`Şopeniana` baletinin premyerası keçiriləcək

`Şopeniana` baletinin premyerası keçiriləcəkFevralın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli polyak bəstəkarı Frederik Şopenin musiqisinə yazılmış "Şopeniana" baletinin premyerası keçiriləcək.

BiG.AZ xəbər verir ki,teatrın mətbuat xidmətindən bildiriblər ki, orkestr işləməsi Aleksandr Qlazunova məxsus olan "Şopeniana" ilk dəfə 1909-cu ildə tanınan rus baletmeysteri və pedaqoqu Mixail Fokin tərəfindən səhnəyə qoyulub. Klassik balet sənəti tarixində çox böyük əhəmiyyəti olan "Şopeniana" ilk dəfə olaraq baletmeysterlərə rəqs üçün nəzərdə tutulmamış klassik musiqidən balet tamaşalarında istifadə etməyə imkan verib.

"Şopeniana" süjetsiz balet olub nağıllar dünyasına düşən gənc şairin yuxu və gerçəklik arasındakı vəziyyətinin, onun xəfif kədər və xəyallar aləmindəki əhval-ruhiyyəsini ifadə edir.

Premyera tamaşasında balet truppasının aparıcı solistləri – xalq artistləri Gülağası Mirzəyev, Kamilla Hüseynova, əməkdar artistlər Rimma İsgəndərova, Yelena Skomoroşenko və gənc balet ustası Yuliya Ferştandt çıxış edəcək.

Tamaşanın dirijoru Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərovdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 758   Tarix: 09 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040