
Son 10 gündə Gorus şəhərindəki tibb mərkəzinə Gorusdan və Qubadlıdakı hərbi hissədən 100-dən artıq xəstə əsgər aparılıb
Ermənistan Ordusunun Gorusda və Azərbaycanın işğal olunmuş Qubadlı rayonunda yerləşən hərbi hissəsində çoxlu sayda əsgər ağır xəstəliklə tibb müəssisələrinə yerləşdirilib.
BiG.AZ saytı rusiya mətbuatına istinadən bildirirki, son 10 gündə Gorus şəhərindəki tibb mərkəzinə Gorusdan və Qubadlıdakı hərbi hissədən 100-dən artıq xəstə əsgər aparılıb.
Hərbi qulluqçularda bronxit, pnevmoniya və yuxarı tənəffüs yolların infeksiyası xəstəlikləri aşkarlanıb.
Həkimlər xəstəliyin və infeksiyanın yayılmasının səbəbini təyin edə bilməyiblər.