Azərbaycan filmi beynəlxalq kinofestivalda mükafata layiq görülüb

Azərbaycan filmi beynəlxalq kinofestivalda mükafata layiq görülübAzərbaycanın "Nərimanfilm" və İtalyanın "Torre" kino kompaniyasının birgə istehsalı olan "9x9" qısametrajlı filmi fevralın 3-dən 9-dək keçirilən XIII Mumbay beynəlxalq kinofestivalında "Ən yaxşı operator işinə görə" mükafatına layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, "Pasha Bank"ın maliyyə dəstəyi ilə çəkilən filmin ssenari müəllifi və quruluşçu rejissoru Radmila Qordiç, prodüserləri Nəriman Məmmədov və Radmila Qordiçdir. Ekran əsərini operatorlar Mindiya Esadze (Azərbaycanda çəkilişlər) və Luka Koassin (İtaliyada çəkilişlər) lentə alıblar.

Sənədli, qısametrajlı və animasiya filmlərinin nümayiş olunduğu Mumbay beynəlxalq kinofestivalı ilk dəfə 1990-cı ildə keçirilib. İki ildən bir gerçəkləşən festival qısametrajlı, sənədli və animasiya filmləri janrında Leypsiq, Berlin, Oberhauzen, Krakov, Tampere festivalları arasında özünəməxsus yer tutur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2053   Tarix: 18 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040