Azərbaycan 10 beynəlxalq sərgidə iştirak edəcək

Azərbaycan 10 beynəlxalq sərgidə iştirak edəcəkAzərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkənin turizm potensialını təbliğ etmək məqsədilə bu il ərzində 10 beynəlxalq turizm sərgisində iştirak etməyi planlaşdırır.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti bu il artıq Türkiyənin İstanbul şəhərində keçirilən EMITT turizm sərgisində iştirak edib.

Azərbaycan bu il ərzində martın 5-9-da Almaniyanın Berlin şəhərində, martın 11-22-də Moskva şəhərində, martın 26-28-də Ukraynanın Kiyev şəhərində, aprelin 23-25-də Qazaxıstanın Almatı şəhərində, mayın 5-8-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində, mayın 20-22-də Almaniyanın Frankfurt şəhərində, sentyabrın 23-26-da Fransanın Paris şəhərində, noyabrın 3-6-da Böyük Britaniyanın London şəhərində keçiriləcək beynəlxalq turizm sərgilərində təmsil olunacaq.

Bu il Azərbaycanın iştirak edəcəyi son turizm sərgisi noyabrın 18-20-də İspaniyanın Barselona şəhərində təşkil ediləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 693   Tarix: 05 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040