`Gəlin qayası` operası nümayişindən - FOTOLAR

Görkəmli bəstəkar Şəfiqə Axundovanın "Gəlin qayası" operası nümayiş olunub.

Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Xalq Artisti Şəfiqə Axundovanın "Gəlin qayası" operası nümayiş olunub.

BiG.AZ AzərTAc-a istinadən xəbər verir ki, operanın təqdimatı Şərqdə ilk opera yazan görkəmli bəstəkarın anadan olmasının 90 illiyinə həsr edilib.

Operanın nümayişindən qabaq Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas Lalə Hüseynova çıxış edərək bir neçə gün əvvəl Şəfiqə Axundovanın 90 illiyinin tamam olduğunu söyləyib.

Vurğulanıb ki, bütün ömrünü musiqiyə həsr edən, dahi bəstəkar Üzeyir Hacıbəylinin tələbəsi olmuş Şəfiqə Axundova ilk növbədə gözəl mahnı bəstəkarı kimi sevilir. Onun mahnıları, melodiyaları artıq zamanın sınağından çıxıb və müxtəlif ifaçıların repertuarında yer alıb.
Bildirilib ki, Şəfiqə Axundova həm də Şərqdə ilk opera yazan qadın bəstəkar kimi adını tarixə yazıb. 1972-cü ildə Xalq Yazıçısı Süleyman Rəhimovun eyniadlı povesti əsasında yazdığı "Gəlin qayası" operası ilə bəstəkar yaradıcılığında ən yüksək zirvəyə qalxmışdır. Bu opera ilə Şəfiqə Axundova dahi bəstəkar Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olduğunu, onun ideyalarına, tövsiyələrinə sadiq qaldığını bir daha təsdiq etmişdir. Bu cəhət operanın musiqi dilində daha aydın görünür. "Gəlin qayası" operasında qəhrəmanların ariyalarla yanaşı, muğam parçaları ifa etməsi bəstəkarın xalq musiqisini çox mükəmməl bilməsindən və ondan düzgün istifadə etməsindən irəli gəlir.
Sonra opera nümayiş olunub.

Tamaşanın dirijoru Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevdir.

Əsas rolları xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Şahlar Quliyev, Əli Əsgərov, əməkdar artistlər Gülüstan Əliyeva, Sahibə Abbasova, Nizami Bağırov və digərləri ifa ediblər.

`Gəlin qayası` operası nümayişindən - FOTOLAR`Gəlin qayası` operası nümayişindən - FOTOLAR`Gəlin qayası` operası nümayişindən - FOTOLAR`Gəlin qayası` operası nümayişindən - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2788   Tarix: 29 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040