Bu film Azərbaycanı dünyada təmsil edəcək

Bu film Azərbaycanı dünyada təmsil edəcəkFevralın 26-dan martın 3-dək Çexiyanın Brno şəhərində keçiriləcək beşinci Cinema Mundi kinofestivalında Azərbaycan "Çölçü" filmi ilə təmsil olunacaq. BiG.AZ xəbər verir ki, bu barədə "Çölçü" filminin rejissoru Şamil Əliyev məlumat verib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" Kinostudiyasında lentə alınmış "Çölçü" filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər. "Çölçü" bədii filmi indiyədək 17 mötəbər beynəlxalq kinofestival və forumda iştirak edib, müxtəlif mükafatlara və diplomlara layiq görülüb. 2013-cü ildə "Humay" Milli Mükafatına layiq görülüb. Həmçinin, "Çölçü" 86-cı "Oskar" mükafatının siyahısında Azərbaycanı təmsil edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1285   Tarix: 07 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040