Təsadüf, yoxsa qanunauyğunluq?

Təsadüf, yoxsa qanunauyğunluq?Mənbə: http://zikr.az

Bəzi insanların belə dediklərinə də rast gəlmək olur: "Əgər altı meymun yazı makinasının qarşısına əyləşib onun düymələrinin üzərinə milyard il döyərsə, böyük ehtimal vardır ki, onların yazdığı bəzi səhifələrin arasında Şekspirin sonetlərinin birinə rast gəlmək olar." Hind mütəfəkkiri Vahidəddin Xan bu sözləri ingilis yazıçı-ateist C. Xakslinin kitabından sitat gətirdikdən sonra belə yazmışdır: "Bu cür ifadələr və onlara verilən məna – ağ yalandır. Çünki, bu günə qədər belə möhtəşəm şeylərin yaranmasına gətirib çıxaran təsadüflər elmə məlum deyildir." Bundan sonra o bu fikiri təkzib edən başqa bir alimin sözlərini gətirir: "Həyatın təsadüf nəticəsində yaranması fikiri böyük bir lüğətin nəşriyyatda partlayış nəticəsində əmələ gəlməsi fərziyyəsinə bənzəyir. Kitabın sonunda Vahidəddin Xan ehtimal nəzəriyyəsinə əsasən kainatın təsadüflər nəticəsində yaranmasının riyazı nöqteyi-nəzərdən mümkün olmadığını qeyd edir. O öz sözlərini təsdiq etmək üçün amerika alimi Kressi Morrisonun belə dediyini sitat gətirir: "Əgər biz on dəmir pul götürsək, onların üzərinə birdən ona qədər olan ədədləri yazıb onları cibimizə atsaq, yaxşıca qarışdırdıqdan sonra onları birdən ona qədər olan ardıcıllıqla, çıxardılan hər bir pulu yenidən cibə atmaq şərti ilə çıxartmağa çalışsaq, onda birinci olaraq üzərinə bir ədədi yazılan pulun çıxarılmasının ehtimalı onda birə bərabər olar. Pulların birdən ona qədər olan ardıcıllıqla çıxarılmasının ehtimalı isə on milyardda birə bərabərdir." Əgər bu kainat təsadüf nəticəsində yaransaydı, onun əmələ gəlməsi nə qədər davam etməliydi? Bu formalaşmanın ehtimalını hesablamaq çox çətindir, qaldı ki, onu təsəvvür etmək! Həqiqətən, kainatdakı bütün varlıqlar kainatın hər şeyi bilən, hər şeydən xəbərdar olan Müdrik Xaliq tərəfindən yaradılmasına işarə edir. Lakin bu həqiqəti görmək istəməyən insan necə də haqsız və nadandır: "Qoy ölsün kafir insan! O necə də nankordur! Qoy baxıb görsün Allah onu nədən yaradıb? Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı. Sonra da onun yolunu asanlaşdırdı. Sonra onu öldürüb qəbirə yerləşdirdi. İstədiyi bir zaman onu dirildəcəkdir. Xeyr! O, hələ də Allahın ona buyurduğunu yerinə yetirməmişdir. Qoy insan yediyinə diqqət yetirsin bir az! Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq. Sonra da yeri çat-çat yarıb orada taxıl yetişdiririk. Habelə üzüm və yonca, zeytun və xurma ağacları, sıx-sıx bağlar, meyvələr və otlar da bitirdik" (Əbəsə, 17-31). Əgər insanın qidası yerin və göyün iştirakı ilə bu cür mükəmməl üsul ilə yaradılırsa, onda insanın yaranması və formalaşması necə təsadüf nəticəsində ola bilər?


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2878   Tarix: 03 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174