Azərbaycanda quduzluq xəstəliyinə yoluxanların sayı artıb

Azərbaycanda quduzluq xəstəliyinə yoluxanların sayı artıb"Azərbaycanda quduzluq xəstəliyinə yoluxanların sayında əvvəlki ilə nisbətən artması müşahidə olunub".BiG.AZ-ın faktxəbər-ə istinadən verdiyi məlumata görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bayratlıq Xidmətindən bildirilib.

Nazirlikdən bildirilib ki, bunun əsas səbəblərindən biri erməni qəsbkarları tərəfindən işğal olunmuş ərazilərdə meşələrin, əkin yerlərinin yandırılıb talan edilməsi nəticəsində vəhşi heyvanların, gəmiricilərin sərhədyanı və digər rayonların ərazilərinə miqrasiya edərək populyasiyalarının artmasıdır: "Quduzluq xəstəliyinin artmasına təbii fəlakətlərin təsiri də qaçılmazdır. Bu amilin təsiri nəticəsində xəstəliyin törədicisini yayan heyvanların (canavar, tülkü, çaqqal və s.) yerdəyişməsi, onların sayının durmadan çoxalması baş verir. Bu da bir sıra rayonlarda kənd təsərrüfatı heyvanlarını, hətta, insanları vəhşi heyvanların hücumuna məruz qoyur. Bu artım təkcə Azərbaycanda yox, digər ölkələrdə də müşahidə olunur. Düzdür, indi ölkədə quduzluğa görə narahatçılığımız olsa da bu xəstəliyi nəzarətdə saxlamaq üçün Dövlət Xidməti epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq hər il sahibli heyvanlar arasında vaksinasiya tədbirlərini həyata keçirir".

Qeyd edilib ki, başa vurduğumuz il ərzində 247 877 baş sahibli həyət itində peyvəndləmə tədbiri aparılıb və quduzluq xəstəliyini aşkar etmək üçün 46 nümunədə laboratoriya müayinəsi aparılıb. Onlardan 31-i müsbət, 7-i mənfi, 8-i isə yararsız olub. Şübhəsiz ki, müsbət olan, yəni xəstəlik törədicisi aşkar olunan nümunələrin göndərildiyi ərazilərdə lazımi profilaktik tədbirlər həyata keçirilib. Bundan başqa Xidmətdən onu da qeyd ediblər ki, əgər hər hansı ərazidə heyvanlar arasında xəstəlik müşahidə edilərsə, ona qarşı lazımı tədbirlər aparılır. Yəni ölkədə kifayət qədər ehtiyat vaksini və dezinfeksiyaedici maddələr vardır.

Bildirilib ki, hazırda ölkədə quduzluqla əlaqədar aparılan tədbir yalnız sahibli həyət itlərini əhatə edir. Ölkədə heyvanlar arasında müşahidə olunan xəstəliyin demək olar ki, əksəriyyəti isə birbaşa vəhşi heyvanların vasitəsilə yayılır. Odur ki, Dövlət Xidməti vəhşi heyvanlar arasında da vaksinasiya tədbirinin aparılmasını vacib sayır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2046   Tarix: 30 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451