Zaur Baxşəliyev itkin düşən 2 qadını tapdı

Zaur Baxşəliyev itkin düşən 2 qadını tapdıAzər Süleymanov ailəsindən itkin düşən 3 nəfər- gəlini, qızı və qızının azyaşlı övladı tapılıb.
BiG.AZ gecce.az-a istinadən xəbər verir ki,bu barədə məlumatı "Qafqazinfo"ya "Ümid var " verilişinin prodüseri Faiq Ələkbərov verib.

Bir neçə gün əvvəl "Ümid var" verilişinə müraciət edən Bakı şəhər sakini Azər Süleymanov evindən iki qadının - qızı və gəlininin qaçdığını bildirmişdi. O, məktub yazaraq müəmmalı şəkildə evi tərk edən ailə üzvlərinin tapılmasında və bu məsələnin ictimailəşməsində "Ümid var" dan kömək istəmişdi.

Qeyd edək ki, Azər Süleymanovun qızı Zümrüd evi tərk edərkən azyaşlı övladını da özüylə aparıbmış. Böyük səs-küyə səbəb olan bu hadisə "Ümid var" verilişində geniş müzakirəyə səbəb olub. Bir neçə gündən sonra qadınların axtarışı ilə məşğul olan Binəqədi Rayon Polis İdarəsi 4-cü polis bölməsinin həyata keçirdiyi axtarış-əməliyyat tədbirləri nəticəsində onlar tapılıblar.

Onu da qeyd edək ki, bu məsələdə "Ümid var" verilişinin də əməyi az olmayib. Evdən qaçan qadınlar həftənin birinci günü "Ümid var"ın studiyasında olacaqlar. Qadınlar bu addımı nəyə görə atdıqlarını "Ümid var" da açıqlayacaqlar. Azər Süleymanov və oğlu Vüqar polis bölməsində evdən qaçan doğmaları ilə görüşsələr də, eşitdikləri onları şoka salıb. Eyni zamanda "Ümid var" da bütün bu baş verənlərə səbəbkar olan o naməlum şəxsin adı bəlli olacaq, gizli nömrədən zəng edərək Süleymanovlar ailəsini təhqir edən, onlara hədə-qorxu gələnin də kimliyi açıqlanacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3558   Tarix: 24 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040