Soçidə Pussy Riot qrupuna qamçılı müdaxilə

Soçidə Pussy Riot qrupuna qamçılı müdaxiləBiG.AZ movqe.az-a əsasən bildiri ki,qış Olimpiadalarının keçirildiyi Soçidə Rus müxalif rok qrupu Pussy Riot üzvləri , Putin əleyhinə mahnı söylədikləri sırada təhlükəsizlik qüvvələrinin qamçılı və göz yaşardıcı qazla müdaxiləsinə məruz qalıb.

Rusiya Prezidenti Vladimir Putin əleyhinə mahnı oxuyan Pussy Riot üzvləri , Soçidə olimpiadalarda təhlükəsizliyi təmin edən vəzifəli və rəsmi polis statusunda olmayan Kazak təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi ilə qarşılaşıb.
Movqe.Az xəbər verir ki, Kazak təhlükəsizlik gücləri mahnı söylədikləri sırada qrup üzvlərinə qamçıyla vurub. Müdaxilədən sonra bəzi qrup üzvlərinin üzü qan içində qalıb, bəziləri isə yerə yıxılıb. Polis mahnı oxumağa davam etməyə çalışan üzvlərə daha sonra isə gözyaşardıcı qazla müdaxilə edib.

Hadisədən sonra təhlükəsizlik qüvvələri hər hansı bir qrup üzvünü isə nəzarətə almadı lakin bir qrup üzvünün elektro gitarasına əl qoydu.

Qrup üzvlərindən Tolokonnikova isə Tvitterdən etdiyi şərhdə , "Kazak təhlükəsizlik gücləri Pussy Riot qrupu üzvlərinə hücum edib. Qamçı ilə bizə vurdular və "Putin Sənə də Vətənini sevməyi öyrədəcəyik" mahnısını söylədiyimiz vaxt bizə hücum etdilər.

Qrup üzvlərindən Maria Alekhina və Nadezhda Tolokonnikova bazar ertəsi günü oğurluq etdikləri iddiasıyla nəzarətə alınmış , bir gün sonra isə sərbəst buraxılmışdı .


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1835   Tarix: 22 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040