Əkiz bacılar əkiz oğlanlara ərə gedərmi? - Müsahibə

Əkiz bacılar əkiz oğlanlara ərə gedərmi? - MüsahibəBiG.AZ axşam.az-a istinadən xəbər verir ki, Sevil və Sevinc bacıları Türkiyəni növbəti dəfə fəth etmək üçün səfərə hazırlaşırlar
Son günlər mətbuatın diqqətini iki şən, şıltaq, əkiz Sevil və Sevinc bacıları daha çox cəlb edir. Bir neçə ay öncə Türkiyədə yayımlanan "O Ses Türkiye" yarışmasına qatılan əkiz bacılar Azərbaycanda olduğu kimi, Türkiyədə də məşhurluq qazandılar. İndi isə gündəmdə bacıların burun əməliyyatı yer almağa başlayıb.
Əməliyyatdan sonra bacılar "Kaspi"-nin qonağı oldular. Bizimlə söhbətlərində əməliyyat üçün elə də böyük ehtiyaclarının olmadığını dedilər. Azərbaycanda seçilən və maraqlı qrup olduqlarını söyləyən bacılar onlara məşhurluq gətirən həmin yarışmadan və gələcək planlarından danışdılar.
Heç kim bizim qədər tanınmadı
- Burnunuzun əməliyyata ehtiyacı var idimi?
Sevil: Əgər biz başqa sənətlə məşğul olsaydıq, efirlərdə və tamaşaçıların gözü qarşısında tez-tez olmasaydıq, bu əməliyyata ehtiyac qalmazdı. Real həyatda bizim burnumuz o qədər də pis görünmürdü. Efirdə isə burunlarımız daha qabarıq görsənirdi. Efirdə profildən də çəkilirdik deyə, buna ehtiyac gördük. Bizə onsuz da əməliyyata ehtiyacımızın olmadığını söyləyirlər. Amma düşünürük ki, bu sahədə çalışdığımız üçün bu bizə vacib idi.
Sevinc: Bacımın sözləri ilə razıyam.
- Əvvəllər sizi "S-Twins" qrupu kimi tanıyırdıq. Ancaq indi sadəcə olaraq bacılar kimi tanıyırıq. Adınızdan nə üçün imtina etdiniz?
Sevil: Sizə açığını deyəcəyəm. Bu, bizim öz istəyimizlə olub. "Yeni ulduz" yarışmasına qatılanda Sevil və Sevinc bacıları kimi tanınırdıq. Bu ad bizə çox uğur gətirdi. Yəni yarışmanın heç bir iştirakçısı bizim qədər tanına bilmədi. Ondan sonra "S-Twins" qrupu kimi tanınmağa başladıq. İndi Azərbaycanda musiqi qrupları özlərini o qədər də doğrulda bilmirlər. Azərbaycanda qrup şəklində özünü tanıtdırmaq çox çətindir.
Sevinc: Bu addan özümüz imtina etmişik. Əslində elə bir adla adlandırılmağımızı istəmirəm. "O Ses Türkiye" yarışmasına qatıldıqdan sonra hamı bizi bacılar kimi təqdim etməyə başladı. Mən hər dəfə inanırdım ki, "Sevil və Sevinc" adı bizə daha düşərli olacaq. Qrup kimi tanınanda da heç kim bizi elə çağırmırdı, hər kəs bizi bacılar deyə səsləyirdi. Biz də fikirləşdik ki, hər kəs bizə öz adımızla müraciət edirsə, onda əlavə ad nəyimizə lazımdır? O ad bizə daha çox xaricə gedəndə lazım olurdu, çünki Azərbaycan dilində bizim adımızı demək çətindir. Ancaq yenə də öz adımıza qurban.
- Sizi əvvəllər hər kəs Roza Zərgərlinin qrupu kimi tanıyırdı. Sonradan işbirliyiniz ləğv olundu. Deyirlər ki, siz Roza xanımı tərk etdikdən sonra bu addan imtina etmisiniz.
Sevil: Roza xanımla işləməyi biz özümüz istəmişdik. Ayrılmağın qərarını da biz özümüz verdik. Müxtəlif səbəblərdən bu addımı atmalı olduq. Buna heç peşman da deyilik. Ruzunu Allah verir, şükürlər olsun ki, hər şey yaxşıdır.
Əkizik və maraqlıyıq
- Sizi daha çox tamaşaçılar "O Ses Türkiye" yarışmasına görə tanıyır. Ondan əvvəl indiki qədər tanınmırdınız. Bu reallığı qəbul edirsinizmi?
Sevinc: Bizi təkcə burda deyil, Türkiyədə də hər kəs tanıyır (gülürlər). Biz Türkiyəyə gedəndə hava limanında hər kəs yaxınlaşıb bizimlə şəkil çəkdirirdi. Biz düşünürdük ki, imicimizi dəyişmişik və bizi heç kim tanımaz. Azərbaycanda tanındığımız qədər Türkiyədə də tanınırıq. Türkiyədə işləməyə başlasaydıq, orada da tanınıb sevilə bilərdik.
Sevil: Türkiyədə 15 dəqiqəlik çıxış bizi daha çox məşhurlaşdırdı. Əslində yarışmadan əvvəl ilyarım dayanmadan çalışmışıq. Klipimiz çəkilib, müxtəlif mahnılar hazırlamışıq. 15 dəqiqəlik çıxış sanki bizim ilyarım çəkdiyimiz bütün əziyyəti silib. Balacadan tutmuş yaşlı nəslə kimi hamı bizi tanıyır. Mənə deyirlər ki, sağ olun ki, sayənizdə üç türkiyəli münsif bizim mahnımızı oxudu. Ancaq adi gündə deyirlər ki, biz Azərbaycan mahnılarını bilmirik. Bizim məsələ o qədər böyüdü ki, hətta xəbərlərdə də bizi göstərdilər. Mən atama zəng vurdum və dedim ki, bizi xəbərlərdə göstərəcəklər, baxarasan. Atam təəccüblə söylədi ki, axı siz neyləmisiniz ki, sizi xəbərlərdə göstərirlər? Kişini az qala infarkt vurmuşdu (gülürük). Atam qorxub ki, yəqin oğurluq və ya nəsə olub ki, xəbərlərə çıxmışıq.
- İndi hər kəs Türkiyə şou-biznesinə can atdığı halda, siz niyə geri qayıdıb Azərbaycan şou-biznesinə qatıldınız?
Sevinc: Türkiyədə bizi serial və reklam çəkilişlərinə dəvət etdilər. Biz isə sırf müğənni kimi tanınıb məşhurlaşmaq istəyirdik. Gözlədik ki, burun əməliyyatından sonra işlərimizi yoluna qoyaq, ondan sonra Türkiyədə yaradıcılığımızı davam etdirək. Bizim öndə gedən sənətçilərimiz Röya, Aygün Kazımova, Brilliant Dadaşova, hətta Roza Zərgərli və digər müğənnilərimizin bu qədər pulu ola-ola, gedib orada hər şeyi sıfırdan başlayırlar. Türkiyə şou-biznesinə o qədər pul qoymalarına baxmayaraq, ortalıqda da heç nə yoxdur. Biz də ona görə çəkinirik ki, birdən gedərik, alınmaz. Yarışmaya da gedəndə narahat idik ki, bəlkə keçə bilmədik. 62 min nəfər insanın içindən 30 nəfərin arasında ola biləcəyikmi, deyə düşünürdük. Qorxurduq. İçimizdə qorxu vardı ki, bu qədər sənətçilərimiz gedib, heç nə alınmayıbsa, bizdə nəsə alına bilərmi? Ancaq risk etmək lazımdır deyə, biz də bu yaxınlarda yenidən ora gedəcəyik. Bizim işimiz təkcə Türkiyə ilə bitməyəcək. Bu yaxınlarda Rusiyada da bir neçə layihələrimiz olacaq. İnanıram ki, bu da uğurlu olacaq. Çünki əkizik və maraqlıyıq. Baxmayaraq ki, yarışmada ikinci turda ələndik, ancaq saytlarda izlənmə sayına görə, reytinqdə birinciyik.
Sevil: Türkiyədə olan serial təkliflərinə heç bir cavab verməmişik. Ona görə ki, özümüzü aktrisa kimi görmürük. Əgər müğənni kimi fəaliyyətə başlamışıqsa, elə belə də davam edəcəyik. Bizimkilər də deyəcəkdilər ki, bacılar getdi Türkiyəyə səsləri olmadı deyə, başladılar aktrisalıq etməyə.
Səhv elədik
- Güclü səsə malik olmanıza baxmayaraq, ikinci turda ələnməyinizin səbəbi nə idi? Münsiflər heyəti sizə qarşı ədalətsiz qərar verdi?
Sevil: Biz orda bacardığımızın yalnız 30 faizini nümayiş etdirdik. Çünki çəkilişdən bir gün qabaq bizə zəng vurub dedilər ki, sabah oxuyacaqsınız və sizə bu gün bilet almışıq. Türk dilini bilmirik və onların dilində mahnı oxumaq bizim üçün çox çətin idi. Biz Rusiyada böyümüşük və demək olar ki, türk mahnılarından xəbərsizik. Orada bizə elə bir mahnı verdilər ki, o, Türkiyədə çox sevilir və hit mahnılar sırasındadır. Həmin mahnı bizim janra uyğun deyildi. Çəkilişə bir gün qalmağına baxmayaraq, nə mahnının sözlərini, nə də musiqini bilirdik. Ancaq digər qızlar Türkiyədə yaşadıqları üçün mahnını əzbər bilirdilər. Hətta onlar bir həftə bu mahnı üzərində məşq etmişdilər. Biz isə Azərbaycanda yaşadığımız üçün məşqlərdə iştirak edə bilmirdik. Onlar mahnını bizə internet vasitəsilə göndərə də bilərdilər. Heç onu da etmədilər. Biz gedəndə düşünürdük ki, yəqin mahnı seçiminə gedirik. Ancaq bizə söylədilər ki, iki saat ərzində mahnını öyrənin və necə bacarırsınızsa, elə də oxuyun.
Sevinc: Mahnını elə bölmüşdülər ki, bilinmirdi ki, kimin səsi haradan gəlir. Tuğçe Gendigelen də mahnıya girə bilmədi və səhv oxudu. Hətta mahnının sözləri onun yadından çıxmışdı. Montajda isə həmin hissəni kəsmişdilər. İnsanlar elə fikirləşirdi ki, yəqin səhv bizdədir. Orda hər şey münsiflərdən deyil, Acun Ilıcalıdan asılı idi. Münsiflər orada sadəcə olaraq qonorarını alıb, rəmzi insanlar kimi əyləşmişdilər. Biz müsabiqəyə qatılanda müəllim olaraq birinci Murat Bozun ismini yazmışdıq. Ancaq səhnəyə çıxanda elə bir situasiya yarandı ki, biz Ebru Gündəşi seçdik. Düşündük ki, bizim üçün sənət daha önəmlidir, onun sayəsində çox şey öyrənmiş olarıq. Amma əgər biz Murat Bozu seçsəydik, daha qabağa gedərdik. Çünki Ebru Gündəşin komandası daha güclü idi, orada yaddaşda qalma ehtimalı çox az idi. Murat Bozun komandasında isə o qədər də güclü səslər yox idi.
- Ebru Gündəş sizə dərs keçdimi? Özünüzü onun tələbəsi hesab edirsinizmi?
Sevil: Xeyr. Biz səhv elədik (gülürlər).
Sevinc: Təsəvvür edin ki, bütün komanda yığılır və Ebru Gündəş gəlib, 15 dəqiqəyə hamıya mahnı seçimində kömək edir. Əslində biz onları da qınamırıq. Bizim adımızı "youtube"da yazanda ancaq şıltaq hərəkətlərimiz görünür deyə, onlar düşünüb ki, bu mahnı bizə daha çox yaraşar. Ancaq fikirləşmədilər ki, bu mahnı bizim səsimizə düşməyəcək.
- Həmin layihəyə yenidən qatılmaq istəyərsinizmi?
Sevil: Əslində təkliflər var. Ancaq etdiyimiz bir işi ikinci dəfə təkrarlamaq istəmərik. Ondan yüksək bir layihə olsa, təbii ki, razılıq verərik. Xarici ölkələrdə Azərbaycanı tanıtmaq üçün təbii ki, müsabiqələrə qatılacağıq.
Sevinc: Düşünürəm ki, ikinci dəfə qatılsaq, maraqsız olar. Yarışmadan öncə də demişdik ki, Azərbaycanda heç bir musiqi yarışmasına qatılmayacağıq. Çünki haqsızlıqlar çox olur. Sözsüz ki, haqsızlıq hər yerdə var.
- Bacılar arasında kimin sözü daha çox keçir?
Sevinc: Biz kollektivdə 4 nəfər çalışırıq. Mehri, Nigar, bacım və mən. Hərdən elə düşüncəsiz addım atılır ki, düşünürəm ki, bunların başı üstündə dayanmasan, hərəsi bir işlə məşğul olacaq. Dördümüzün arasında yumruğu stula vuran mən oluram. Bəlkə də onlardan həddindən artıq çox şey tələb edirəm. Hər birimiz işə ciddi yanaşırıq, amma bunların içindən biri daha sərt olmalıdır. Bunların heç birində sərtlik yoxdur. Bir də görürsən ki, mən mahnı üzərində çalışıram, üçü də oturub sosial şəbəkədə yazışırlar (Sevil gizli-gizli gülməyə başlayır).
- Həyatınızda özəl biri varmı? Düşünürsünüzmü, əkiz oğlanlara ərə gedəsiniz?
Sevil: Əkiz oğlana ərə getmək istəmərəm. Qoy nəsildə bir az dəyişiklik olsun.
Sevinc: Xanımı sevən insanlar çox olur. Onların içində düzgün seçimi təkbaşına etmək olmur. Bu işdə böyüklərimizin məsləhəti lazımdır. Bu barədə mənim təcrübəm o qədər də çox deyil. Mən gözəlliyə, gözəl sözlərə aldana bilərəm. Ancaq valideynlər buna heç vaxt aldanmır. Gələcək həyat yoldaşımızı valideynlərimiz seçəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 5086   Tarix: 03 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

"Mənim ehtiyacım yox idi, aparmadım" - Xatun "Maşın Şou"da danışdı

Yeni mövsümü başlayan "Maşın Şou"nun iştirakçılarından biri olan Xatun maraqlı açıqlama verib. ölkə.az-a istinadən bildirir ki, ifaçı "Maşın Şou"nun daha öncəki mövsümü barədə bunları deyib:. "İstərdim ki, maşını layiq olan və ehtiyacı olan aparsın. Mənim ehtiyacım yox idi, aparmadım

02.10.2019 2215
.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏ

Onu efirdə çox sərt, hamının xətrinə dəyən biri kimi görürük. Fərqli taktikası var. Verilişə dəvət etdiyi qonaqlar ilə olan dialoqlara qulaq asanda çaşıb qalırsan ki, bunu şou xatirinə edir, yoxsa elə xasiyyəti belədir. Məncə, onun verilişlərini maraqlı edən də elə bu xüsusiyyətidir. Hərçənd buna gör

19.12.2019 6537
.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

Çoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?. Alpinizimi

20.02.2020 6876
.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

"Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm"

Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub. BİG.AZ xəbər verir ki, ifaçı veriliş zamanı dostluq münasibətlərindən söz açıb:. "Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsil

13.11.2019 2270
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471