Yuxu nədir və insanın yuxuya getməsinə nə səbəb olur?

Yuxu nədir və insanın yuxuya getməsinə nə səbəb olur?

Yuxu nədir və insanın yuxuya getməsinə nə səbəb olur?


Bu haqda dünya alimlərinin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır və bunu fiziki amillərlə əlaqələndirirlər. Bəziləri isə elə düşünür ki, cismi fəaliyyət nəticəsində bədəndə xüsusi maddə cəm olur ki, bu da əsəb sisteminə təsir göstərir və insanda yuxu halı meydana gətirir. Bu hal o zamana qədər davam edir ki, həmin maddə bədən tərəfindən tamamilə sorulur. Buna görə də onu kimyəvi amil adlandırırlar. Bəziləri isə yuxunu bir növ əsəb amili ilə əlaqələndirirlər və deyirlər ki, insan beynində yerləşən fəal əsəb sistemi əzaların hərəkətini təmin edir və çox yorğunluq nəticəsində yorulur və sönür. Bu da əsəb amili ilə bağlıdır. Bütün bu nəzəriyyələr yuxunu qaneedici dərəcədə izah etmirlər.
1400 il bundan əvvəl Muhəmməd peyğəmbərə nazil edilən Qurani Kərimdə yuxuya getməyin ruhun alınması səbəbilə baş verdiyi xəbər verilmişdir. Uca Allah buyurur:
Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır” (əz-Zumər, 42).
Lakin yuxuda ikən ruhun alınması ilə ölüm anında ruhun alınması arasında fərq vardır. Yuxuda ikən insanın ruhu alınsa da ruhunun bədəni ilə əlaqəsi vardır. Təsadüfi deyildir ki, Peyğəmbər yuxunu ölümün qardaşı adlandırmışdır. Yuxunun mahiyyəti ruh ilə əlaqəli bir məsələdir. Uca Allah Quranda ruh haqqında isə belə buyurur:
“Səndən ruh haqqında soruşurlar. De: "Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir" (əl-İsra, 85).

Peyğəmbərlərin yuxuları 


Uca Allah Quranda peyğəmbərlərin yuxuları barəsində xəbər verir. Onların yuxuları gerçək olur və vəhy sayılır. Məsələn, İbrahim Xəlil – əleyhissəlam - öz oğluna belə demişdir:
“Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!” (əs‐Saffat, 102).
Həmçinin, Uca Allah Yusifin - əleyhissəlam - hekayəsi haqqında bizə xəbər verərək buyurur:
“Bir zaman Yusif atasına demişdi: “Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə Ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər” (Yusif, 4).
Surənin sonunda buna yozum olaraq belə deyilir:
"(Yusif) ataanasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ataana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları birbirinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi.” (Yusif, 100).
Həmçinin, hədislərdə bildirilir ki, Allahın elçisinə ilk vəhyin gəlməsi gözəl yuxu vasitəsilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi ki, sübh ça­ğı­­nın aydınlığı kimi gerçək olmasın. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - buyurmuşdur: “Möminin yuxusu peyğəmbərliyin qırx altı hissəsindən biridir”.

Yuxunun növləri


Peyğəmbər olmayan insanların yuxusuna gəlincə, Qurani kərimin Yusif surəsində iki məhbusun yuxusu və Yusifin onların hər birinin yuxusunu yozması, həmçinin Yusifin hökmdarın yuxusunu yozması haqda ayələr nazil edilmişdir.
Peyğəmbər möminin gördüyü yuxunu müjdə adlandıraraq belə demişdir:
“Ey insanlar, həqiqətən möminin gördüyü və ya ona göstərilən saleh yuxudan başqa peyğəmbərlikdən heç bir müjdə qalmadı. Həqiqətən mən, rüku və səcdə vəziyyətində Quran oxumağı qadağan etdim. Rükuda nöqsansız olan Rəbbə təzim edin (ʺsübhanə rəbbiyəl azimʺ deyin), səcdədə isə çoxlu dua edin. Bununla da duanızın qəbul olunma ehtimalını artırarsınız”.
Bununla aydın olur ki, yuxu bir həqiqətdir. Lakin bilmək lazımdır ki, hər yuxu doğru olmur. Ola bilər ki, insanın yuxularının bəziləri doğru çıxsın, bəziləri isə şeytani yuxular olsun. Bəziləri də insanın oyaq ikən gördükləri hadisə və faktların yuxu şəklində təzahürüdür. Peyğəmbər demişdir:
"Qiyamət yaxınlaşdıqca müsəlmanın yuxusu təsadüfi hallarda yalan çıxacaq. Sizlərdən doğru danışanların yuxusu daha düz çıxacaq. Müsəlmanın yuxusu peyğəmbərliyin qırx beşdə bir hissəsidir. Yuxular üçdür: Birincisi, Allahdan müjdə olan saleh yuxular. İkincisi, şeytanın təlqin etdiyi kədərləndirici yuxular. Üçüncüsü, yaddaşa həkk olunmuş hadisələrlə bağlı yuxular. Sizlərdən biri xoşa gəlməyən yuxu görərsə, yatağından qalxsın. Sonra namaz qılsın və bu yuxunu heç kəsə danışmasın”.
Əgər insan sevindirici və xoşa gələn bir yuxu görərsə, Allaha həmd-səna etməli və yuxusunu onu sevənlərə danışmalıdır. Yox, əgər pis yuxu görərsə, sol tərəfinə üç dəfə  tüpürməli və həmin yuxunun və şeytanın şərindən Allaha sığınmalıdır. O, bu yuxunu heç kəsə danışmamalıdır. Belə edərsə, bu yuxu ona zərər verə bilməz. Bu haqda bir çox səhih hədislər vardır. Rəvayət edilir ki, Əbu Sələmə demişdir: “Mən bir yuxu görmüşdüm və onun üzündən xəstələndim. Nəhayət Əbu Qatədənin belə dediyini eşitdim: Peyğəmbər belə demişdir:
“Yaxşı yuxu Allahdandır. Sizlərdən biriniz yaxşı yuxu görərsə, o yuxunu yalnız sevdiyi adama danışsın. Xoşuna gəlməyən bir yuxu gördükdə isə, həmin yuxunun və şeytanın şərindən Allaha sığınsın. O, üç dəfə tüpürsün və yuxusunu heç kəsə danışmasın. Əgər belə edərsə bu yuxu ona zərər verməz”. (əl-Buxari, 6985).

Yuxunu kim yozmalıdır?


Müəyyən bir yuxunun yozumunu bilmək istəyən şəxs isə onu nəsihətinə və səmimiliyinə arxayın olduğu və eyni zamanda yuxu yozmağı bacaran bir alimə danışmalıdır. Bu, yuxu görmüş insana aiddir. Yuxu yozan şəxslərə gəlincə, onlar gərək Allahdan qorxsunlar və elmsiz surətdə bu sahəyə müdaxilə etməsinlər. Çünki, yuxu yozmaq hökm verməkdir. Uca Allah bu haqda buyurur:
“(Bir gün Misir) padşahı belə dedi: ... Ey əyanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxuma hökm verin!” (Yusif surəsi, 43).
Məlumdur ki, hökmü yalnız elmi əsaslarla vermək olar. Məşhur İslam alimi imam Malikdən:  “Hər kəs yuxunu yoza bilərmi?” - deyə soruşduqda, o belə cavab vermişdir: “Peyğəmbərliklə oynamaq olarmı? Yuxunu yalnız onu düzgün yozmağı bacaranlar yozsun. Əgər yaxşı yozumu varsa, onu xəbər versin. Yox əgər xoşa gəlməz yozumu varsa ya xeyir söyləsin, ya da sussun”.  

Muhəmməd peyğəmbəri yuxuda görmək nə deməkdir?


Peyğəmbəri yuxuda görmək haqqında isə Peyğəmbər belə demişdir:
“Kim yuxuda məni görsə, doğrudan da, məni görmüş olar. Çünki şeytan mənim simama girə bilmir və ya mənə bənzəyə bilmir.”  Yəni, hər kim Peyğəmbəri onun vəsfinə uyğun surətdə görərsə, həqiqətən də, onu görmüş sayılar. Qeyd etmək lazımdır ki, şeytan Peyğəmbərin simasında görünə bilməsə də, ancaq başqa bir görünüşdə adamın yuxusuna girib özünü peyğəmbər kimi təqdim edə bilər. Elə bu səbəbdən də Peyğəmbəri tanımayan bir çox avamlar yuxuda şeytanı gördükdən sonra özlərinə vergi verildiyini iddia edir və haqqı tapdıqlarını güman edirlər. Lakin özləri də hiss etmədən, ancaq özləri özlərini aldadırlar. 
Peyğəmbəri yuxuda görən adam həqiqətən də onu görüb-görmədiyini bilməsi üçün Peyğəmbərin vəsfini bilməlidir. Əgər o, Peyğəmbərin vəsfini bilmirsə, onda yuxusunu dəqiqləşdirmək üçün onu tanıyan adamlara müraciət etməli və yuxuda gördüyü adamı onlara vəsf etməlidir.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: İslam Oxunub: 10817 Tarix: 23.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Aycicek
Aycicek 08.07.2018



 
ataxanli
ataxanli 14.02.2018
dəyərli məlumatlara görə təşəkkür edirəm
zor ))


 
olmus_arzular
olmus_arzular 24.01.2018
Menim gorduyum yuxular yadimda qalmir teessufler olsun:(


 
Anhel
Anhel 24.01.2018
Demek olarki her gun yuxu gorurem ve bu yuxular meni cox yorur


 
tansu
tansu 23.01.2018
Yuxu cox maraqlı sirli bir alemdi


 
Cesika
Cesika 23.01.2018
Cox yuxu gorurem niye beledi bilmirem bunu bilmek mene maraqli olardi..
her gorduyumde real kimi olur,2heyat yawayiram sanki
Zamansiz ve vaxtsiz gelen sevinclere ehtiyacim var
■☆■☆■☆■☆■☆■☆■☆
♢♢♢♢♢♢♢♢♢♢

 
Farqilit
Farqilit 23.01.2018
Yuxu qeyb alemi ruh cinler alemi bunlarin sirri Allahdadir. Bunlar haqqinda cox da melumat yoxdur.


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər