"Özünə bax 3" başlayır

"Özünə bax 3" başlayırFevralin 17-dən etibarən ATV telekanalında "Özünə bax 3" zövq yarışmasına start veriləcək.
BiG.AZ gecce.az-a istinadən xəbər verir ki,bu mövsümdən yarışmanın şərtlərində müəyyən dəyişiklər edilib.

"Özünə bax"da qadın iştirakçılarla yanaşı zövqünə güvənən kişilərdə özünü sınayacaq. Layihə rəhbəri biznes ledi Ruhi Əliyevanın da münsifi olduğu yarışmada əsasən iştirakçılara düzgün geyinmək, individual tərzin formalaşdırılmasında yardım ediləcək. İştirakçılar studiyada yaradilacaq qarderob və stilist xidmətlərindən də yararlana biləcək. Layihə boyu yerli eləcədə xaricdən dəvət olunacaq stilist, dəb mütaxəsi, imicmeykerlər iştirakçıları qiymətləndirəcək. Qala gecəsi iyuna təsadüf edəcək layihənin qalibi olacaq kişi iştirakçı dəyərli avtomobil, qadın isə brilliant daşlarla bəzədilmiş zinyət əşyası qazanacaq. Seçimlərinə start verilən "Özünə bax"da Ruhi Əliyeva ilə yanaşı dizayner Afaq İsmayılzadə daimi münsif kimi iştirak edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3693   Tarix: 06 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040