Arvadı ilə dalaşan kişi küçədə 6 nəfəri öldürdü, 5 polisi yaraladı

Arvadı ilə dalaşan kişi küçədə 6 nəfəri öldürdü, 5 polisi yaraladı
Ötən gün Çində küçənin ortasında dəhşətli hadisə baş verib.

BiG.AZ-ın ans press-ə istinadən verdiyi məlumata görə, orta yaşlı bir kişi küçənin ortasında bıçaqla silahlanaraq insanlara hücum edib. Həmin şəxs ətrafda olan insanlardan 6 nəfəri doğrayıb.

Bu qanlı cinayətə mane olmaq istəyən polislər həmin şəxsin hücumuna məruz qalıblar. Beləliklə də, 5 polis əməkdaşı ağır yaralanıb. Polislərin cəhdi nəticəsində həmin şəxs saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs evdə arvadı ilə mübahisə edib. Arvadı tərəfindən təhqir olunan kişi əsəblərini soyutmaq üçün cinayətə əl atıb.

Polis onu da müəyyən edib ki, həmin şəxs əsəb xəstəliyindən əziyyət çəkir.

Faktla bağlı araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Digər Oxunub: 1037 Tarix: 28.03.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər