bunun öhdəsindən ancaq o gələ bilər.

- Sənət dostlarınızdan ən çox kimlər üçün darıxırsınız?

- Darıxdığım o qədər adam var. (Kövrəlir). Onların yeri görünür, çox görünür...

- Ən çox kimlərlə oturub-durubsunuz?

- Demək olar, hamı ilə yoldaşlıq etmişəm, hamının karına gəlmişəm. Kinostudiyada boş yerə dostluq etməyinə dəyməz. Kinoya, sənətə gərək can yandırasan, hamının işinə yarayasan. Mən hamının xeyrinə-şərinə yaramışam.

- Muxtar Maniyev dövlətin diqqətindən razıdır?

- Dövlət mənə xalq artisti adını verib, ev bağışlayıb, prezident təqaüdü alıram. Sağ olsunlar, həmişə diqqət göstəriblər, hörmətimi saxlayıblar. Nazir Əbülfəs Qarayev xətrimi çox istəyir. Mənim də ona hörmətim böyükdür, gördüyü işləri yüksək qiymətləndirirəm. Bilirsən, adamın xətrini elə belə çox istəmirlər ki. Nə də qara gözümə, qara qaşıma aşiq deyillər. İşimi həmişə vicdanla yerinə yetirmişəm, kinonun qabağa getməsi üçün nə bacarmışamsa, onu da etmişəm. Bir işi mənə tapşıranda, burnumdan qan açılsaydı da, çalışırdım onu axıra çatdırım.

- Sizi çox yormaq istəmirəm. Sonda nə demək istəyərdiniz?

- Özünüzdən muğayat olun, bir-birinizin qədrini bilin. Bircə arzum var: Allah mənə imkan versin, ürəyimdə olan filmlərə çəkilim. (Kövrəlir). Köhnə vaxtları, çəkildiyim filmləri yadıma salanda... Hamısının üstündə əsmişəm, canımı qoymuşam. O qədər filmlərə çəkilmişəm, indi hamısı gözümün qabağındadır, danışa bilmirəm, gözümdən yaş gəlir...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1948   Tarix: 02 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918
.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ

Bu günlərdə Türkiyənin Anlatya şəhərində Dünya Kikboksinq Assosiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionatında bürünc medala layiq görülən, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, dünya çempionu, veteran idmançı Həsən Hüseynovun -a müsahibəsini təqdim edirik:. 54 yaşını

30.12.2019 2610
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova -ın sualların cavablandırıb. -Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki

09.10.2019 4296
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898
.

Mesut Özilin "Fənərbağça" ilə müqavilə imzalayacağı tarix açıqlandı

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özillə müqavilə imzalayacağı tarix bəlli olub. "Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç yerli mətbuata açıqlamasında bildirib. 54 yaşlı funksioner ulduz futbolçunun zədəsinin olmadığını söyləyib

23.01.2021 2452