Bu gün Ümumdünya Radio Günü qeyd edilir

Bu gün Ümumdünya Radio Günü qeyd edilirBu gün Ümumdünya Radio Günü qeyd edilir. BiG.AZ-ın xəbərinə görə, həmin tarixin seçilməsi təsadüfi deyil, belə ki, 1946-cı il fevralın 13-də "BMT radiosu" ilk dəfə efirə çıxıb.

Bununla bağlı BMT-nin baş katibi Pan Gi Mun müraciətində qeyd edib ki, 100 il bundan əvvəl icad edilən radio bütün dünyanı əyləndirir və məlumatlandırır, eləcə də demokratik islahatların təşəkkülünə kömək edir.

"Qısadalğalı tezlikdən modullu tezliyədək, hazırda isə peyk yayımı daxil olmaqla, radio insanların harada olmasından asılı olmayaraq onları birləşdirir", - BMT baş katibi deyib.

O, bütün dünyanı bu əlamətdar gündə radionun gücünü xatırlamağa və birgə səylərlə beynəlxalq ictimaiyyəti hamı üçün sülh, inkişaf və insan hüquqlarına əməl etməyə çağırıb.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatına görə, dünya ölkələrində ailələrin 75 faizdən çoxu ən azı bir radioqəbulediciyə malikdir. Zaman ötdükcə daha çox insan genişzolaqlı internet vasitəsilə radiodan informasiya və kommunikasiya mənbəyi kimi istifadə edir.

Təşkilat nümayəndələri qeyd edirlər ki, BTİ radio verilişlərindən istifadəni genişləndirməyə çalışır və rəqəmli radio platformaları üçün standartları inkişaf etdirir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 787   Tarix: 13 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040