Məşhur Ailə: Gülyaz və Gülyanaq Məmmədovalar - Müsahibə

Məşhur Ailə: Gülyaz və Gülyanaq Məmmədovalar - MüsahibəMəmmədova bacıları öz məharətini göstərdi...

Əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədovalar may ayında solo konsert verməyə hazırlaşır.

BiG.AZ bu dəfə sizə Məmmədova bacılarının müsahibəsi və maraqlı söhbətlərini təqdim edir.

Qeyd edək ki, bacılar sualları bir-birindən xəbərsiz cavablandırıb. Görək onlar bir-birilərini necə tanıyır?

- Gülyaz xanımın ən sevimli tələbəsi kimdir?

- Gülyanaq: Kamilə Nəbiyeva, Sərxan Bünyadzadə, Nigar Rəhimova.

- Gülyaz: Bütün tələbələrim mənə əzizdir. Lakin daha çox Kamilə Nəbiyeva. Hətta beş ay mənim evimdə yaşayıb, indi də qonaq gəlir. Onu öz balam kimi çox istəyirəm.

- Məşq zamanı Kamil müəllim Gülyaz xanıma əsəbiləşəndə bacınız nə edir?

- Gülyanaq: Onlar hər ikisi əsəbi insandır. Amma mübahisə düşəndə Gülyaz xanım heç bir cavab vermir, çünki Kamil müəllim bizim ustadımızdır, ona böyüyümüz kimi hörmət edirik. Söz-söhbət isə daha çox repertuar seçimi ilə bağlı olur.

- Gülyaz: Sakit dayanıb, qulaq asıram.

- İllərdir reallaşdıra bilmədiyiniz arzunuz var? Hansı ki hələ də ona çatmağa cəhd göstərirsiniz?

- Gülyanaq: Solo konsert vermək.

- Gülyaz: Solo konsert verməyə hələ də cəhd edirəm. Tələbələrimlə biryerdə konsert verməyi də istəyirəm. Çünki çox istedadlıdırlar.

- Uşaqlıq illərində ailənizdə ən dəcəl kim olub?

- Gülyanaq: Mən çox dəcəl olmuşam. Mən nadinclik edəndə, Gülyaz məndən böyük olduğuna görə həmişə danlanırdı. Mən də bundan istifadə edərək ərköyünlük edirdim. İndi öz övladlarım da elədir. Böyük həmişə kiçiyin güdazına gedir.

- Gülyaz: Gülyanaq dəcəl olub. Başımıza oyun açırdı. Aranı qarışdırıb, aradan çıxırdı. Mən də onun üstündə qardaşım Elatı döyürdüm (gülür).

- Səhvini üzünə deyəndə Gülyaz xanım nə reaksiya verir?

- Gülyanaq: Əvvəlcə, əsəbiləşir. Sonra nəticə çıxarır.

- Gülyaz: Baxır, hansı səhvdir. Eləsi olur ki, məəttəl qalıram. Birdən də əsəbiləşirəm, qəbul etmirəm. Lakin sonradan analiz edirəm ki, bu nəyə görə oldu.

- Gülyaz xanım evdə, yaxud avtomobildə olarkən hansı xanəndəyə qulaq asır?

- Gülyanaq: O, daha çox retro musiqiləri dinləməyi sevir. Daha çox Ağabala Abdullayev, Nəriman Əliyev, İslam Rzayev, Əlibaba Məmmədov və Əbülfət Əliyevə qulaq asır.

- Gülyaz: Zəif yaxud güclü səsdir deyə ayırmıram, hamısına qulaq asıram. Zəif xanəndə hərdən elə boğaz edir ki, heç özünün də xəbəri olmur ki, o nə boğazdır. Ən çox mərhum xanəndələrimizi dinləyirəm: Əbülfət Əliyev, Rəşid Behbudov, Nəriman Əliyev, Hacıbaba Hüseynov.

Keçmişdə müğənnilər, xanəndələr yumşaq, həzin səslə oxuyurdular. İndi biz elə səslə oxusaq deyərlər ki, səsini niyə yığırsan?

- Gülyanaq: Biz əvvəllər mahnı oxuyanda balaca bir cəh-cəh vurardıq ki, bu da var. Ona görə adımızı "qışqıran müğənnilər" qoymuşdular. Amma indi hamı qışqırır.

- Məşqə daha çox kim gecikir?

- Gülyanaq: Mən.

- Gülyaz: Gülyanaq çox gecikir.

- Demək olar ki, həmişə biryerdəsiniz. Yəqin ki, sirriniz də birdir. Elə olubmu ki, digər bacılarınız buna görə sizdən incisinlər?

- Gülyanaq: Əsla. Mən əslində digər bacılarımla daha yaxınam: Elnaz və Kinayət bacımla. Düzdür, sirlərimizi bölüşürük, amma hamısını yox, elələri var ki, bacıya da demək olmur.

- Gülyaz: Hamımız mehribanıq, bir-birimizə fərq qoymuruq. Onlar da bizi başa düşməyə çalışır ki, biz incəsənət adamıyıq.

- Əməkdar artist adı almağınız xəbərini ilk dəfə kimdən eşitdiniz?

- Gülyanaq: 1998-ci ilin may ayı idi. Mən həmin vaxt bacım uşaqlarının kiçik toy məclisində idim. Hiss etdim ki, hamı bir-birini çəkib, pıçıldaşır ki, "mən deyəcəyəm". Nəhayət mənə söylədilər ki, sənə fəxri ad veriblər. Əvvəlcə, inanmadım, fikirləşdim ki, mənimlə zarafat edirlər. Sonra düşündüm ki, yəqin Gülyaza fəxri ad verilib, mənimlə səhv salırlar. Çünki Gülyaz deyəndə Gülyanaq yada düşür, ya da əksinə. Gecə saat 12 xəbərlərində eşidəndən sonra əmin oldum ki, əməkdar artist adı almışam.

- Gülyaz: Mən evdə idim. Ustadım Nəriman Əliyevin həyat yoldaşı Xalidə xanım zəng etdi ki, sizə fəxri ad veriblər.

- Başınıza gələn maraqlı, yaxud məzəli hadisələrdən birini bizə danışa bilərsiniz?

- Gülyanaq: Öz toyumda yıxılmağım heç vaxt yadımdan çıxmır. Hələ də həmin hadisəni yada salıb gülürük. Maraqlısı odur ki, mən əyləşdiyim stuldan yıxıldım. Həmin vaxt da hamı rəqs edir, şənlənir, məni görmürdülər. Yıxılmağımı ilk görən bacım Gülyaz xanım oldu, o da gülə-gülə hamıya xəbər etdi ki, baxın gəlin yıxıldı (gülür).

- Gülyaz: Bir dəfə səhnədə çıxışımızı bitirdik, sonra Polad müəllimə söz verildi. Bir də gördük ki, Gülyanaq düşür səhnənin altına. Sən demə, səhnə hərəkətli imiş (gülür).


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 4613   Tarix: 13 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏ

tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı ilə müsahibəni təqdim edir:. Bu gün kifayət qədər tanınırsınız. Hər bir kəsə maraqlı olardı Kamil Zeynalı necə məşhurlaşdı?. Ümumiyyətlə, heç vaxt keçmişimi danan insan olmamışam.Mənim keçmişimdə, kasıb vaxtımda əlimdən tutan adamı cəmiyyətdə, ictimaiyyətd

22.11.2019 8851
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏ

Tanınmış aparıcı, Lider Tv-nin siması Könül Muxtarova -ın qonağı olub. Həmsöhbətimizlə həyat və yaradıcılığındakı yeniliklər, gündəmdə olan məsələlər barədə danışdıq. Sözügedən müsahibəni təqdim edirik:. Xoş gəlmisiniz. İşləriniz necə gedir? Hansı yeniliklər var?. Xoş gördük. İşlərim stabildir. Yen

05.03.2020 6515
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah

Gənc fəal, jurnalist Ağa Mehdi bu günlərdə mühüm bir missiya üçün səfərə başlayıb. Avropanın sərt qışı ərzində 10 ölkənin ərazisindən keçərək 4 00 km məsafəni piyada qət etməyi planlaşdıran həmyerlimizin əsas hədəfi dünyada baş verən ekoloji problemlərə diqqəti çəkmək, səfər müddətində keçdiyi ölkələrd

11.12.2019 6393
.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl

05.09.2019 2237