Xocalı şahidi: "Kəsilmiş başları bişirir, əsir saxladıqları insanlara yedizdirirdilər" - FOTO

22 il keçsə də, elə bilirəm ki, hadisə bu gün olub. O gün gördüklərimiz nə biz xocalıların, nə də Azərbaycan xalqının yaddaşından silinə bilməz. Ermənilər xalqımıza elə dağ çəkib ki, onu unuda bilmərik. Müharibə olar, kişilər ön, qadınlar da arxa cəbhədə vuruşar. Amma Xocalı tarixdə görünməmiş müharibə idi. Bu müharibə deyildi, azğınlaşmış, qudurmuş bir kütlənin əliyalın insanların üzərinə hücumu idi. Bunu nə yuxuda görmüşük, nə də kitabdan oxumuşuq. Müsahibəmiz boyunca Mehriban Əliyeva həmin gecə yaşadıqları, gördüklərindən danışarkən dəfələrlə bu ifadələri təkrarlayır.

Özünün də dediyi kimi, bizim kitablardan oxuduqlarımızı, şəkillərdən, televiziyadan gördüklərimizi o, yaşayıb, canlı şahidi olub.

BiG.AZ saytı publika.az-a istinadən xəbər verir ki, "Qırmızı xətt" layihəsini Xocalı şahidlərindən birinin başına gələn faciəyə həsr etmişik.

Bələdçimiz yoldaşını, onlarla yaxını həmin gecədə itirən, 5 qızı ilə meşədə itkin düşmüş yoldaşını axtaran Mehriban Əliyeva başına gələn müsibəti göz yaşı içində xatırlayır.

Mehriban xanım deyir ki, Xocalı 5 il mühasirədə qaldı, o illərdə sakinlər ac-susuz, aylarla zirzəmilərdə yaşadı.

"1992-ci il fevralın 25-də gecə saat 11-də şəhəri dörd tərəfdən yandıraraq hücuma keçdilər. 366-cı alayın əsgərləri əvvəl əraziləri yandırır, arxadan isə bir qrup erməni oynaya-oynaya, mahnılar oxuyaraq gəlirdilər. Onlar insanlıqdan çıxmış halda idilər. Kişilərlə yox, əliyalın insanlarla döyüşür, uşaqları, qocaları işgəncələrlə öldürürdülər. Həmin vaxt Bakıda Tibb universitetində oxuyan iki qızım da Xocalıya gəlmişdi. Hətta qızlarımdan biri ailəli idi, 2 aylıq körpəsi vardı. Oğlum isə yeddi yaşında idi. Uşaqlı-böyüklü hamımız meşəyə doğru qaçırdıq, bir-birimizdən xəbərsiz".

Müsahibim deyir, həmin gecə sanki təbiət də xocalılar üçün ağlayırdı. Göydən qar yox, qan yağırdı.

İnsanlar bu vəhşilərin əlindən xilas olmaq üçün yol axtarırdılar. Əlacı kəsilmiş insanlar üzünü Qar-qar çayına tutdu, buzlu çayı yararaq, Kətik meşəsinə tərəf getdilər. Naxçıvanik istiqamətində isə ermənilər tələ qurmuşdular. Qara qaya xocalılar üçün qanlı qaya oldu. Xocalıların başına ən dəhşətli faciə məhz orada gətirildi.

İnsanları tikə-tikə doğrayırdılar

"Gözümüzün qarşısında neçə-neçə hamilə qadının qarnının, uşaqların qollarının, ayaqlarının necə kəsildiyini gördük. İnsanları parçalayaraq deyirdilər ki, "Ağdama gedirsiniz orada qəssab çoxdur, aparın istifadə edin". Meyitlərə olmazın işgəncə verirdilər, onların başını, qolunu kəsib, gözlərini çıxarırdılar. Kəsilmiş başları qazana yığıb, bişirir, Əsgəranda əsir saxladıqları insanlara yedizdirirdilər. Bundan həzz alırdılar. 13 yaşlı bir qızı asıb, onun dərisini soyarkən Serj Sərkisyan deyib ki, "mən insanın dərisi soyulanda necə əzab çəkdiyini bilirəm, ona görə də, bundan həzz alıram".

Müsahibim deyir: "başqalarının başına gətirilənlərin şahidi olub, gözyaşları axıdarkən öz yaxınlarımın hansı işgəncələrə məruz qaldığından xəbərsiz idim. Bilmirdim ki, yoldaşım xocalılı qadınların namusunu qorumaq üçün canından keçib.

Həmin gecə mənim də yoldaşım Həsənov Şöhrət Usub oğlu da dünyasını dəyişdi. O, uşaqları, yaşlı insanları, çaydan keçirərkən ermənilərlə qarşılaşır. Onlar yoldaşımdan silahını atıb, təslim olmağını tələb edib. Amma o, razı olmayıb. Deyib ki, "təslim olmayacağıq, son nəfəsimizə qədər döyüşüb, qız-gəlinlərimizi sağ-salamat buradan çıxaracağıq". Sonra isə ermənilər həmişəki kimi, hiyləyə əl atıb, Ağdamdan kömək gətirdiklərini deyiblər. Əlbəttə, onlara inanmayıblar. Yoldaşım insanların sağ-salamat çayı keçməsinə kömək edib, sonra isə erməni snayperinə tuş gəlib, iki ayağından vurulub. O, çox ziyalı insan idi, bir neçə xarici dil bilirdi. Onun başına pul qoyulmuşdu. Çünki ermənilərin tarixən xalqımızın başına gətirdikləri faciələri bilir, bu barədə insanlara məlumat verirdi, məqalələr yazırdı. Söz, qələm davasını, silahla əvəzləsə də, sona qədər mübarizə apara bilmədi. 5 qız, bir azyaşlı oğlunu gözüyaşlı qoyub, köçdü bu dünyadan. Onun meyitini isə 40 gündən sonra tapa bildik. Qızlarımla birlikdə günlərlə meşədə yoldaşımın meyitini axtardıq. Qızlarım hər gün meşəyə gedir "ata hardasan?" deyib fəryad qoparırdılar. Bəlkə, sağdır, hardasa yaralı qalıb ümidi ilə axtarırdılar atalarını. Onu tapıb, çox çətinliklə Bakıya gətirib, Birinci Fəxri Xiyabanda dəfn etdirdik. Ondan qalan bir məzar, bir də onun adına verilən İgidliyə görə medaldır təsəllimiz".

Mehriban xanım təkcə yoldaşını itirməyib o gecə...

"Oğlum birinci qrup əlil oldu, bir bacımın yeddi övladını, yoldaşını öldürdülər. Bacım isə buna dözmədi, ürəyi partladı. Bir bacımın 13 yaşlı qızı 22 ildir ki, əsirdir, atası bu dərdə dözməyib öldü, bacım yer xəstəsidir. Başqa bir bacım əlildir. Bacımın yoldaşını öldürərkən, qızı atasına tərəf qaçdı, elə oradaca atəş açıb uşağı vurdular. Bir bacımın oğlunun başına eyni "Dədə Qorduq" dastanındakı hadisə gətirilib. Onu donuz fermasına salıb, anasının, bacılarının gözü qarşısında tikə-tikə doğrayıblar. Oğlu deyib, "ana gözünü yum, mən adlı oğlun yoxdur, səs çıxartmayın sizə toxunarlar". Ananın gözü qarşısında balasını öldürmək necə bir dəhşətdir, təsəvvür etmək olmur. Bunların heç biri insanlığa layiq hərəkət deyil. Bunlara dözmək olmur.

Yoldaşımın əmisi, xalası oğlanlarını öldürdülər. Xocalıda hər kəs qohumdur, orada yad yoxdur. Ona görə də, hər bir itkini elə bizim ailənin itkisi hesab edirik. Ən yaxın adamlarımı şəhid verdim, qalanlarımız isə xəstə əlildir. Gözlərimizin görmədiyi müsibət qalmadı. O faciəni, dəhşəti nə kitabdan oxumuşuq, nə filmdə, yuxuda görmüşük, onların hamısını yaşamışıq".

O gecə hər kəs bir-birindən ayrı düşüb, ata balasını, bala anasını tapmırdı. Qalın meşə, qar, duman, çovğun insanların təlaşını bir az da artırırdı. Hətta insanlar yaxşı bələd olduqları, yollarda belə çaşır, eyni daşın başına fırlanır, amma Ağdama gedən yolu tapmırdılar. Həmin gecə yüzlərlə insan qar uçqununa düşdü, körpələr donaraq, aclıqdan öldü.

Müsahibim həmin gecə göylərə ucalan fəryad səslərinin hələ də qulağından getmədiyini deyir:

"Həmin gecə yaralı, uşaqlarından ayrı düşmüş ata-anaların fəryadı göylərə ucalırdı. Xocalıdan sağ çıxmış insanlar özləri də buna şübhə edirlər. Çünki o dəhşətdən sağ-salamat, hətta yaralı halda çıxmaq belə möcüzə idi. Biz də təsadüf nəticəsində xilas olduq".

Əslində gələnlər də bir gün görmədi. Kimi itirdiyi yaxınlarının dərdinə dözmədi, kimi xəstəlikdən öldü. Hamı ruhi sarsıntı keçirdi, şəhid ailələrinin yaxınlarının da çox az bir qismi qalıb. Əslində bu Xocalıya edilmiş ilk hücum deyildi. 1905-ci ildən başlayaraq dəfələrlə Xocalı talan edilib.

Faciə yalnız bir gündə baş verib bitmədi. Atasız, anasız uşaq saxlayanların sonrakı illərdə yaşadıqları da itkilərindən heç də az təsirli deyildi.

"Yoldaşımdan xəbərsiz 6 uşaqla küçələrdə qalmışdım. Əvvəl Ağdama getdik, oradan da Naftalan sanatoriyasında iki il qaldıq. Qızlarım Bakıda oxuduğundan məcbur qalıb biz də bura gəldik. Həmin vaxtdan da yataqxanada qalırıq. Bir otaqda 10 nəfər insan yaşayırdıq. Düzdür, indi uşaqlar ailə qurublar, amma o dəhşətli ağır günləri yaşamışıq. Döyüşdən alnı açıq, məğrur əsgər kimi çıxmışam".

Mehriban xanım danışarkən söhbət əsnasında fərqli məqamlar xatırlayır, bəzən sualdan uzaqlaşırdı. Bunu özü də etiraf edərək, yaşadığı faciənin dəhşəti ilə əlaqələndirir. Elə anlar yaşayıb ki, onu sakit sistemləşdirilmiş halda danışmağını da gözləmirik. O deyir ki, yeganə ümidi torpaqlarımızın geri alınmasıdır. Yalnız o zaman şəhidlərimizin qanı yerdə qalmaz. Biz də gözü yaşlı, ürəyidağlı bu xanımı çox yormadan müsahibəni burda saxlayırıq.

Xocalı şahidi: "Kəsilmiş başları bişirir, əsir saxladıqları insanlara yedizdirirdilər" - FOTOXocalı şahidi: "Kəsilmiş başları bişirir, əsir saxladıqları insanlara yedizdirirdilər" - FOTOXocalı şahidi: "Kəsilmiş başları bişirir, əsir saxladıqları insanlara yedizdirirdilər" - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2879   Tarix: 28 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523