Ancaq Rəbbinə üz tut!

Ancaq Rəbbinə üz tut!Mənbə: http://zikr.az

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 1. Məgər Biz sənin üçün köksünü açmadıqmı? 2. Yükünü səndən götürmədikmi? 3. Onlar belini bükürdü. 4. Biz adını sənə görə ucaltmadıqmı? 5. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. 6. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. 7. İşlərini qurtaran kimi Allah yolunda çalış! 8. Ancaq Rəbbinə üz tut! əş-Şərh (Açma) surəsinin təfsiri Məgər Biz sənin üçün köksünü açmadıqmı? Bu sualın mənası təsdiqdir. Qurani Kərimdə bu cür suallara tez-tez rast gəlmək olur. Ayədə verilən sualın mənasına gəlincə, burada Uca Allah Peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun - köksünü açdığını təsdiq edir. Burada açmaq sözü genişlətmək deməkdir. Köksün genişlənməsi dedikdə söhbət hissi genişlənmədən deyil, mənəvi genişlənmədən gedir. Uca Allah buyurur: "Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar" (əl-Ənam, 125). Sonra Allah buyurur: Yükünü səndən götürmədikmi? – yəni, sənin günahlarını bağışladıq və əfv etdik. Quranda Uca Allah Öz peyğəmbərinə belə buyurur: "Həqiqətən, Biz sənə aydın bir zəfər bəxş etdik ki, Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin və Allah sənə böyük bir qələbə ilə kömək etsin" (əl-Fəth, 1-3). Həmçinin, Muğira ibn Şobə demişdir: "Bir dəfə Rəsulullah gecə namazını qıldı və o qədər ayaq üstə durdu ki, hətta, ayaqları şişdi. Sonra ona: "Nə üçün özünü bu ağır yüklə yükləyirsən?! Axı Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır"– deyildi. Onda o: "Şükür edən bir qul olmayımmı?!" – deyə cavab verdi." Onlar belini bükürdü Yəni, onlar sənə ağırlıq gətirirdi. İnsanın beli bədəninin dayaq yeridir. Əgər yük beli yorursa, onda digər bədən üzvlərini necə?! İnsanın beli ən güclü bədən üzvüdür. Belində və əlində yük daşımağına baxsan, bunun fərqini görə bilərsən. Sonra Allah buyurur: Biz adını sənə görə ucaltmadıqmı? Şübhə yoxdur ki, Uca Allah Peyğəmbərin adını ucaltmışdır. Birincisi, hər fərz namaza yüksək yerdən azan verildikdə; ikincisi, hər bir fərz namazda şəhadət verdikdə; üçüncüsü, hər bir ibadətə iki əsas şərt tətbiq etməklə Peyğəmbərin adını ucaltmışdır. Bu iki şərt bunlardır: 1. İxlas. İbadəti yalnız Allah rizası üçün etmək. 2. Peyğəmbərin buyurduğuna uyğun şəkildə etmək. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir Bu ayə Allahın Peyğəmbərə və onun ümmətinə olan müjdəsidir. Yəni, sənin üçün köksünü açıb yükünü səndən götürməklə və adını sənə görə ucaltmaqla sənə bu böyük nemətləri verdiyimiz kimi sənə üz verən bu çətinliyin ardınca mütləq asanlıq veriləcəkdir. Bu iki ayə haqqında görkəmli təfsir alimi İbn Abbas: "Bir çətinlik iki asanlığa üstün gələ bilməz" – demişdir. Bu iki ayədə çətinlik və asanlıq sözləri hərəsi iki dəfə işlənir, lakin ərəb dilinin qaydalarına görə çətinlik sözü müəyyənlik artikli ilə, asanlıq sözü isə qeyri-müəyyənlikdə işləndiyinə görə bir çətinlik və iki asanlıq ifadə olunur. Odur ki, çətinliyə məruz qaldıqda asanlıq gözlə. Həmçinin, bu asanlıq şəriətin buyurduğu ibadətlərdə də özünü göstərir. Məsələn, namaz ayaq üstə qılınır, bacarmadıqda oturan yerdə qılınır, onu da bacarmadıqda uzanan yerdə qılmağa icazə verilir. Habelə, oruc, həcc və başqa ibadətlərdə də asanlıq görə bilərsən. Həmçinin, müsibətə düçar olduqda, güzəranın və köksün daraldıqda məyus olma, çünki, hər çətinliyin ardınca asanlıq gəlir. Allah sənə səbir etməyə yardım etməklə çətin işin asanlaşır. Bu o demək deyildir ki, çətinlik həmişə tamamilə götürülür. Bu o deməkdir ki, Allah sıxıntını aradan qaldırır, səbir etməyə yardım edir və çətinlik insan üçün asanlığa çevrilir. Sonra Allah buyurur: İşlərini qurtaran kimi Allah yolunda çalış! Yəni, işlərini qurtaran kimi başqa əməl etmək üçün çalış və dünyanın sənin başını qatıb əməlini puç etməsinə imkan vermə. Ona görə də aqil insan həyatını çalışmaqla sürər. Çünki, zaman insanın üzərindən keçib getməkdədir və heç kəs onu tutub saxlamaq iqtidarında deyildir. Belə olan təqdirdə həyatını çalışma həyatı et! Dünya işlərini bitirdikdə axirətə aid olan əmələ yönəl, axirətə aid olan əməli bitirdikdə isə dünya işlərinə yönəl. Beləcə insan daima çalışmalıdır. Sonra Allah buyurur: Ancaq Rəbbinə üz tut! Yəni, bütün işlərini yalnız Allahın rizasını qazanmaq üçün et!


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2770   Tarix: 08 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?

Tibb elmi buna cavab verir. İnsan ayaq yoluna sağ ayağı ilə daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o arxası üstə yerə düşmüş olur. Əgər sol ayaqla daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o üzü üstə ayaq yoluna düşmüş olur. Heç bir müsəlman ayaq yolunda nəcis ola

11.01.2020 5697
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı - FOTO

Sabah Ramazan ayının 28-ci günüdür. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 11-də imsak vaxtı saat 03:44-də, iftar vaxtı isə 20:01-dədir. Mayın 11-i üçün namaz vaxtları:. Sübh azanı 03:54. Zöhr azanı 12:37. Əsr azanı 17:38. Məğrib azanı 20:01. İşa azan

10.05.2021 4070
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532