
2 aya yaxındır komada olan məşhur avtopilot Mihael Şumaxerin səhhətində irəliləyiş var.
BiG.AZ saytı axsam.az saytına istinadən bildirirki, “Formula 1” yarışlarının əfsanəvi üzvü sətəlcəmə qalib gəlib.
Həkimlər Şumaxerin ağciyərlərindəki təhlükənin aradan qalxdığını bildiriblər. Buna baxmayaraq, idmançı hələ də komadan ayılmayıb.
Qeyd edək ki, yeddiqat dünya çempionu Fransada, Alp dağlarında yerləşən qış kurortunda xizək sürərkən yıxılıb. Başından ağır zədə alan və helikopterlə xəstəxanaya çatdırılan M. Şumaxer komaya düşüb.