"WikiLeaks"lə məşhurlaşan milyarder Ərdoğanla necə dost oldu

"WikiLeaks"lə məşhurlaşan milyarder Ərdoğanla necə dost olduTürkiyənin media imperatoru...

Onun adı Türkiyənin 100 ən zəngin ailəsinin siyahısında 20-ci sıradadır. Yaxın zamana qədər "gizli zəngin", "Türkmənistanın sərmayə kralı" kimi tanınırdı. İllərlə şirkətini və özünü mediadan kənar tutmaqla Türkiyədə həyata keçirdiyi layihələrdən kimisə xəbərdar etməyib. Hər şey "Türk Telekom"un tenderindən başlayır...

50 milyon dollar fərqlə tenderi Öger Qrupuna uduzan Ahmet Çalık qəzetlərin manşetlərinə "məndə pul nağddır" sözləri ilə düşüb. Bununla həm ortalığı qarışdırır, həm də diqqətləri üzərinə çəkir. Maraqlıdır ki, pul kisəsi sayılan bu şəxs atasının iş-güc sahibi olmasına baxmayaraq bir qəpik də "dədə pulu" yemədiyini deyir. Bildirir ki, milyonlarını məhz özü qazanıb. Necə?

BiG.AZ Publika.Az-a əsasən "Çalık Holding"in idarə heyətinin rəhbəri Ahmet Çalıkın milyardlara gedən yolunu təqdim edir:

5 milyard dollarlıq sərmayənin 1 milyard dollarını təkbaşına reallaşdırır.

Ahmet Çalık 1958-ci ildə Malatyada anadan olub. İbtidai məktəbi Malatyada, orta və litsey təhsilini İstanbulda tamamlayıb. 1930-cu ildən bəri tekstil işiylə məşğul olan atası Mahmut Çalıkın təşviqiylə 1981-ci ildə ticari həyata başlayıb. Orta şərq Tekstili yaradıb. 90-ci illərin əvvəlində prezident Turqut Özalın məsləhəti ilə Türkiyənin əlaqələrini inkişaf etdirmək üçün Türkmənistana gedib.

1992-ci ildən Türkmənistana sərmayə qoymağa (əvvəl tekstil və inşaat sahəsində, indi isə həmçinin enerjidə) başlayıb. Türk şirkətlərinin Türkmənistana etdiyi təxminən 5 milyard dollarlıq sərmayənin 1 milyard dollarını təkbaşına reallaşdırıb. Böyük sərvət toplamağı bacarıb. Doğrusu bu ona elə də asan başa gəlməyib. Belə ki, Çalık məqsədinə çatmaq üçün əvvəldə Türkmənistanın dövlət başçısı Saparmurad Niyazova yaxınlaşaraq onun etibarını qazanıb.

Əlaqələrini o qədər "istiləşdirir" ki, hətta özünə nazirlik mövqeyi, türkmən pasportu belə alır. Bir müddət sonra xarici investorlar üçün Türkmənistanda iş qurmaq baxımından əhəmiyyətli kanal sayılmasını təmin edir. Lakin bütün bunlarla kifayətlənmir. Avropa Sərmayə və İnkişaf Bankı tərəfindən maliyyələşdirilən təsislərdə Qərb şirkətlərinə xidməti əhatə edən tekstil biznesini qurur. Getdikcə digər sektorlara - inşaat, enerji, təbii qaz sahəsinə girişir. Bir neçə təbii qaz stansiyası tikir (hansı ki, bunları hələ də idarə edir). Ancaq gün gəlir Niyazovun gözündə Çalıkın ulduzu sönməyə başlayır. Buna səbəb kimi də deyilənlərə görə, iş adamının Aşqabaddakı siyasi şəxsiyyətlərin əlaqələri, Çin və Rusiyanın oradakı maraqları ilə bağlı məlumatları Amerikaya ötürməsi göstərilir.

Niyazovun oğlu kimi idi...

Çalık Türkmənistanda Niyazovun səltənəti dövründə ölkədəki ən qüdrətli ikinci adam imiş. O, illər boyu ağzını bağlı saxlamaqla Niyazovun hörmətini qazanır, türk vətəndaşı olmasına baxmayaraq, özünə oğlu kimi davranan keçmiş dövlət başçısının sirdaşı olur. Əbəs deyil ki, Niyazov ona türkmən vətəndaşlığı verir, baş nazirin köməkçisi təyin edir. Lakin Çalıkın ulduzu sönür, Niyazovun ölümündən sonra isə "ən çox imtiyaza məzhər" statusunu itirir.

"Çalık Holdinq"i yaradır

1997-ci ildə Ahmet Çalık enerji, telekom, maliyyə, inşaat, media və tekstil sahələrində fəaliyyət göstərən qrup şirkətlərini "Çalık Holdinq" adı altında birləşdirir. Daha sonra isə 1997-ci ildə "Çalık Enerji", 1999-cu ildə "Çalıkbank"ı yaradır. 2004-cü ildə Türkiyə cümhuriyyəti tərəfindən xüsusiləşdirilən "Bursagaz"ın tenderini, 2005-ci ildə isə Albaniyanın özəlləşdirdiyi "Albtelecom"un tenderlərini qazanaraq şirkətlərin sahibi olur. 2007-ci il tarixində Türkiyə tərəfindən özəlləşdirilən Kayserigaz-ın tenderini qazanır.

Elə həmin ildə TMSF tərəfindən reallaşdırılan tenderdə 1.1 milyard dollar ödəyərək "Ciner Holdinq"ə məxsus "Mərkəz" Media Qrupuna sahiblənir. Bunun nəticəsində jurnal, qəzet, televiziya və radio kanallarının bütün haqq və varlıqları "Turkuvaz Media Qrupu" nun tərkibinə keçir.

Şirkətin yüksəlişi

"Çalık Holdinq"in gəlirləri 2000-2006-cı ildə real olaraq 392.2 faiz artaraq 2.5 milyard dollara çatıb. Qrupun cəmi satışları, 2006-cı ildə 1.012 milyon dollar olaraq reallaşıb. Ölkə daxili satışlar 300.7 milyon dollar təşkil edərkən, qrup şirkətlərinin 2006-cı il üzrə məhsul və xidmət ixracatları 728.2 milyon dollara çatıb. Holdinqin fəaliyyətinə sektorlara ayırdıqda tekstil sahəsi üzrə cəmi satışların 2006-cı ilin sonunda 357.5 milyon dollara, enerji, telekommunikasiya iş sahələri üzrə cəmi satışların 385.2 milyon dollara, inşaat sahəsindəki cəmi satışların isə 187.7 milyon dollara çatdığını görürük. Bundan əlavə "Çalık Holdinq" 2006-cı ildə 221.1 milyon dollar qazanc əldə edib. 2002-ci ildə şirkətlərinin sayı 17 olsa da 2009-cu ildə artıq 34-ə çatıb. Aktivləri isə 600 milyon dollardan 3 milyard dollara yüksəlib.

Son illərə gəlincə, 2012-ci ildə şirkətin gəlirləri 2,79 milyard dollar təşkil edib. Şirkətin aktivləri 2.5 milyard dollardır. Holdinqin 34 şirkətində 20 min nəfər işləyir. 1 milyard dollarlıq illik iş həcmi olan holdinqin 3 qitədə, 13 ölkədə fərqli sektorlarda payı var. "Çalık Holdinq"in hissələrinin demək olar hamısı Ahmet Çalıkın adınadır. Bununla belə holdinqdə və şirkətlərdə ata Mahmud Çalık, Çiydəm Çalık, Diniyə Çalık və Mahmud Can Çalık hissə sahibidirlər.

Çalık Türkmənistanın Transxəzər təbii qaz boru xətti proyektində də əhəmiyyətli vəzifəni icra edir. Mərkəzi ofisi Türkiyədə yerləşən "Çalık Holdinq" Türkmənistandan başda digər türkdilli respublikalar olmaqla, bir çox ölkəyə, o cümlədən də Balkanlara sərmayələr qoyub. Əsas istehsal təsisləri isə Türkmənistanda və Malatyadadır.

Sərvəti

Ahmet Çalıkın adı Türkiyənin ən zəngin ailələrinin siyahısında yer alır. 2011-ci ilin qiymətləndirməsinə görə, onun şəxsi sərvəti 1,3 milyard dollar təşkil edib. 2013-cü ildə isə "Forbes" varidatını 1,7 milyard dollar qiymətləndirib.

Ahmet Çalıkın media imperatorluğu

Bildirdiyimiz kimi, A.Çalık Ciner Holdinqə bağlı Mərkəz Media Qrupuna 1.1 milyard dollar ödəməklə sahib olub. Turkuvaz Radyo Televizyon Gazetecilik ve Yayıncılık A.Ş. "Çalık Holdinq"ə bağlı və media sektorunda fəaliyyət göstərən böyük şirkət sayılır. Bunun nəticəsində atv, a Haber, "Yeni Asır" TV, Minika, "Radyo Turkuvaz", Romantik Radyo adlı radyo stansiyaları; "Sabah", "Takvim", "Yeni Asır", "Pas Fotomaç" adlı qəzetlər; "Bebeğim və Biz", "Sinema", "Sofra", "Home Art", "Şamdan Plus", Yeni Aktüel, Para, Hülya, "Global Enerji", Transport, "Hukuki Perspektifler" adlı jurnallar, Cafe Ruj, Teknokulis adlı veb saytlar "Turkuvaz" MMM-nin tərkibinə qatılır.

Çalık Tayyibin ürəyini necə ovlayır

Tarixlərdən göründüyü kimi iş adamının ulduzu AKP hakimiyyəti dövründə daha da parlayıb. Çalıkın bu partiyanın iqtidarında 5 qat böyüməsinə səbəb Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrakı müdir təyin etməsidir. Ahmet Çalık Tayyibin kürəkənini holdinqə ümumi müdir vəzifəsinə gətirdikdən sonra tenderləri bir-birinin ardınca udmağa başlayıb.

Ərdoğana yaxın

İş adamı məşhur "WikiLeaks" teleqraflarında adı ən çox keçən türk iş adamıdır. Vikiliks sənədlərində haqqında əsas qabardılan məqam "AKP-yə çox yaxın olmasıdır...

Rotşildtlərlə əlaqə

Ahmet Çalık təkcə "Türkmənbaşı"nın və Ərdoğanın saqqızını oğurlayaraq imperiyasının daşlarını artırmayıb. Onun dünyanın əsl sahibləri olan Rotşildtlər ailəsi ilə də əlaqələri var. Necə? "Çalık Holdin"qin mədən mövzusundakı strateji ortağından biri Rio Tinto Group-dur. 200 milyard dollarlıq bu şirkətin təxminən yarısının sahibi Birləşmiş Krallıq əsillidir. Rio Tintonun böyük səhmdarı Rotşildt ailəsidir. Bu arada bir neçə il əvvəl Çində sözügedən şirkətin 5 nəfər səlahiyyətlisi casusluqda günahlandırılaraq həbs ediliblər.

Ailəsi

Hər daşın altından çıxan, kifayət qədər bacarıqlı, bəxti yavər olan Ahmet Çalık evlidir. 4 övlad sahibidir. Onun iş dünyası ilə bağlı xəbərlər geniş olsa da, bu haqda xəbərlər kasaddır.

Ahmet Çalıkın iqtidar eşqi!

Türkiyə mətbuatı 1984-cü ildən bəri Ahmet Çalıkın kimlərlə işlədiyini təqdim edib. Siyahı çox diqqət çəkir.

Bu sırada baş nazir Turqut Özalın oğlu Əhməd Özal birinci yerdədir. Zamanında iş adamı Əhməd Ozala "həmyerlim" deyərək vəzifə verib. Özaldan sonra köməkçilərindən biri, dövrün baş naziri Tansu Çillərin hələ universitet şagirdi olan oğulu Mərd Çillər olub. Tansu xanım hakimiyyətdən getdikdən sonra Mərd Çillərin şirkətdə fəaliyyəti bitib. Məsud Yılmazı baş nazir olanda Yavuz Yılmazı "məsləhətçi" götürür. Nəhayət, Ərdoğan baş nazir olduqdan sonra, bu dəfə də onun kürəkənini şirkətlərində "ən təpə nöqtəyə" yerləşdirir. 26 yaşında, təcrübəsiz, amma "yaxşı niyyətli" bir gənc adamı şirkətlərinin baş direktoru edir.

A.Çalıkın bu "uzaqgörənliyi" "seçkilərdən sonra Kamal Kılıçdaroğlunun da uşaqlarından birini (bəlkə də kürəkənini) "Çalık Holdinq"in rəhbərliyində görsəniz çaşmayın" kimi yarı ciddi, yarı zarafat söz-söhbətlərə səbəb olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1777   Tarix: 23 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040