ADU-da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə bayram tədbiri keçirildi - FOTO

Azərbaycan Dillər Universitetində (ADU) 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə bayram tədbiri keçirilib. BiG.AZ-ın məlumatına görə, tədbir Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov bütün xanımları bayram münasibəti ilə təbrik edib: "Dili, mövqeyi, əxlaqı gözəl olan xanımlarımız bizim üçün böyük bir əmanətdir. Universitetimiz hər zaman ADU xanımları ilə fəxr edir. Bu unuversitetin xanımları Azərbaycanın müxtəlif müəssisələrində ən öndə gedən mütəxəssisi kimi fəaliyyət göstərir, dövlət səviyyəli tədbirlərin hər zaman fəal iştirakçıları olurlar. Bütün xanımları bayram münasibətilə universitet kollektivi adından ürəkdən təbrik edirəm".

Tədbirin aparıcıları Pedaqoji fakültənin tələbələri Röya Məmmədova və Çoşqun Dadaşov hər il qeyd olunan 8 mart – Beynəlxalq Qadınlar gününün tarixi haqqında qısa məlumat veriblər.

Qeyd edək ki, bayram tədbirində universitetin "Dalğa" Rəqs qrupu milli rəqs nümayiş etdiriblər. Tələbələrdən Çoşqun Dadaşov pianinoda, Sona Rzaquluzadə və Elnur Əliyev gitarada musiqi ifa ediblər. Əminə Talıbova Cəfər Cabbarlının "Ana", Turanə Əlizadə isə öz yazdığı "Qadınlar" şeirini səsləndiriblər.

ADU-da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə bayram tədbiri keçirildi - FOTOADU-da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə bayram tədbiri keçirildi - FOTOADU-da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə bayram tədbiri keçirildi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3161   Tarix: 09 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040