Bakının "Alov qüllələri" Fransa televiziyasında

Bakının "Alov qüllələri" Fransa televiziyasındaFransada geniş yayılmış və tamaşaçılar tərəfindən daim izlənilən "France 5" televiziya kanalında martın 23-də "Azərbaycanın nəhəng tikililəri" adlı 50 dəqiqəlik veriliş yayımlayıb.

Aparıcı Denny Forster verlişin əvvəlində yeraltı və yerüstü sərvətlərlə zəngin olan Azərbaycanda XX əsrin başlanğıcından etibarən neft çıxarıldığı, keçmiş sovetlər birliyinin süqutundan sonra müstəqillik əldə edən ölkəmizin iqtisadiyyatının sürətli inkişafı sayəsində Bakının simasının ildən-ilə dəyişdiyi, son illər paytaxtımızda dünyanın ən mürəkkəb və maraqlı memarlıq layihələri əsasında analoqu olmayan abidələrin inşa olunduğu barədə fransız tamaşaçılarına ətraflı məlumat çatdırıb.
Verilişdə əsasən Heydər Əliyev Mərkəzindən və "Alov qüllələri"ndən bəhs olunub. Hər iki memarlıq abidəsində müasir texnologiya sayəsində mürəkkəb quraşdırma işlərinin aparıldığı diqqətə çatdırılıb, dünyanın tanınmış memarı Zaha Hadidin layihəsi əsasında tikilən mərkəzin interyeri, müxtəlif tədbirlər üçün nəzərdə tutulan zalları öz geniş əksini tapıb.
Eyni zamanda "Alov qüllələri"nin tikintisinin çox mürəkkəb şəraitdə həyata keçirildiyi və üç hündür binanın axşamlar şəhərə xüsusi yaraşıq verdiyi vurğulanıb.
Həmçinin verilişdə paytaxtımızın müasir abidələri arasında Bayraq meydanının xüsusi maraq doğurduğundan, şəhərimizin qonaqlarında böyük təəssürat yaratdığından da söhbət açılıb.
Bakının Dağüstü parkında yerləşən Şəhidlər xiyabanından danışan müəllif 24 il əvvəl öz müstəqilliyini bərpa etmək arzusu ilə dinc nümayişlər keçirən xalqımıza Sovet rejimi liderlərinin əmri ilə amansızlıqla divan tutulması, yüzlərlə silahsız insanın vəhşiliklə qətlə yetirilməsi, onların Şəhidlər Xiyabanındakı qardaşlıq qəbiristanlığında dəfn olunması haqqında məlumat verib.
Azərbaycanda müxtəlif milli azlıqların və etnik qrupların yerli xalqla əsrlər boyu dostcasına və mehriban şəraitdə yaşadıqları, Azərbaycan tolerantlığının digər ölkələrə nümunə olduğu verilişdə xüsusi qeyd olunub.
"France 5" televiziya kanalının bu verilişi erməni lobbisinin güclü olduğu Fransa kimi ölkədə Azərbaycanı tanıtmaq, ölkəmizlə bağlı həqiqətləri yaymaq baxımından diqqətə layiqdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2292   Tarix: 25 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İftar süfrəsinə hazırlaya bilərsiniz

"İftar menyusu"nu təqdim edirik:. Cənnət şorbası. Ərzaqlar:. 2 qaşıq kərə yağı. 3 xörək qaşığı qarğıdalı unu. 1 orta kartof. 1 soğan. 2 diş sarımsaq. 2 stəkan toyuq suyu. 4 stəkan qaynar su. 1 çay qaşığı qara bibər. 1 çay qaşığı duz. Üzəri üçün:. 2 xörək qaşığı yağ. 1 çay qaşığı üyüdülmüş qırmız

08.04.2024 522
.

Rüfət Mehdiyevin qızı: "Atamla görüşə hazırlaşırdım, cənazəsinə getdim" - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Müəllif - aparıcı Afaq Hüseynovanın təqdimatında efirə gedən verilişin budəfəki sayı tanınmış müğənni Rüfət Mehdiyevə həsr olunub. Verilişdə mərhumun yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Müğənninin qızı Zemfir

14.04.2024 454
.

Özündən 35 yaş kiçik nişanlısı ilə Ağ evdə - Foto

80 yaşlı Hollivud ulduzu Robert De Niro 45 yaşlı nişanlısı Tiffani Çenlə uzun aradan sonra görüntülənib. Axşam.az xəbər verir ki, cütlük Ağ Evə şam yeməyinə gədib. Onlar Yaponiyanın baş naziri Fumio Kişidanın səfəri şərəfinə verilən şam yeməyində iştirak ediblər. Qeyd edək ki, Robertlə Tiffaninin Cia

13.04.2024 404
.

Dünyanın ən yaşlı siam əkizləri vəfat etdi

Dünyanın ən yaşlı siam əkizləri Lori və Cor Şappel vəfat edib. Axşam.az xəbər verir ki, əkizlər 62 yaşında dünyasını dəyişib. Onların naməlum səbəbdən öldüyü bildirilib. Qeyd edək ki, əkizlər 1961-ci ildə birləşmiş kəllələri ilə dünyaya gəlmişdilər. Onlar eynicinsli əkizlər idi, lakin 2007-ci ildə Dor

14.04.2024 499
.

Xoşbəxt insanların hər gün söylədiyi BEŞ İFADƏ

Psixoloqlar deyirlər ki, xoşbəxt insanlar başqalarına paxıllıq etmir və müsbət mənada düşünürlər. xarici KİV-ə istinadən xəbər verir ki, xoşbəxt insanlar müəyyən düşüncə tərzinə malikdirlər və gündəlik həyatda müəyyən ifadələr işlədirlər. Xoşbəxt insanların tez-tez söylədiyi əsas ifadələrdən biri "Mə

04.04.2024 883
.

Kral ailəsinin ən sevilən üzvü odur

Keyt Middleton 22 mart 2024-cü ildə xərçənglə mübarizə apardığını elan etdikdən sonra xalq arasında sevilən ən məşhur kral ailəsi üzvünə çevrilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Uels şahzadəsi xərçəng xəstəliyinə tutulduğunu elan etdikdən sonra britaniyalıların 76 faizi Keyt Middleton haqqınd

14.04.2024 259
.

Yağlı mətbəx dolabların parladacaq üsul

Mətbəxlərdəki dolabı yemək bişirərkən ən çox çirklənən yerlər sırasındadır. Yağ sıçramalarını təmizləmək gecikdirildikdə daha çətinləşə bilər. Mətbəx dolabını parıldadacaq üsulu izah edirik:. Bit qabyuyan kapsulun üzərinə bir litr qaynar su tökün. Kapsul həll olunana qədər qarışdırın. Mətbəx dolabların

14.04.2024 478
.

"WhatsApp"da yeni funksiya

Məşhur "WhatsApp" mesencerinin istifadəçiləri "Instagram"da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Ekspertlər bildiriblər ki, servis tərtibatçıları "Instagram"la "WhatsApp" uyğunluğunu aktiv şəkildə tətbiq edirlər

14.04.2024 277
.

"WhatsApp"da yeni qaydalarla razılaşmayanların hesabları bloklanacaq – Bu tarixdən

Yazışmalarınıza və hesabınıza girişi saxlamaq üçün yeni şərtlərlə razılaşmalısınız. xarici mediaya istinadla bildirir ki, dünyanın ən məşhur mesajlaşma proqramı WhatsApp məxfilik siyasətini və xidmət şərtlərini yeniləyir. İstifadəçilər aprelin 11-dək yeni qaydalarla razılaşmalıdırlar, əks halda onları

31.03.2024 588