İtlər uşağın üzünü parçaladılar
İtlər uşağın üzünü parçalayıblar. Yeni Zellandiyada köpəklərin hücumuna məruz qalan 7 yaşlı Sakurako adlı qız üzünün 90 faizini itirib. Azyaşlıya bull terrier cinsli itlər hücum edib. Ağır xəsarətlər alan qızı həkimlər reanimasiya şəraitində huşsuz vəziyyətdə saxlayırlar. Uşağın bədənində ümumilikdə 100-dən artıq dişlənmə izi var.
İndi o böyüyənə qədər müntəzəm olaraq silsilə əməliyyatlar olmalıdır.
Kiçik qız ailəsi ilə tətildə olan zaman 4 itin hücumuna məruz qalmışdı. Hadisədən sonra itlər sahibləri tərəfindən yatdırılıb. Hələlik heyvanların sahibi olan ailəyə hər hansı cəzanın verilib-verilməyəcəyi açıqlanmır.
Staffordşir bull terrier cinsi itlər 50 sm hündürlüyündı, 20 kq çəkidə olurlar. Onlar güclü cənələri ilə seçilirlər.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş